Azərbaycanın Ukraynadakı səfirliyi MÜRACİƏT YAYDI
Azərbaycanın Ukraynadakı səfirliyi Azərbaycan vətəndaşlarına müraciət edib.
Sonxeber.az xəbər verir ki, səfirlik Ukraynada təhlükəsizlik şəraitinin qənaətbəxş olmaması ilə əlaqədar ölkədə yaşayan və müvəqqəti səfərdə olan Azərbaycan Respublikası vətəndaşlarına müraciət edərək aşağıda qeyd olunanları nəzərə almağı tövsiyə edir:
- Aktiv hərbi əməliyyatların davam etdiyi, habelə intensiv hava hücumuna məruz qalan bölgələrə səyahətdən yayınmaq;
- Hərbi hissələr və müdafiə sənayesi müəssisələrindən, o cümlədən potensial hədəf ola biləcək digər hərbi obyektlərdən uzaq durmaq;
- Ölkə daxilində səfər edərkən diqqətli olmaq, marşrutu ehtiyatla seçmək, təhlükəsizliyinə mümkün qədər əmin olmaq;
- Ciddi ehtiyac olmadıqca əhalinin sıx toplaşdığı ictimai yerləri ziyarət etməmək;
- Ölkə daxilində nəzarət məntəqələrinin fəaliyyət göstərdiyini nəzərə alaraq şəxsiyyəti təsdiq edən etibarlı sənəd gəzdirmək;
- Komendant saatlarına və səlahiyyətli orqanların digər təhlükəsizlik tələblərinə riayət etmək;
- Etibarlı səyahət sənədlərini hazır vəziyyətdə saxlamaq (etibarlı sənədləri olmayan vətəndaşlarımızın sənədlərinin mümkün şəkildə qaydaya salınması üçün səfirliklə əlaqə saxlamaları xahiş olunur);
- Olduqları yerə yaxın ərazilərdə mövcud sığınacaqları bilmək, hava həyəcanı zamanı sığınacaqda daldalanmaq, mümkün olmadığı təqdirdə binaların alt mərtəbələrində sığınmaq, pəncərə və qapılardan uzaq durmaq, vəziyyətlə bağlı rəsmi məlumatları izləmək;
- Fövqəladə vəziyyət yarandıqda səfirliklə əlaqə saxlamaq;
- Olduqları yerdə mövcud Azərbaycan diaspor təşkilatlarının fəalları ilə əlaqədə olmaq;
- Ukraynaya səfər etmək niyyətində olan vətəndaşlarımızın ciddi ehtiyac olmadıqca səyahətlərini təhlükəsizlik şəraiti yaxşılaşanadək təxirə salmaları.
Səfirliyin əlaqə vasitələri aşağıdakı kimidir:
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Əbədi yaşamaq mümkündürmü? - Fizikdən açıqlama
Bu İnstitut ləğv edilir - Baş nazirdən qərar
David Seliverstov Çingiz Qənizadəyə qarşı xüsusi ittiham qaldırdı - məhkəmə iclası təyin edildi
Bank kredit borcuna görə borclunun qohumlarına zəng edə bilər? - AÇIQLAMA
Bakıda maraqlı toy karvanı - Video
Şahramanyanın imzaladığı sənədin hər hansı rolu, əhəmiyyəti və məzmunu yoxdur - ŞƏRH
Bədən bu yaşdan sonra daha sürətlə qocalır?
Qanunsuz hər yeri zəbt edən şəxs kimdir? - VİDEO
Əkinçilik və heyvandarlıqla məşğul olanların nəzərinə - Yeni qaydalar müəyyənləşir
Tacir Şahmalıoğlu XƏSTƏXANAYA YERLƏŞDİRİLDİ - FOTO
Məktəblərin iş dəftəri problemi: Müəllim valideyndən iş dəftərini almağı tələb edə bilə?
Bakının iki rayonunda İŞIQ OLMAYACAQ
"Sadəcə öskürəkdir" deməyin - Həftələrlə davam edirsə…
Çaylar quruyur, şirin su ehtiyatları tükənir: Səbəb nədir? - AÇIQLAMA
HAVA DƏYİŞİR: Bakıya yağış, rayonlara leysan və dolu gəlir