"Ağalıya ilk köçən vətəndaşlarımızı təbrik edirəm" - Jalə Əhmədova
İyulun 19-da Azərbaycanın işğaldan azad edilmiş Zəngilan rayonunun Ağalı kəndinə əhalinin köçürülməsinə start verilib.
Bununla bağlı Sobxeber.az-a danışan deputat Jalə Əhmədova bu gün əlamətdar bir hadisənin, Böyük Qayıdışın sevincini yaşadığımızı vurğulayaraq, xalqımızı təbrik edib:
"Doğma dədə-baba yurdlarından didərgin düşmüş zəngilanlılar bugünkü günün xoşbəxtliyini yaşayır və uzun illərdən sonra Müzəffər Ali Baş Komandanımızın qətiyyətli mövqeyi və Azərbaycan ordusunun qəhrəmanlığı sayəsində işğaldan azad edilmiş doğma torpaqlarına qayıdırlar.
Ağalıya ilk köçən vətəndaşlarımızı təbrik edirəm. Bu gün, onların 30 illik həsrətinə son qoyulur. Onlar Zəngilanda bütün infrastrukturun qurulduğu müasir bir kənddə, Ağalıda yaşayacaqlar. Məşğulluq, təhsil, səhiyyə, sosial məsələlərin təminatının yüksək səviyyədə olduğu Ağalı kəndini yaşadacaq, düşmənin barbarlığı nəticəsində darmadağın edilmiş torpaqları dirçəldəcək, bütün varlıqları ilə doğma dədə-baba yerlərini cənnətə çevirəcəklər.
Azərbaycan Prezidentinin yorulmaz fəaliyyəti nəticəsində irimiqyaslı quruculuq layihələrinin reallaşdırıldığı Qarabağ torpaqları öz doğmalarının yolunu gözləyir".
Aysel Yusifqızı
Sonxeber.az
Telegramda izləyin
Siyasət Baxılıb: 1436 Tarix: 19 iyul 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Regionun gələcəyini dini həmrəylik və müdrik sülh gündəliyi müəyyənləşdirir
Son illər Azərbaycan regional və qlobal miqyasda milli maraqlarını qətiyyətlə qoruyan qalib dövlət olmaqla yanaşı, həm də beynəlxalq müstəvidə sülhməramlı və mənəvi dəyərlərə söykənən təşəbbüslərin əsas mərkəzinə çevrilib. Paytaxt Bakıda Türk Dövlətləri Təşkilatının (TDT) müsəlman dini rəhbərləri Şurasını
17 sentyabrTDT məkanında Azərbaycanın tranzit və enerji imkanları genişlənir
Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin yerləşdiyi geniş coğrafi məkan enerji və nəqliyyat dəhlizləri baxımından strateji əhəmiyyət daşıyır. Bu coğrafiyadan keçən mühüm enerji və nəqliyyat marşrutları yalnız üzv dövlətlər arasında əlaqələrin inkişafına deyil, daha geniş regionda iqtisadi əməkdaşlığı
18 sentyabrPrezidentdən Famil Mustafayevlə bağlı sərəncam
Famil Front oğlu Mustafayev 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib. -a istinadən xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb. O, Azərbaycan Respublikasında elmi fəaliyyətin qiymətləndirilməsi sahəsində səmərəli fəaliyyətinə görə bu təltifə layi
17 sentyabrAzərbaycan Türk dünyasının önəmli ölkələrindən biridir - AÇIQLAMA
"Hazırda geosiyasi böhran o səviyyəyə çatıb ki, bütün dövlətlər və xalqlar müxtəlif təhdidlərlə üz-üzədir. Hər bir dövlət geosiyasi proseslərdən mümkün qədər az itki ilə çıxmaq üçün təhlükəsizlik məsələlərini prioritet hesab edir. Bu baxımdan dövlətlərin ittifaqlar yaratması tamamilə təbii prosesdi
18 sentyabrPrezidentlə xanımı Şamaxıya getdi - Fotolar
Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bu gün Şamaxı rayonuna səfər ediblər. "Qafqazinfo" xəbər verir ki, dövlət başçısı və birinci xanım Ümummilli Lider Heydər Əliyevin Şamaxı şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət ediblər
17 sentyabr