Erməni gənclər Qarabağ meşəsindəki hərbi yay düşərgəsində təlimlərə başladı...
İyulun 22-də Azərbaycan Respublikasının Rusiyanın nəzarəti altında qalan torpaqlarında, onların himayəsi altında bəslənən separatçı-terrorçu rejim dağlıq-meşəlik ərazilərdən birində qurduqları adı hay dilində "Bahadır" mənasını verən "hərbi idman düşərgəsi"nin təntənəli açılışını edib.
Xankəndindəki separatçı nəşlərin yaydığı məlumata görə, yay düşərgəsində 11-ci sinif şagirdləri və qondarma "peşə və orta ixtisas məktəbləri"nin ikinci kurs tələbələri iştirak edirlər.
Xəbərdə deyilir ki, bu günlərdə erməni dığaları Qarabağdakı qanunsuz və işğalçı hərbi hissələrə baş çəkmək, "döyüşçü"lərlə tanış olmaq, döyüş texnikası, hərbi qulluqçuların həyatı ilə yaxından tanış olmaq imkanı əldə edəcəklər.
"Hər növbədə Qarabağın tarixi və mədəni yerlərinə ekskursiyalar, ictimai təşkilatların nümayəndələri ilə görüşlər, müxtəlif ansamblların konsertləri, eləcə də müxtəlif mövzularda ekspert müsabiqələrinin təşkil olunacaq"- məlumatda belə deyilir.
Məlumata görə, düşərgədə erməni gənclərə atış təlimləri keçiriləcək, onlar müxtəlif hərbi-taktiki məsələlərlə tanış ediləcək.
Qeyd edək ki, erməni mediası hərbi təlim düşərgəsinin keçirildiyi məkan haqqında dəqiq məlumat vermir.
Xatırladaq ki, ötən il belə bir hərbi təlim Xocalı rayonunun Badara kəndində keçirilmişdi. Fotolardakı mənzərələrdən məkan ötən ilki məkana bənzəyir.../Moderator
Sonxeber.az
Telegramda izləyin
Siyasət Baxılıb: 1878 Tarix: 23 iyul 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Regionun gələcəyini dini həmrəylik və müdrik sülh gündəliyi müəyyənləşdirir
Son illər Azərbaycan regional və qlobal miqyasda milli maraqlarını qətiyyətlə qoruyan qalib dövlət olmaqla yanaşı, həm də beynəlxalq müstəvidə sülhməramlı və mənəvi dəyərlərə söykənən təşəbbüslərin əsas mərkəzinə çevrilib. Paytaxt Bakıda Türk Dövlətləri Təşkilatının (TDT) müsəlman dini rəhbərləri Şurasını
17 sentyabrTDT məkanında Azərbaycanın tranzit və enerji imkanları genişlənir
Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin yerləşdiyi geniş coğrafi məkan enerji və nəqliyyat dəhlizləri baxımından strateji əhəmiyyət daşıyır. Bu coğrafiyadan keçən mühüm enerji və nəqliyyat marşrutları yalnız üzv dövlətlər arasında əlaqələrin inkişafına deyil, daha geniş regionda iqtisadi əməkdaşlığı
18 sentyabrPrezidentdən Famil Mustafayevlə bağlı sərəncam
Famil Front oğlu Mustafayev 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib. -a istinadən xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb. O, Azərbaycan Respublikasında elmi fəaliyyətin qiymətləndirilməsi sahəsində səmərəli fəaliyyətinə görə bu təltifə layi
17 sentyabrAzərbaycan Türk dünyasının önəmli ölkələrindən biridir - AÇIQLAMA
"Hazırda geosiyasi böhran o səviyyəyə çatıb ki, bütün dövlətlər və xalqlar müxtəlif təhdidlərlə üz-üzədir. Hər bir dövlət geosiyasi proseslərdən mümkün qədər az itki ilə çıxmaq üçün təhlükəsizlik məsələlərini prioritet hesab edir. Bu baxımdan dövlətlərin ittifaqlar yaratması tamamilə təbii prosesdi
18 sentyabrPrezidentlə xanımı Şamaxıya getdi - Fotolar
Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bu gün Şamaxı rayonuna səfər ediblər. "Qafqazinfo" xəbər verir ki, dövlət başçısı və birinci xanım Ümummilli Lider Heydər Əliyevin Şamaxı şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət ediblər
17 sentyabr