İlham Əliyev moldovalı həmkarını təbrik edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Moldova Respublikasının Prezidenti xanım Maya Sanduya təbrik məktubu ünvanlayıb.
Bu barədə AZƏRTAC məlumat yayıb.
Təbrik məktubunda deyilir:
"Hörmətli xanım Prezident, Moldova Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.
Diplomatik əlaqələrin qurulmasının 30-cu ildönümünü qeyd edən Azərbaycan ilə Moldova arasındakı münasibətlər bu gün uğurla inkişaf edir. Ötən dövr ərzində siyasi dialoqumuz və müxtəlif sahələrdə əməkdaşlığımız genişlənmiş, xalqlarımız arasında tarixən mövcud olmuş təmaslar intensivləşmişdir.
İnanıram ki, ölkələrimiz arasında ənənəvi dostluq əlaqələri, qarşılıqlı faydalı əməkdaşlığımız bundan sonra da xalqlarımızın mənafelərinə uyğun olaraq birgə səylərimizlə daha da möhkəmlənəcəkdir.
Bu bayram günündə Sizə ən xoş arzularımı yetirir, dost Moldova xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıram".
Sonxeber.az
Telegramda izləyin
Siyasət Baxılıb: 771 Tarix: 26 avqust 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaşİlham Əliyev neft sənayesi işçilərini təltif etdi - Siyahı
Prezident İlham Əliyev neft sənayesi işçilərinin təltif edilməsi ilə bağlı Sərəncam imzalayıb. -a istinadən xəbər verir ki, onlar Azərbaycan neft sənayesinin inkişafında xidmətlərinə görə təltif ediliblər. 3-cü dərəcəli "Əmək" ordeni ilə. Bağırova Ülviyə Adil qızı. Bayatlı Tamam Fərman qızı
19 sentyabrBu gün regional təhlükəsizliklə bağlı məsələlər çox mühüm əhəmiyyət daşıyır
Sentyabr ayında Bakıda Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində növbəti tədbirlər keçirilib. Əvvəlcə paytaxtımız Türk Dövlətləri Təşkilatına üzv ölkələrin müsəlman dini idarə rəhbərlərinin VII görüşünə ev sahibliyi edib, Ağdam Cümə məscidində isə böyük şair, mütəfəkkir Seyid Yəhya Bakuviyə həsr olunmu
18 sentyabrAzərbaycanın TDT-də birləşdirici mövqeyi yüksəlir
Son bir neçə gün ərzində Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin dini liderlərinin, ardınca isə TDT Təhlükəsizlik Şuralarının katiblərinin Bakıda toplaşması Azərbaycanın bu müstəvidə münasibətlərinin yüksək səviyyədə, sistemli və çoxşaxəli olduğunu ortaya qoydu. Qısa müddət ərzində həm dini, hə
18 sentyabr