İlham Əliyevi bu türk ölkəsində belə tanıyırlar

İlham Əliyevi bu türk ölkəsində belə tanıyırlarAzərbaycan Prezidenti İlham Əliyevin Qazaxıstanın Prezidenti Qasım-Jomart Tokayevlə 24 avqust 2022-ci ildəki görüşü, ümumən, qardaş ölkənin dövlət başçısının respublikamıza rəsmi səfəri tarixi hadisə dəyərindədir.

Qazaxıstan Prezidentinin səfəri bir çox əlamətdar məqamlar, rəmzlər, ilklər və əlbəttə, çoxsaylı mühüm sənədlərin imzalanması ilə müstəsna şəkildə fərqləndi. Məsələn, "Azərbaycan Respublikası ilə Qazaxıstan Respublikası arasında strateji münasibətlərin möhkəmləndirilməsi və müttəfiqlik qarşılıqlı fəaliyyətinin dərinləşdirilməsi haqqında Bəyannamə" başda olmaqla, Prezidentlərin hüzurunda imzalanan Azərbaycan-Qazaxıstan sənədlərinin məcmusu ötən il Azərbaycan və Türkiyə prezidentlərinin imzaladığı Şuşa Bəyannaməsi ilə müqayisə olunur. Bu, ən azı iki cəhətdən diqqətəlayiqdir:

1) Azərbaycan-Qazaxıstan sənədləri yalnız Azərbaycanın Türkiyə ilə imzaladığı ən yüksək sənədlə müqayisə olunur;

2) Şuşa Bəyannaməsinin örnək təşkil etdiyi, bundan öncə Azərbaycan-Qırğız Respublikası, Özbəkistan-Türkiyə, Özbəkistan-Azərbaycan sənədləri ilə yeni dalğalar, yeni üfüqlər qazanaraq, miqyasını böyütməkdə olduğu görünməkdədir.

Prezident İlham Əliyevin qardaş ölkənin ən yüksək ordeni - "Altın kıran" - "Qızıl qartal" ilə təltif edilməsi və təqdimetmə zamanı Prezident Qasım-Jomart Tokayevin dediyi sözlər tarixi mahiyyət daşıyır. Həmin sözlər Azərbaycan Prezidentinin 12 noyabr 2021-ci ildə Türk Dünyasının Ali Ordeni ilə təltif olunarkən deyilən sözlərlə həmahəngdir: "Qazaxıstanda Sizi görkəmli dövlət xadimi, bütün dünyada Azərbaycanı tarixi Zəfərə, Təhlükəsizlik Şurasının qətnamələrinə tam müvafiq olaraq ərazi bütövlüyünün bərpa edilməsinə gətirib çıxarmış şəxsiyyət kimi tanıyır, ehtiram bəsləyir, hörmət edirlər. Bu münasibətlə Sizi bu gün şəxsi görüşümüz zamanı təbrik etmişəm. Siz dövlətlərimiz arasında çoxtərəfli, çoxşaxəli əməkdaşlığın inkişafına böyük töhfə verirsiniz. Bütün qazax xalqı adından ehtiram əlaməti olaraq bu gün Sizə "Altın kıran" ordenini təqdim etmək istərdim".

Üstəlik, Şuşa ilə Türküstanın qardaşlaşması haqqında sənədin imzalanması, Füzulidə Qazaxıstanın Azərbaycana hədiyyəsinin – Kurmanqazı adına Uşaqların Yaradıcılığının İnkişafı Mərkəzinin təqdimatının keçirilməsi möhtəşəmdir!
Bunlar xalqlarımızın dostluğunun, qardaşlığının mötəbər təsdiqi, Prezident İlham Əliyevin Azərbaycan-Qazaxıstan münasibətlərinin möhkəmlənməsi üçün gördüyü işlərə verilən yüksək qiymətin, qarşılıqlı güvənin, Azərbaycanın tarixi Zəfərin, Zəfərin yaratdığı yeni gerçəkliklərə və perspektivə verilən dəyərin təntənəsidir.

Məmnuniyyətlə vurğulaya bilərik ki, Azərbaycan və Qazaxıstan bütün məsələlər üzrə eyni mövqeyi nümayiş etdirə bilir. Prezidentlərin vurğuladığı kimi, ikitərəfli münasibətlərdə, beynəlxalq problemlərə dair bütün məsələlərdə ölkələrimizin mövqeyi üst-üstə düşür. Qardaş ölkələrimiz bir-birinə həqiqi dost olan, doğma olan dövlətlərdir. Biz strateji tərəfdaşlarıq, etibarlı müttəfiqlərik.

