Xankəndində ETİRAZ - Volkova qarşı ermənilərin üsyanı başladı

Xankəndində ETİRAZ - Volkova qarşı ermənilərin üsyanı başladıSon günlər Qarabağda yaşanan gərginlik və Azərbaycan Silahlı Qüvvələrinin bölmələri tərəfindən həyata keçirilən "Qisas əməliyyatı"ndan sonra Rusiyanın məsuliyyət zonasında, xüsusən də Xankəndində Rusiya sülhməramlı qüvvələrinin komandanlığına etirazlar artıb.

Bu barədə informasiya erməni mətbuatında yer alıb.

Mənbə yazır ki, dünən Xankəndinin mərkəzi meydanında Rusiya sülhməramlı qüvvələrinin "hərəkətsizliyinə" qarşı növbəti etiraz aksiyası keçirilib. İştirakçılar komandanlıqdan Rusiya sülhməramlılarının kontingentinin Qarabağdan çıxarılmasını tələb ediblər.

Xatırladaq ki, bir müddət əvvəl Qarabağdan olan erməni qaçqınlar Rusiya və Fransanın İrəvandakı səfirlikləri qarşısında eyni tələblərlə etiraz aksiyaları keçirərək, Fransanı bölgəyə qoşun yeritməyə çağırıblar.

Xankəndində isə özlərini "vətəndaş cəmiyyəti fəalı" adlandıran bir qrup erməni Rusiya sülhməramlı qüvvələrinin komandanı, general Aleksandr Volkovla görüşüb.

"Öz işinizlə məşğul olun, əks halda hərəkətlərimizi dəyişəcəyik", - etirazçılardan biri Qayane Arustamyan deyib.

Görüşdə iştirak edən və etiraz aksiyasına rəhbərlik edən qondarma "Dağlıq Qarabağ İnqilab Partiyası"nın sədri Artur Osipyan bildirib ki, rusiyalı generalın sözləri onlarda ümid yaratmayıb.

"Dünən onlardan Qarabağa sülhün gəlməsi üçün bizi inandıracaq heç nə eşitmədik", - Osipyan qeyd edib.

Müxalifətçi vurğulayıb ki, iştirakçılar sülhməramlı qüvvələrin komandanından heç bir aydın təminat almadıqları üçün görüşdən narazı qalıblar.

"Belə çıxır ki, sülhməramlıların burada layiqli sülhü qorumaq üçün nə imkanı, nə gücü, nə də səlahiyyəti var. Sülhməramlıların gücü yalnız özlərini qorumağa çatır", - Osipyan bildirib.

Qeyd edək ki, Azərbaycan ordusunun Kəlbəcər və Laçında həyata keçirdiyi "Qisas" əməliyyatından sonra Ermənistanda və Qarabağda müvəqqəti yaşayan ermənilər arasında Rusiya sülhməramlı qüvvələrinə və ümumilikdə Moskvaya qarşı etirazlar artıb.


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 4345   Tarix: 07 avqust 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

İlham Əliyev: "Birgə səylərimizlə TDT-ni aparıcı beynəlxalq təşkilatlardan birinə çevirməyə çalışmalıyıq"

"Bu gün isə mahiyyət etibarilə problemlərin böyük hissəsini, - problemlər deyərkən qarşımızda duran qlobal problemləri nəzərdə tuturam, - arxada qoymuşuq". AZƏRTAC-a istinadən xəbər verir ki, bunu Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkə

17 sentyabr
.

Prezidentlə xanımının Şamaxıdan səmimi görüntüləri - Video

Prezident İlham Əliyevin sosial media hesablarında Şamaxıya səfəri ilə bağlı videoçarx paylaşılıb. "Qafqazinfo" həmin paylaşımı təqdim edir:

18 sentyabr
.

Prezident İlham Əliyev Şamaxıda "Nəsimi Bağları" kompleksi ilə tanış olub - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 17-də Şamaxıda "Nəsimi Bağları" kompleksi ilə tanış olublar. AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin köməkçisi Anar Ələkbərov dövlətimizin başçısına və birinci xanım

17 sentyabr
.

Prezident İlham Əliyev: "Regional təhlükəsizliklə bağlı məsələlər çox mühüm əhəmiyyət daşıyır"

"Ətrafımızda müharibələr gedir və bu müharibələrin nə sonu, nə də qurtaracağı görünür. Müharibələrin coğrafiyası genişlənir". AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən səsləndirib. "Döyüşə

17 sentyabr
.

Prezidentdən Famil Mustafayevlə bağlı sərəncam

Famil Front oğlu Mustafayev 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib. -a istinadən xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb. O, Azərbaycan Respublikasında elmi fəaliyyətin qiymətləndirilməsi sahəsində səmərəli fəaliyyətinə görə bu təltifə layi

17 sentyabr
.

İlham Əliyevin sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edilib - Foto

Azərbaycan Prezidenti İlham Əliyevin sosial şəbəkə hesablarında 20 Sentyabr - Dövlət Suverenliyi Günü ilə əlaqədar paylaşım edilib. paylaşımı təqdim edir:

19 sentyabr
.

"The Athletic": UEFA püşkatma zamanı İrlandiya və İsrail yığmalarını ayırmaqdan imtina edib

Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA) öz himayəsi altında keçirilən turnirlərin püşkatması zamanı İrlandiya və İsrail yığmalarını ayırmaqdan imtina edib. "Report" bu barədə "The Athletic"ə istinadən xəbər verir. UEFA öz bəyanatında qeyd edib ki, hər bir vəziyyəti onun fərd

20 sentyabr
.

Azərbaycan Türk dünyasının önəmli ölkələrindən biridir - AÇIQLAMA

"Hazırda geosiyasi böhran o səviyyəyə çatıb ki, bütün dövlətlər və xalqlar müxtəlif təhdidlərlə üz-üzədir. Hər bir dövlət geosiyasi proseslərdən mümkün qədər az itki ilə çıxmaq üçün təhlükəsizlik məsələlərini prioritet hesab edir. Bu baxımdan dövlətlərin ittifaqlar yaratması tamamilə təbii prosesdi

18 sentyabr
.

Regionun gələcəyini dini həmrəylik və müdrik sülh gündəliyi müəyyənləşdirir

Son illər Azərbaycan regional və qlobal miqyasda milli maraqlarını qətiyyətlə qoruyan qalib dövlət olmaqla yanaşı, həm də beynəlxalq müstəvidə sülhməramlı və mənəvi dəyərlərə söykənən təşəbbüslərin əsas mərkəzinə çevrilib. Paytaxt Bakıda Türk Dövlətləri Təşkilatının (TDT) müsəlman dini rəhbərləri Şurasını

17 sentyabr