"Rus sektorunun ləğvi Rusiya-Azərbaycan münasibətlərində problem yarada bilər"- Ceyhun Məmmədov
Azərbaycanda rus dilində təhsil dövlət hesabına maliyyələşdirilir. Ermənistanda isə rus sektoru dövlət məktəblərində deyil, sadəcə özəl məktəblərdə fəaliyyət göstərir. Azərbaycanda da dövlət məktəblərində rus sektoru ləğv oluna bilərmi?
Bununla bağlı Sonxeber.az-a açıqlama verən Milli Məclisin deputatı, Elm və təhsil komitəsinin üzvü Ceyhun Məmmədov bildirib ki, dövlət məktəblərində rus dilində təhsilin ləğv olunması Azərbaycanda rus dilinin sıxışdırılması kimi qiymətləndirilə bilər:
"Dövlət məktəblərində rus dilində təhsilin olması siyasi məsələdir. Mən hesab edirəm ki, hazırkı dönəmdə bu, doğru qərardır. Əvvəlki dövrlə müqayisədə rus dili o qədər də geniş istifadə olunmur. Valideynlər övladlarını rus dilinə yönəltməyə çox çalışırlar, amma bu, kütləvi deyil.Digər ölkələrlə münasibətlər, bölgədə baş verən proseslər fonunda bu məsələyə baxmaq lazımdır. Ölkə rəhbəri İlham Əliyev də dəfərlərlə bu məsələyə toxunub. Rus dilini dövlət məktəblərində ləğv etsək, bu, rus dilinin sıxışdırılması kimi qiymətləndirilə bilər. Rus sektoru əvvəldən mövcud olub və bu gün də davam etməsi normaldır. Belə bir qərarın qəbul edilməsi Rusiya-Azərbaycan münasibətlərində problem yarada bilər. Bu məsələni zamanın öhdəsinə buraxmaq lazımdır, zamanla öz həllini tapacaq".
Şəbnəm Lətifi
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Əbədi yaşamaq mümkündürmü? - Fizikdən açıqlama
Bu İnstitut ləğv edilir - Baş nazirdən qərar
David Seliverstov Çingiz Qənizadəyə qarşı xüsusi ittiham qaldırdı - məhkəmə iclası təyin edildi
Bank kredit borcuna görə borclunun qohumlarına zəng edə bilər? - AÇIQLAMA
Bakıda maraqlı toy karvanı - Video
Bədən bu yaşdan sonra daha sürətlə qocalır?
Qanunsuz hər yeri zəbt edən şəxs kimdir? - VİDEO
Əkinçilik və heyvandarlıqla məşğul olanların nəzərinə - Yeni qaydalar müəyyənləşir
Tacir Şahmalıoğlu XƏSTƏXANAYA YERLƏŞDİRİLDİ - FOTO
Məktəblərin iş dəftəri problemi: Müəllim valideyndən iş dəftərini almağı tələb edə bilə?
Bakının iki rayonunda İŞIQ OLMAYACAQ
"Sadəcə öskürəkdir" deməyin - Həftələrlə davam edirsə…
Çaylar quruyur, şirin su ehtiyatları tükənir: Səbəb nədir? - AÇIQLAMA
HAVA DƏYİŞİR: Bakıya yağış, rayonlara leysan və dolu gəlir