"Bahalı olmayan yerlərdə dincələcəm" - Deputatlar da qənaətə keçdi

"Bahalı olmayan yerlərdə dincələcəm" - Deputatlar da qənaətə keçdiMilli Məclisin yaz sessiyası və növbədənkənar sessiyası yekunlaşdıqdan sonra deputatlar tətilə çıxdılar.

Parlamentin iyulun 15-dən başlayan yay tətili avqustun 31-nə qədər davam edəcək.

Bəs maraqlıdır, deputatlar ölkədə, yoxsa xaricdə istirahət etməyi üstün tuturlar?

Modern.az bu sualla bir neçə deputata müraciət edib. İlk həmsöhbətimiz olan deputat Aqil Abbas istirahət zamanını Bakıda - evində dəyərləndirdiyini söyləyib:

"Yaradıcılıqla məşğulam. Milli Məclislə əlaqədar işləri yekunlaşdırmışıq. Məqalələrim var, onları hazırlayıram. Mənim istirahətim elə budur".

Deputat Fazil Mustafa da istirahətini Bakıda keçirəcək:

"Mən hələ paytaxtdayam. İşlərimi yekunlaşdırandan sonra 2-3 günlük hansısa rayona gedərəm. Amma ölkədə olacağam".

Deputat Naqif Həmzəyev də harada istirahət edəcəyini artıq planlaşdırıb. Deputat ölkədən kənarda dincəlməyi düşünmür:

"Biz məzuniyyətdə olsaq da, seçicilərlə işlərimizə davam edirik. Əslində, indi daha çox vaxtımız var ki, yerlərdə olaq, problemləri canlı dinləyək, sorğuları qəbul edək. Çalışacağıq ki, bu fürsətdən istifadə edib, seçicilərin problemlərinin öyrənilməsini daha da aktivləşdirək.

İşlərlə bərabər qısa müddət ayırıb, istirahət etməyi düşünürəm. Amma bu da aktiv istirahət olacaq. Çünki bu tərzdə dincəlməyi daha çox sevirəm. Gəncə ətrafındakı səfalı yerlərdə, Daşkəsən, Göygöl, Gədəbəy ərazilərində baha olmayan dilbər guşələr var. Ona görə, bu tərəflərdə istirahət edəcəyik.

Həmçinin gənclər üçün yay düşərgələri də təşkil edilir. Mən həmin düşərgələrdə təlimçi kimi iştirak edəcəyəm. Onlarla ünsiyyətdə olmaq, fikirlərini dinləyərək əyləncəli şəkildə istirahət etmək hər zaman mənim üçün maraqlıdır. Məzuniyyətdə olsaq da, seçicilərin müraciətlərini dinləməyə hazırıq, rahatlıqla əlaqə qura bilərlər".

Gənc deputat Cəbi Quliyev də məzuniyyəti iş başında qeyd edir:

"Mən çox zaman məzuniyyəti də iş başında dəyərləndirirəm. Bilirsiniz ki, Milli Məclisdə təmsilçiliklə bərabər Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin idarə heyətinin üzvüyəm. Ona görə, hazırda gənclərin yay düşərgələri, onların yay istirahətinin səmərəli təşkili ilə bağlı müxtəlif layihələr üzərində işləyirik. Ona görə, hər şeydən uzaqlaşıb, tətilə çıxmağa fürsətim olmayıb. Milli Məclis tətilə çıxdığı gündən Naxçıvandayam. Buradakı fəaliyyətləri başa çatdırdıqdan sonra təxminən 10 günlük bir istirahət götürməyi, ailəmlə birlikdə ölkə daxilində tətil etməyi planlaşdırıram".

Deputat Vüqar İsgəndərov isə İstanbulda işgüzar səfərdədir. Deputat avqust ayının sonuncu on günlüyündə tətil edəcək:

"Parlament artıq məzuniyyətə çıxıb. Deputat seçildiyim gündən indiyə qədər öz istirahətimi Azərbaycanda keçirmişəm. Hər il avqustun sonuna qədər Bakıda iş başında oluram. Bu il də işlərimi həll edəcəyəm və avqustun ikinci ongünlüyündən sonra doğulduğum və təmsil etdiyim Şəki şəhərində, ailəmlə birlikdə istirahət edəcəyəm".

Deputat Kamilə Əliyeva da parlamentdə təmsil etdiyi doğma bölgəsinə yollanır:

"Bu il də istirahətimiz hər il olduğu kimidir. Adətən, mən istirahətimi ölkədə keçirirəm. Heç vaxt xarici ölkələrə dincəlməyə getmirəm. Bu il də həmişə olduğu kimi Azərbaycanın dilbər guşələrində olacağam. Xüsusilə, təmsil etdiyim Zaqatala-Balakən rayonlarında seçicilərimin yanında olmağı üstün tuturam.

Hər iki rayon turizm cəhətdən əlverişli olduğuna görə, həm istirahətim, həm də seçicilərimlə görüşlərim üçün imkanım olacaq. Bundan əlavə, hər il gəzmədiyimiz, Azərbaycanın hansısa rayonunda kəndində olmamışıqsa, onları da gəzə biləcəyik. İstənilən halda ölkədəyəm".

