Bu tarixə kimi Qarabağda silahlı erməni qalmamalıdır

Bu tarixə kimi Qarabağda silahlı erməni qalmamalıdırErmənistanın qeyri-qanuni silahlı birləşmələrinin əməlləri nəticəsində Azərbaycanın Qarabağ bölgəsində hazırkı vəziyyət ağır olmaqda davam edir. Buna baxmayaraq, "Qisas" əməliyyatı sayəsində erməniləri yerində oturtmaq və onların genişmiqyaslı təxribatını davam etdirmələrinin qarşısını almaq mümkün oldu. Lakin mövcud vəziyyət fonunda ermənilərin bu təxribatları davam etdirə biləcəkləri göz qabağındadır.

Sonxeber.az xəbər verir ki, bu sözləri Oxu.az-a açıqlamasında rusiyalı hərbi ekspert, "Milli Müdafiə" jurnalının baş redaktoru İqor Korotçenko deyib.

O, İrəvanın münaqişə vəziyyətini beynəlmiləlləşdirməyə meyil etdiyini deyib:

"Ona görə də Üçtərəfli Bəyanatda nəzərdə tutulduğu kimi, bütün qeyri-qanuni erməni silahlı birləşmələrinin Qarabağ ərazisindən tamamilə çıxarılması tələbi aktual olaraq qalır və qeyd-şərtsiz yerinə yetirilməlidir. Paşinyanın həm Amerika Birləşmiş Ştatlarını, həm də Fransanı bura cəlb etmək cəhdləri tamamilə dağıdıcı təsir bağışlayır. Eyni zamanda ABŞ Senatında bir sıra erməni lobbiçilərinin bu gün Azərbaycan əleyhinə bəyanatlar verdiyinin və Azərbaycanın ərazi bütövlüyünü şübhə altına aldığının şahidi oluruq".

Bu baxımdan ekspert hesab edir ki, Rusiya və Azərbaycan müttəfiqlik əməkdaşlığı haqqında məlum bəyannaməyə əsaslanaraq, bir sıra istiqamətlərdə birgə fəaliyyət göstərəcəklər:

"Məsələn, Üçtərəfli Bəyanat, həm də sonrakı müvafiq müqavilələrdə Paşinyanın üzərinə götürdüyü bütün öhdəliklərin yerinə yetirilməsinin təmin edilməsi, siyasi cəhətdən buna məcbur edilməsi bura aiddir. Ümumiyyətlə, bu gün təmkinli olmaq, vəziyyətə nəzarət etmək, həmçinin birgə səylərlə erməni tərəfini öz öhdəliklərini yerinə yetirməyə məcbur edə biləcəyimizə arxalanmaq son dərəcə vacibdir. Bu öhdəliklərdən birincisi Laçın dəhlizinin yeni marşrutu, eləcə də qeyri-qanuni erməni silahlı birləşmələrinin ərazidən çıxarılmasıdır. Temp o qədər sərt olmalıdır ki, 2022-ci il noyabrın 10-na kimi Qarabağda silahlı erməni qalmamalı, ancaq dinc əhalinin həmin yerlərdə yaşaması mümkündür".

Həmsöhbətimiz vurğulayıb ki, təxirəsalınmaz həllin tələb olunduğu məsələlər sırasında həm də Zəngəzur nəqliyyat dəhlizinin işə salınması var:

"Bundan başqa, 30 illik işğaldan sonra onların geridə qoyduğu minalanmış sahələrin xəritəsinin ötürülməsi, Ermənistanla Azərbaycan arasında dövlət sərhədinin delimitasiyası və demarkasiyası vacibdir. Ən əsası isə Paşinyan Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən irəli sürülən 5 prinsip əsasında sülh müqaviləsini imzalamalıdır. Ermənistan və Azərbaycan arasında sülh müqaviləsi Cənubi Qafqazda uzun illər davam edəcək sakit və proqnozlaşdırıla bilən inkişafın başlanğıcı olacaq".


