22 gün əsir qaldı, ermənilərin çörəyini YEMƏDİ - ŞƏRƏFLİ ÖMRÜN ACI XATİRƏSİ

22 gün əsir qaldı, ermənilərin çörəyini YEMƏDİ - ŞƏRƏFLİ ÖMRÜN ACI XATİRƏSİBu gün 1991-ci ildə Kərkicahan qəsəbəsinin müdafiəsi uğrunda döyüşlərdə əsir düşərək qətlə yetirilən Fərhad Atakişiyevin anım günüdür. Haqqında çox danışmaq olar.

Təkcə ali təhsilini yarımçıq qoyaraq, silaha sarılması onun nə qədər vətəninə, yurduna bağlı olduğunu göstərir.

Sonxeber.az APA TV-yə istinadən xəbər verir ki, Fərhad o zaman 20 yaşında olub. Azərbaycan İnşaat Mühəndisləri Universitetində təhsil alan Fərhad doğma kəndinin düşmən tərəfindən hücuma məruz qaldığını eşidəndə heç nəyə məhəl qoymadan, birbaşa döyüşə yollanır. Anadan olduğu əraziləri yaxşı tanıdığına görə özünümüdafiə dəstəsinin bələdçisi seçilir.

1991-ci il dekabrın 26-da könüllü dəstə, Kərkicahan yaxınlığındakı yüksəklikdə erməni silahlı dəstələri ilə açıq döyüşə girir. Səkkiz saat davam edən şiddətli döyüşdən sonra əlavə qüvvə gəlmədiyi üçün özünümüdafiə dəstəsi və Kərkicahan qəsəbəsi mühasirə altına düşür. 22 nəfərdən ibarət könüllülər dəstəsi, son mövqelərini dəyişmədən vuruşur və 13 nəfər itki versə də, qəsəbə sakinlərinin mühasirədən çıxmasına nail olurlar.

Fərhad Atakişiyev 1991-ci ilin dekabr ayının 27-dən 28-ə keçən gecə, qeyri-bərabər döyüşdə, döyüşdükləri evin partladılması nəticəsində 8 könüllü əsgərlə birlikdə mühasirəyə düşür. O, huşunu itirdiyi üçün əsir götürülür və Xankəndi təcridxanasına aparılır.

Ermənilər çoxsaylı itkilərinin əsas səbəbini Fərhad Atakişiyevin bələdçiliyində gördüyü üçün ona qarşı fasiləsiz, amansız və xüsusi işgəncələr tətbiq edərək onu qətlə yetiriblər. 1992-ci il yanvarın 28-də Fərhadın meyiti qarşı tərəfdən alınaraq müayinə olunmaq üçün Ağdam rayonu Mərkəzi Xəstəxanasına gətirilir. Müayinə zamanı məhkəmə tibbi ekspertizası tərəfindən onun bədənində, hər biri ayrı-ayrılıqda insan ölümünə səbəb ola biləcək, 72 müxtəlif işgəncə növü aşkarlanır. Anası Dilarə Atakişiyeva deyir ki, Fərhad yurdunun hər daşına, qayasına bağlı biri idi. Onu fərqləndirən də bu xüsusiyyəti idi:

"Fərhad əsirlikdə olanda, erməni ona çörək gətirib. Fərhad ona deyib ki, çörəyini də götür, rədd ol burdan. Mən sizin çörəyinizi dilimə vurmaram. Bunu sonradan aparıblar Xankəndiyə. Deyiblər ki, "səni televiziyaya çıxarırıq de ki, Qarabağ Ermənistanındır".

Deyib ki, "qulağınızın ardını görərsiniz. Mən ölsəm də məndən qeyrətli oğullar alacaq bu torpağı. Çünki Qarabağ Azərbaycanındır".

Fərhadla keçən uşaqlıq illərini qürur və fəxr hissi ilə xatırlayan qardaşı Elxan Atakişiyev deyir ki, o Vətənini, torpağını canından artıq sevirdi. Vətən, müharibə mövzularında hər nə qədər səbirsiz olsa da, əslində sülhsevər və səbirli biri idi:

"Fərhad haqqında danışmaq mənim üçün şərfədir. Fərhad çox ağırtəbiətli insan idi. Mən nadinc olduğumdan haradasa dava edəndə, həmişə deyərdi ki, özünü cilovla, ələ al, sakit ol. Fərhad orta məktəbi əla qiymətlərlə bitirdi. Keçirilən Respublika olimpiadalarında həmişə öncül sıralarda yer tutub".

Onunla ayrı-ayrı illərdə, amma bir gündə doğulan bacısı Sevinc Atakişiyeva hələ də ona ehtiyacının olduğunu, birlikdə keçən uşaqlıq illərinə qayıtmaq istədiyini gizlətmir:

"Hər il doğum günümü Fərhadsız qeyd edirəm. Fərhaddan yaşda balaca olsam da, mənim onun haqqında çox xatirələrim var. Bu gün də bizim ad günümüzdür. Mən onu təbrik edirəm. O, şəhid olsa da, mənim üçün yaşayır. Mən onu hər zaman öz yanımda hiss edirəm".