Deputat Cavid Osmanov da istirahət üçün xaricə getməyən parlamentarilərdəndir:

"Bizim yay tətilimiz iyulun 15-i başlayır. Bu müddəti ölkə daxilində keçirəcəyəm. Ağdaş rayonunda olmağı üstün tuturam. İstirahətdən çox işgüzar fəaliyyətlə məşğul olacam. Seçicilərimizlə, xüsusilə şəhid ailələri və qazilərlə görüşlər planlaşdırıram".


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 1459   Tarix: 23 iyul 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Əli Əsədov Denis Afanasyevi qəbul edib

İyunun 25-də Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Rusiya Federasiyasının Həştərxan vilayətinin vitse-qubernatoru və Hökumətinin sədri Denis Afanasyevi qəbul edib. xəbər verir ki, bu barədə Nazirlər Kabineti məlumat yayıb. Bildirilib ki, qəbul zamanı Azərbaycan Respublikası ilə Rusiya Federasiyasını

25 iyun
.

Azərbaycan Suriyada 10 məktəbin yenidən inşasına, daha 100-nün bərpasına dəstək verəcək

Azərbaycan Suriyada 10 məktəbin yenidən inşası, daha 100-nün bərpasına dəstək verəcək. "Report" xəbər verir ki, bunu Suriya parlamentinin hələbli deputatı Tarık Sulo Cevizci "Körpü" Türkman İrsi Araşdırmaları Mərkəzi İctimai Birliyinin təşkilatçılığı, QHT-lərə Dövlət Dəstəyi Agentliyini

25 iyun
.

Prezident İlham Əliyev Kral III Çarlzı təbrik edib

Azərbaycan Prezidenti İlham Əliyev Böyük Britaniya və Şimali İrlandiyanın Kralı Əlahəzrət II Çarlzı təbrik edib. -a istinadən xəbər verir ki, təbrikdə deyilir:. "Əlahəzrət, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının milli bayramı - Təvəllüd Gününüz münasibətilə Sizi və Sizin simanızd

13 iyun
.

Azərbaycanda bir sıra qanunlar "Maliyyə icarəsi haqqında" qanuna uyğunlaşdırılıb

Prezident İlham Əliyev Milli Məclisin mayın 26-da qəbul etdiyi bir sıra qanunlarda dəyişiklik edilməsi haqqında qanunu təsdiqləyib. "Report"a istinadən xəbər verir ki, söhbət Mülki Məcəllə, Vergi Məcəlləsi, Rəqabət Məcəlləsi, "Müflisləşmə və iflas haqqında", "Taxıl haqqında"

25 iyun
.

"Bu gün Azərbaycan Ordusu dövlətimizin təhlükəsizliyinin etibarlı təminatçısıdır" - DEPUTAT

"Azərbaycan Respublikasının Silahlı Qüvvələri son illərdə əldə etdiyi tarixi qələbələr, yüksək döyüş hazırlığı və müasir hərbi imkanları ilə regionun təhlükəsizlik arxitekturasında mühüm rol oynayan güclü hərbi qüvvəyə çevrilmişdir. Bu gün Azərbaycan Ordusunun əldə etdiyi nailiyyətlər təsadüfi deyil

23 iyun
.

"Cəmiyyətin sülhə hazır olması diplomatik qələbənin arxasında dayanan ən böyük mənəvi gücdür" - AÇIQLAMA

Azərbaycanın təklif etdiyi sülh gündəliyi həm Ermənistan, həm də digər dövlətlər tərəfindən yeni formalaşan geosiyasi reallıqlar fonunda qəbul edilib. Bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) şöbə müdiri Mətin Məmmədli "Cənubi Qafqazda yeni geosiyasi reallıqlar: Azərbaycan və sül

11 iyun
.

"Təhsil proqramları hər bir dövlətin strateji inkişaf yolunda əsas alətlərdən biridir" - DEPUTAT

"Cəmiyyətin bütün sahələr üzrə inkişafını təmin etmək üçün elmi-kütləvi, mədəni-maarif və təhsil proqramlarının hazırlanması olduqca vacibdir. Çünki dövlətin inkişafını şərtləndirən ən mühüm amillərdən biri də onun təhsil sektorunun inkişaf etdirilməsidir. Müstəqil Azərbaycan dövlətini bugünkü inkişa

18 iyun
.

"Silahlı Qüvvələr Günü tam suverenliyin təntənəsi kimi qeyd olunur" - AÇIQLAMA

"26 İyun - Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü müasir Azərbaycan dövlətçiliyinin suverenlik, hərbi qüdrət və milli qürur kontekstində ən rəmzi və strateji əhəmiyyətli tarixlərindən biridir. Siyasi-strateji nöqteyi-nəzərdən bu tarix sadəcə bir təqvim günü deyil, Azərbaycanın müstəqi

24 iyun
.

Əli Əsədov Şimali Kiprin Baş naziri ilə ikitərəfli əməkdaşlığı müzakirə edib

Azərbaycanın Baş naziri Əli Əsədov iyunun 13-də Şimali Kiprin Baş naziri Ünal Üstel ilə görüşüb. Bu barədə "Report"a Nazirlər Kabinetindən məlumat verilib. Bildirilib ki, görüşdə Azərbaycan ilə Şimali Kipr arasında yüksək səviyyəli təmasların dinamikası, parlamentlərarası əlaqələrin və siyas

13 iyun