Erməni ekspertin Laçın yanğısı: "Qəhrəmanlıq" keçmişimiz...

Erməni ekspertin Laçın yanğısı: "Qəhrəmanlıq" keçmişimiz...Laçın yoluna alternativ yolun ən qısa müddətdə Azərbaycan tərəfindən hazır olması Laçın şəhərinin 10 noyabr 2020-ci il bəyanatına uyğun olaraq, Ordumuzun nəzarətinə keçəcəyi tarixi yaxınlaşdırır.

10 noyabr 2020-ci il bəyanatının bir sıra maddələrini pozan, o cümlədən erməni silahlı birliklərinin Azərbaycan ərazisindən dərhal çıxarılması və Zəngəzur yolunun açılması tələblərini gecikdirən Ermənistan bütün vasitələrlə prosesi ləngitməyə və öhdəlikdən imtina etməyə uğursuz cəhd göstərir. Bu cəhdlərdən biri isə yeni Laçın yolunun Ermənistan hissəsinin tikintisinin gecikdirilməsidir.

Buna baxmayaraq, artıq Ermənistan da avqust ayından tikintiyə başlayacağını elan etməyə məcbur oldu. Bu, Laçın şəhərinin ilin sonuna qədər boşalması deməkdir.

Buna qarşı isə Ermənistanda hökumətə bağlı ekspertlərin qızışdırıcı bəyanatları səsləndirilir, eyni zamanda, Laçın yolu üzərində məskunlaşdırılan kəndin erməni əhalisi yaşayış məntəqəsini "boşaltmayacaqlarını" haqda açıqlamaları təşkil edilir.

İranşünas Vardan Voskanyan da Laçınla bağlı çağırış edib və erməni mediası bunu həvəslə paylaşıb.

"Laçın – təkcə yaşayış məntəqəsi deyil, bu, Ermənistanın bir millət və dövlət olaraq düşməni əzməyin, bizim haqqımızda "yazıq və gücsüz" kimi çoxəsrlik stereotipi tapdalaya bilmənin simvollarından biridir.

Laçın - hər gün bizə yaxın keçmişimizin qəhrəmanlığını xatırladan, müstəqillikdən sonrakı dövrün erməni silahının zəfər şöhrətinin son simvollarından biridir. Odur ki, barbarların fikrincə, Ermənistanın təkcə bədənini deyil, ruhunu da kəsib, ondan məhrum olmalıyıq", - o yazıb.

Ermənilərin işğalçı, qaniçən və uşaq qətliamları ilə zəngin 30 illik "qəhrəmanlıq tarixi" 44 gündə cəhənnəmə vasil oldu. Ancaq Laçın şəhərinin Ordumuzun nəzarətinə keçməsi "erməni qəhrəmanlığı" adlandırdıqları vəhşiliyin, dağıdıcılığın, terrorun müvəqqəti məhvidir.

Yalnız Xankəndi azad olunduqdan sonra bölgədə 200 illik erməni terroruna tamamilə son qoyulmuş olacaq./Axar


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 1731   Tarix: 30 iyul 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Regionun gələcəyini dini həmrəylik və müdrik sülh gündəliyi müəyyənləşdirir

Son illər Azərbaycan regional və qlobal miqyasda milli maraqlarını qətiyyətlə qoruyan qalib dövlət olmaqla yanaşı, həm də beynəlxalq müstəvidə sülhməramlı və mənəvi dəyərlərə söykənən təşəbbüslərin əsas mərkəzinə çevrilib. Paytaxt Bakıda Türk Dövlətləri Təşkilatının (TDT) müsəlman dini rəhbərləri Şurasını

17 sentyabr
.

"Köhnə avtomobillə yorğan-döşək gətirmişdi" - Prezident Sərvərdən danışdı+Video

Ötən gün Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyənin Milli Təhlükəsizlik Şurasının baş katibi Okay Memişi ilə görüşü zamanı 2023-cü ildə Türkiyədə baş verən dəhşətli zəlzələ zamanı Türk dövlətlərinin göstərdiyi dəstəkdən danışılıb. "Qafqazinfo" xəbər verir ki, söhbət əsnasında 2023-cü ild

18 sentyabr
.

Prezidentdən TDT-yə üzv ölkələrin Təhlükəsizlik Şuraları katiblərinin Beşinci Toplantısının iştirakçılarına müraciət

Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatına üzv ölkələrin Təhlükəsizlik Şuraları katiblərinin Beşinci Toplantısının iştirakçılarına müraciət ünvanlayıb. AZƏRTAC-a istinadən xəbər verir ki, müraciətdə deyilir:. "Hörmətli tədbir iştirakçıları!. Sizi Türk Dövlətləri Təşkilatına üzv ölkələri

17 sentyabr
.

TDT məkanında Azərbaycanın tranzit və enerji imkanları genişlənir

Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin yerləşdiyi geniş coğrafi məkan enerji və nəqliyyat dəhlizləri baxımından strateji əhəmiyyət daşıyır. Bu coğrafiyadan keçən mühüm enerji və nəqliyyat marşrutları yalnız üzv dövlətlər arasında əlaqələrin inkişafına deyil, daha geniş regionda iqtisadi əməkdaşlığı

18 sentyabr
.

Prezidentdən Famil Mustafayevlə bağlı sərəncam

Famil Front oğlu Mustafayev 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib. -a istinadən xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb. O, Azərbaycan Respublikasında elmi fəaliyyətin qiymətləndirilməsi sahəsində səmərəli fəaliyyətinə görə bu təltifə layi

17 sentyabr
.

İlham Əliyev: "Azərbaycanın ikitərəfli gündəliyi, ilk növbədə, Türk dünyası ölkələrinə yönəlib"

"Azərbaycan TDT-yə üzv ölkələrlə ikitərəfli formatda fəal əməkdaşlıq edir". AZƏRTAC-a istinadən xəbər verir ki, bunu Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən deyib. "Qazaxıstan, Özbəkistan və Qırğızıstanla birgə investisiya fondlar

17 sentyabr
.

Azərbaycan Türk dünyasının önəmli ölkələrindən biridir - AÇIQLAMA

"Hazırda geosiyasi böhran o səviyyəyə çatıb ki, bütün dövlətlər və xalqlar müxtəlif təhdidlərlə üz-üzədir. Hər bir dövlət geosiyasi proseslərdən mümkün qədər az itki ilə çıxmaq üçün təhlükəsizlik məsələlərini prioritet hesab edir. Bu baxımdan dövlətlərin ittifaqlar yaratması tamamilə təbii prosesdi

18 sentyabr
.

Prezident İlham Əliyev: "Regional təhlükəsizliklə bağlı məsələlər çox mühüm əhəmiyyət daşıyır"

"Ətrafımızda müharibələr gedir və bu müharibələrin nə sonu, nə də qurtaracağı görünür. Müharibələrin coğrafiyası genişlənir". AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən səsləndirib. "Döyüşə

17 sentyabr
.

Prezidentlə xanımı Şamaxıya getdi - Fotolar

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bu gün Şamaxı rayonuna səfər ediblər. "Qafqazinfo" xəbər verir ki, dövlət başçısı və birinci xanım Ümummilli Lider Heydər Əliyevin Şamaxı şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət ediblər

17 sentyabr