Qardaş ölklərimizin ikitərəfli əməkdaşlığında yeni altun səhifə açılır. Heç təsadüfi deyil ki, Qazaxıstan Prezidentinin Azərbaycana səfəri zamanı 20-dən artıq vacib sənəd imzalanıb. Əlbəttə, bu, qarşılıqlı fəaliyyətin möhkəmlənməsinə ciddi şəkildə kömək edəcək. İmzalanmış sənədlərdən bir neçəsini yada salaq:

- "Azərbaycan Respublikası ilə Qazaxıstan Respublikası arasında 2022-2026-cı illər üzrə əməkdaşlığın inkişaf etdirilməsi haqqında Kompleks Proqram";

- "Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi ilə Qazaxıstan Respublikasının Mədəniyyət və İdman Nazirliyi arasında 2022-2025-ci illər üçün mədəniyyət sahəsində əməkdaşlığa dair Proqram";

- "Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və Qazaxıstan Respublikasının Xarici İşlər Nazirliyi arasında 2023-2024-cü illər üzrə Əməkdaşlıq Planı";

- "Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi ilə Qazaxıstan Respublikası İnformasiya və İctimai İnkişaf Nazirliyi arasında Anlaşma Memorandumu";

- "Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə Qazaxıstan Respublikasının Rəqəmsal İnkişaf, İnnovasiya və Aerokosmik Sənaye Nazirliyi arasında informasiya-kommunikasiya texnologiyaları sahəsində əməkdaşlıq üzrə Anlaşma Memorandumu" və b.

Göründüyü kimi, bu sənədlərin imzalanması ilə ölkələrimiz arasındakı mədəni, elm, təhsil, xarici siyasət, iqtisadi, ticari, siyasi, kommunikasiya və digər əməli fəaliyyət sahələrində işbirliyi daha da inkişaf edəcəkdir.

Yazının girişində də vurğuladığımız kimi, "Azərbaycan Respublikası ilə Qazaxıstan Respublikası arasında strateji münasibətlərin möhkəmləndirilməsi və müttəfiqlik qarşılıqlı fəaliyyətinin dərinləşdirilməsi haqqında Bəyannamə"nin fövqəladə dərəcədə önəmlidir və bütün digər sənədləri ümumiləşdirən, cəm edən və necə deyərlər, bütövləşdirən sənəddir. Bu isə yeni imkanlarla yanaşı yeni məsuliyyət deməkdir. Bəyannamə qardaş ölkələrimizin işbirliyinin bütün vektorlarını ehtiva etməkdədir. Ayrıca, bu, Bəyannamə Azərbaycan-Qazaxıstan münasibətlərini yeni mərtəbəyə qaldırmaqla birgə, Azərbaycanın Mərkəzi Asiyanın digər ölkələri (Özbəkistan, Qırğız Respublikası, Türkmənistan, Tacikistan) ilə çoxvektorlu işbirliyinin gələcəkyönümlü inkişafını da təcalla etdirir. Mərkəzi Asiya ölkələrinin coğrafi mövqeyinin, təbii ortamının, tarixi inkişaf yolunun, mədəniyyət, dil və din özəlliklərinin eyniliyi və ya oxşarlığı onların iqtisadi bağlarının genişlənməsinə, dərinləşməsinə, Xəzərin bu tayındakı Qardaş ölkələri Azərbaycanla birgə siyasi və iqtisadi təşkilatlarının yaranmasına müsbət təsir göstərir.
Mərkəzi Asiya regionuna daxil olan ölkələr gündoğarda Çinin Böyük Xinqan dağlarından başlamış günbatarda Xəzər dənizi qıyılarınadək yerləşir. Bu yeganə regiondur ki, heç bir ölkəsinin okeana birbaşa çıxış yolu yoxdur. Bu regionu Qafqaz və Avropa ölkələri birləşdirən ən əlverişli yol Xəzər dənizi üzərindəndir. Azərbaycanın paytaxtı ilə Mərkəzi Asiyanın Aktau (Qazaxıstan) və eləcə də, Türkmənbaşı (Türkmənistan) arasında gəmi-bərə körpüsünün salınması regionun Qafqazla iqtisadi bağlarının daha da yaxşılaşmasına səbəbdir. Son illər Mərkəzi Asiyanın Çin, İran və Əfqanıstanla dövlət sərhədlərinin sadələşdirilməsi regionun xarici nəqliyyat bağlarının genişlənməsinə, bununla da regionun və adıkeçən ölkələrin, digər bir sıra Asiya ölkələrinin Azərbaycan üzərindən Avropa ilə iqtisadi-ticari bağlarının əlverişli şəkil almasına gətirb çıxarmaqdadır. Regiondan keçən qədim İpək yolu getdikcə daha böyük ölçüdə bərpa olunur.

