Türkiyə Prezidenti Ermənistana çağırış edib
"Əldə olunan razılaşmalarla Cənubi Qafqazda yeni dönəm başlayıb".
"Report" xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkəsinin xarici dövlətlərdəki səfirlərinin 13-cü konfransında deyib.
"Bu tarixi fürsətin əldən çıxmaması üçün çalışırıq. Bu günədək Azərbaycanla birgə bir çox addım atmışıq. Radikal erməni çevrələrinin sabotajına rəğmən Qafqazda daimi sülh yolunda önəmli məsafə qət etmişik. Ermənistanla xüsusi nümayəndələr səviyyəsində başlatdığımız görüşlər davam edir. Baş nazir Nikol Paşinyan Qurban Bayramı münasibətilə zəng vuranda çox konstruktiv danışıqlar apardıq.
Ermənistanın prosesləri doğru oxuyaraq Azərbaycan və Türkiyənin səmimi çağırışlarına qarşılıq verməsi ilə bölgəmizin qısa müddətdə sabitliyə qovuşacağına inanıram", - dövlət başçısı vurğulayıb.
Sonxeber.az
Telegramda izləyin
Siyasət Baxılıb: 1769 Tarix: 08 avqust 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşPrezidentdən Famil Mustafayevlə bağlı sərəncam
Famil Front oğlu Mustafayev 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib. -a istinadən xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb. O, Azərbaycan Respublikasında elmi fəaliyyətin qiymətləndirilməsi sahəsində səmərəli fəaliyyətinə görə bu təltifə layi
17 sentyabrAzərbaycan Türk dünyasının önəmli ölkələrindən biridir - AÇIQLAMA
"Hazırda geosiyasi böhran o səviyyəyə çatıb ki, bütün dövlətlər və xalqlar müxtəlif təhdidlərlə üz-üzədir. Hər bir dövlət geosiyasi proseslərdən mümkün qədər az itki ilə çıxmaq üçün təhlükəsizlik məsələlərini prioritet hesab edir. Bu baxımdan dövlətlərin ittifaqlar yaratması tamamilə təbii prosesdi
18 sentyabrRegionun gələcəyini dini həmrəylik və müdrik sülh gündəliyi müəyyənləşdirir
Son illər Azərbaycan regional və qlobal miqyasda milli maraqlarını qətiyyətlə qoruyan qalib dövlət olmaqla yanaşı, həm də beynəlxalq müstəvidə sülhməramlı və mənəvi dəyərlərə söykənən təşəbbüslərin əsas mərkəzinə çevrilib. Paytaxt Bakıda Türk Dövlətləri Təşkilatının (TDT) müsəlman dini rəhbərləri Şurasını
17 sentyabr