Sabirabadın deputatı qazi Elvin haqda danışdı: "Məndən xahiş etmişdi ki..." - AÇIQLAMA
"Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərlik etdiyi Rəşadətli Ordumuzun tərkibində döyüşərək, düşmənin 30 illik işğalına son qoyan, tarixi torpaqlarımızı azad edən qəhrəmanlarımızından biri Elvin Cəfərovun intiharı hər birimizi dərindən sarsıtdı. Ərazi bütövlüyümüzü bərpa, suverenliyimizi bərqərar edən Vətən övladlarına, onların ailələrinə dövlətimiz tərəfindən hər cür köməklik göstərilir. Şəhid ailələri və qazilərin sosial problemlərinin həlli dövlətimizin əsas prioritet istiqamətlərindəndir. Eləcə də, hər birimiz öz növbəmizdə onların çətinliklərinin həlli istiqamətində bütün mümkün olan addımları atmalıyıq".
Bu sözləri azxəbər.com-a açıqlamasında Milli Məclisin deputatı Kamal Cəfərov deyib.
O bildirib ki, hazırda Sabirabaddadır:
"Vətən müharibəsi qazisi Elvin Cəfərovun yas mərasimində iştirak etmək üçün hazırda Sabirabad rayonundayam".
Deputat bildirib ki, Qurban bayramında Elvinlə görüşüb:
"Mən də Qurban bayramı günü digər qazilərimizlə birgə Elvinlə görüşmüşəm, bayramlaşmışıq. Görüşdə ailə üzvünün məktəbdə işə qəbulu ilə bağlı xahiş etdi. Görüşdən sonra Elvin mənimlə bir daha əlaqə saxlayaraq dayısı oğlunun da bank sektorunda işə düzəlməsini xahiş etdi, dayısı ilə də danışmışam. Elvinin anası Rüqəyyə xanımı da yaxşı tanıyıram. Elvinin evinə də getmişəm. Elvin özü də Milli Məclisdə olub. Allahdan bir daha Elvinə və bütün şəhidlərimizə rəhmət diləyir, ailələrinə səbir, qazilərimizə şəfa diləyirəm.
Eyni zamanda qeyd etməliyəm ki, qazimiz Elvinin intihar etməsi faktı ilə bağlı hazırda hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır. Ona görə də bütün jurnalist dostlarımızdan xahiş edirəm ki, istintaqın nəticəsini gözləsinlər".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 2695 Tarix: 13 iyul 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Toyda iylənmiş ət verilən "Çıraq Palace"da yoxlama - Video
Mediada "Çıraq Palace" şadlıq sarayında qonaqlara istehlaka yararsız ət məhsullarının təqdim olunması ilə bağlı yayılan məlumatlar əsasında Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən plandankənar yoxlama keçirilib. "Qafqazinfo" xəbər verir ki, yoxlama Bakı şəhəri
20 oktyabrBakıda bu bağçada nöqsanlar AŞKARLANDI
Binəqədi rayonu, Müşfiqabad qəsəbəsi, Günəşli küçəsində yerləşən 329 nömrəli uşaq bağçasında keçirilən plandankənar yoxlama zamanı qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların, sanitariya norma və qaydalarının tələblərinin pozulduğu müəyyən edilib. Bu barədə -a Azərbaycan Qida Təhlükəsizliy
20 oktyabrYasamalda qanunsuz tikinti narazılıq yaratdı
Yasamal rayonu, Abbas Mirzə Şərifzadə küçəsi 131A ünvanında aparılan tikinti işləri sakinlərin narazılığına səbəb olub. Sərhəd.az xəbər verir ki, sakinlərin sözlərinə görə, "ASAN xidmət" mərkəzinin yaxınlığında, təxminən 300 kvadratmetr ərazidə aparılan tikintinin təyinatı məlum deyil. Şikayətçilə
19 oktyabrAzərbaycan məktəblərində "TikTok"a giriş məhdudlaşdırıldı
Azərbaycanda məktəblərdə "Tiktok"a çıxış məhdudlaşdırılıb. "Report"a istinadən xəbər verir ki, bunu elm və təhsil nazirinin müavini Firudin Qurbanov "Rəqəmsal dövrdə ailə: transformasiyanın yeni sərhədləri" mövzusunda keçirilən Ailə Forumunda deyib. Onun sözlərinə görə
21 oktyabrBu gün bəzi ərazilərdə işıq olmayacaq - ÜNVANLAR
Abonentlərin daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunması məqsədilə oktyabrın 20-də Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) xidmət ərazisində Transformator Məntəqəsində (TM) təmir işləri aparılacaq. xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb
20 oktyabrKamran Əliyev Şirvan, Binəqədi və Nizamiyə prokuror təyin etdi
Baş Prokuror Kamran Əliyev Şirvan şəhərinə prokuror təyin edib. Bu barədə Qaynarinfo-ya Baş Prokurorluqdan məlumat verilib. Bildirilib ki, Baş prokuror Kamran Əliyevin müvafiq əmrinə əsasən, Şirvan şəhər prokuroru Kamal Talıbov ikinci səlahiyyət müddətinə həmin rayon prokuroru vəzifəsinə təyin edilib
20 oktyabr