22 gün əsirlikdə yaşayıb və hər gün ermənilərə tarix boyu unutmayacaqları dərs verib Fərhad.

Xatırladaq ki, Fərhad Atakişiyev Prezident İlham Əliyevin 28 iyul 2009-cu il sərəncamına əsasən, ölümündən sonra baş çavuş hərbi rütbəsi və Azərbaycan Bayrağı ordeni ilə təltif edilib. Haqqında "Qarabağdır Azərbaycan" adlı film də çəkilib.


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 1731   Tarix: 23 iyul 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

Regionun gələcəyini dini həmrəylik və müdrik sülh gündəliyi müəyyənləşdirir

Son illər Azərbaycan regional və qlobal miqyasda milli maraqlarını qətiyyətlə qoruyan qalib dövlət olmaqla yanaşı, həm də beynəlxalq müstəvidə sülhməramlı və mənəvi dəyərlərə söykənən təşəbbüslərin əsas mərkəzinə çevrilib. Paytaxt Bakıda Türk Dövlətləri Təşkilatının (TDT) müsəlman dini rəhbərləri Şurasını

17 sentyabr
.

"Köhnə avtomobillə yorğan-döşək gətirmişdi" - Prezident Sərvərdən danışdı+Video

Ötən gün Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyənin Milli Təhlükəsizlik Şurasının baş katibi Okay Memişi ilə görüşü zamanı 2023-cü ildə Türkiyədə baş verən dəhşətli zəlzələ zamanı Türk dövlətlərinin göstərdiyi dəstəkdən danışılıb. "Qafqazinfo" xəbər verir ki, söhbət əsnasında 2023-cü ild

18 sentyabr
.

Prezidentdən TDT-yə üzv ölkələrin Təhlükəsizlik Şuraları katiblərinin Beşinci Toplantısının iştirakçılarına müraciət

Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatına üzv ölkələrin Təhlükəsizlik Şuraları katiblərinin Beşinci Toplantısının iştirakçılarına müraciət ünvanlayıb. AZƏRTAC-a istinadən xəbər verir ki, müraciətdə deyilir:. "Hörmətli tədbir iştirakçıları!. Sizi Türk Dövlətləri Təşkilatına üzv ölkələri

17 sentyabr
.

TDT məkanında Azərbaycanın tranzit və enerji imkanları genişlənir

Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin yerləşdiyi geniş coğrafi məkan enerji və nəqliyyat dəhlizləri baxımından strateji əhəmiyyət daşıyır. Bu coğrafiyadan keçən mühüm enerji və nəqliyyat marşrutları yalnız üzv dövlətlər arasında əlaqələrin inkişafına deyil, daha geniş regionda iqtisadi əməkdaşlığı

18 sentyabr
.

Prezidentdən Famil Mustafayevlə bağlı sərəncam

Famil Front oğlu Mustafayev 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib. -a istinadən xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb. O, Azərbaycan Respublikasında elmi fəaliyyətin qiymətləndirilməsi sahəsində səmərəli fəaliyyətinə görə bu təltifə layi

17 sentyabr
.

İlham Əliyev: "Azərbaycanın ikitərəfli gündəliyi, ilk növbədə, Türk dünyası ölkələrinə yönəlib"

"Azərbaycan TDT-yə üzv ölkələrlə ikitərəfli formatda fəal əməkdaşlıq edir". AZƏRTAC-a istinadən xəbər verir ki, bunu Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən deyib. "Qazaxıstan, Özbəkistan və Qırğızıstanla birgə investisiya fondlar

17 sentyabr
.

Azərbaycan Türk dünyasının önəmli ölkələrindən biridir - AÇIQLAMA

"Hazırda geosiyasi böhran o səviyyəyə çatıb ki, bütün dövlətlər və xalqlar müxtəlif təhdidlərlə üz-üzədir. Hər bir dövlət geosiyasi proseslərdən mümkün qədər az itki ilə çıxmaq üçün təhlükəsizlik məsələlərini prioritet hesab edir. Bu baxımdan dövlətlərin ittifaqlar yaratması tamamilə təbii prosesdi

18 sentyabr
.

Prezident İlham Əliyev: "Regional təhlükəsizliklə bağlı məsələlər çox mühüm əhəmiyyət daşıyır"

"Ətrafımızda müharibələr gedir və bu müharibələrin nə sonu, nə də qurtaracağı görünür. Müharibələrin coğrafiyası genişlənir". AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən səsləndirib. "Döyüşə

17 sentyabr
.

Prezidentlə xanımı Şamaxıya getdi - Fotolar

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bu gün Şamaxı rayonuna səfər ediblər. "Qafqazinfo" xəbər verir ki, dövlət başçısı və birinci xanım Ümummilli Lider Heydər Əliyevin Şamaxı şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət ediblər

17 sentyabr