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 4597   Tarix: 06 avqust 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

İlham Əliyev: "Birgə səylərimizlə TDT-ni aparıcı beynəlxalq təşkilatlardan birinə çevirməyə çalışmalıyıq"

"Bu gün isə mahiyyət etibarilə problemlərin böyük hissəsini, - problemlər deyərkən qarşımızda duran qlobal problemləri nəzərdə tuturam, - arxada qoymuşuq". AZƏRTAC-a istinadən xəbər verir ki, bunu Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkə

17 sentyabr
.

Prezidentlə xanımının Şamaxıdan səmimi görüntüləri - Video

Prezident İlham Əliyevin sosial media hesablarında Şamaxıya səfəri ilə bağlı videoçarx paylaşılıb. "Qafqazinfo" həmin paylaşımı təqdim edir:

18 sentyabr
.

Prezident İlham Əliyev Şamaxıda "Nəsimi Bağları" kompleksi ilə tanış olub - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 17-də Şamaxıda "Nəsimi Bağları" kompleksi ilə tanış olublar. AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin köməkçisi Anar Ələkbərov dövlətimizin başçısına və birinci xanım

17 sentyabr
.

Prezident İlham Əliyev: "Regional təhlükəsizliklə bağlı məsələlər çox mühüm əhəmiyyət daşıyır"

"Ətrafımızda müharibələr gedir və bu müharibələrin nə sonu, nə də qurtaracağı görünür. Müharibələrin coğrafiyası genişlənir". AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən səsləndirib. "Döyüşə

17 sentyabr
.

Prezidentdən Famil Mustafayevlə bağlı sərəncam

Famil Front oğlu Mustafayev 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib. -a istinadən xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb. O, Azərbaycan Respublikasında elmi fəaliyyətin qiymətləndirilməsi sahəsində səmərəli fəaliyyətinə görə bu təltifə layi

17 sentyabr
.

İlham Əliyevin sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edilib - Foto

Azərbaycan Prezidenti İlham Əliyevin sosial şəbəkə hesablarında 20 Sentyabr - Dövlət Suverenliyi Günü ilə əlaqədar paylaşım edilib. paylaşımı təqdim edir:

19 sentyabr
.

"The Athletic": UEFA püşkatma zamanı İrlandiya və İsrail yığmalarını ayırmaqdan imtina edib

Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA) öz himayəsi altında keçirilən turnirlərin püşkatması zamanı İrlandiya və İsrail yığmalarını ayırmaqdan imtina edib. "Report" bu barədə "The Athletic"ə istinadən xəbər verir. UEFA öz bəyanatında qeyd edib ki, hər bir vəziyyəti onun fərd

20 sentyabr
.

Azərbaycan Türk dünyasının önəmli ölkələrindən biridir - AÇIQLAMA

"Hazırda geosiyasi böhran o səviyyəyə çatıb ki, bütün dövlətlər və xalqlar müxtəlif təhdidlərlə üz-üzədir. Hər bir dövlət geosiyasi proseslərdən mümkün qədər az itki ilə çıxmaq üçün təhlükəsizlik məsələlərini prioritet hesab edir. Bu baxımdan dövlətlərin ittifaqlar yaratması tamamilə təbii prosesdi

18 sentyabr
.

Regionun gələcəyini dini həmrəylik və müdrik sülh gündəliyi müəyyənləşdirir

Son illər Azərbaycan regional və qlobal miqyasda milli maraqlarını qətiyyətlə qoruyan qalib dövlət olmaqla yanaşı, həm də beynəlxalq müstəvidə sülhməramlı və mənəvi dəyərlərə söykənən təşəbbüslərin əsas mərkəzinə çevrilib. Paytaxt Bakıda Türk Dövlətləri Təşkilatının (TDT) müsəlman dini rəhbərləri Şurasını

17 sentyabr