Beləliklə, heç təsadüfi deyil ki, "Azərbaycan Respublikası ilə Qazaxıstan Respublikası arasında strateji münasibətlərin möhkəmləndirilməsi və müttəfiqlik qarşılıqlı fəaliyyətinin dərinləşdirilməsi haqqında Bəyannamə"də Azərbaycanın Şərqi Zəngəzur iqtisadi rayonunun Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə birləşdirilməsinin vacibliyi də öz əksini tapıb. Bu isə Orta Dəhlizin tərkib hissəsi olacaq.

Dövlətlərimiz və qardaşlığımız var olsun! (Axar)


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 1096   Tarix: 27 avqust 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

XİN-dən ABŞ-ın Ermənistandakı səfirinə CAVAB

"ABŞ səfirinin belə bir açıqlama ilə çıxış etməsi qəbuledilməzdir. Münaqişə keçmişdə qalıb, Azərbaycan ərazi bütövlüyünü təmin edib və Prezidentin 7 iyul 2021-ci il tarixli Sərəncamı ilə Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonları yaradılıb. Bu ərazilər Azərbaycanın tərkib hissəsidir və hər hans

11 sentyabr 2021
.

Ərdoğan Azərbaycanla imzalanan vacib sənədləri təsdiqlədi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanla imzalanmış bəzi Sazişləri təsdiqləyib. Bunlar- 25 fevral 2020-ci ildə Bakı şəhərində imzalanmış "Türkiyə Cümhuriyyəti Hökuməti və Azərbaycan Respublikası Hökuməti arasında Enerji və Mədənçilik Sahələrində Əməkdaşlıq Haqqında Saziş", 31 oktyab

4 sentyabr 2021
.

Paşinyanın arvadı haqda sensasion məlumat yayıldı

Erməni mənbələri xəbər verir ki, 44 günlük müharibənin ilk günlərində Nikol Paşinyanın xanımı Anna Akopyan Rusiyanın əleyhinə sərt fikirlər səsləndirib. Baş nazirin xanımı bildirib ki, "əsrlər boyu özünü bizə müttəfiq kimi sırıyan Rusiya əslində heç də bizim müttəfiq və tərəfdaşımız deyil"

9 sentyabr 2021
.

Rusiya Dumasında pedofillər üçün edam cəzası müzakirə olunur

Rusiyada pedofillər üçün edam cəzasının geri qaytarılması zəruridir. Bu təklifi deputat, Rusiya Dövlət Dumasının Dövlət Tikintisi və Qanunvericilik Komitəsi sədrinin birinci müavini Mixail Yemelyanov irəli sürüb. Yemelyanov Kiselyovskda əvvəllər cinsi təcavüzə görə məhkum edilmiş şəxs tərəfindən on yaşl

8 sentyabr 2021
.

"Ermənistan tərəfi narahat olmalıdır ki..." - Politoloqdan Zatulinə CAVAB

Xəbər verdiyimiz kimi, ötən gün Rusiya Dövlət Dumasının deputatı Konstantin Zatulin parlamentdə çıxışı zamanı "Azərbaycanı yerinə oturtmaq lazımdır" ifadəsini işlədib. Qeyd edək ki, Zatulin hər zaman belə ifadələrlə Azərbaycan cəmiyyətində qıcığa səbəb olub. Məsələ ilə bağlı saytına açıqlam

31 avqust 2021
.

Rusiya Azərbaycanın şərtlərini qəbul edib - Eskpertən AÇIQLAMA

Xəbər verdiyimiz kimi, ötən gün Lavrovla Mirzoyanın görüşündə əsas diqqətçəkən məqamlardan biri də birgə mətbuat konfransında Rusiya XİN başçısının erməni diversantlarla bağlı açıqlaması və Ermənistan XİN rəhbərinin dəfələrlə Qarabağın "status"u məsələsini qaldırmasına baxmayaraq, Lavrovu

2 sentyabr 2021
.

Mehriban Əliyevadan Füzuli Beynəlxalq Hava Limanı ilə bağlı paylaşım

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Prezident İlham Əliyevlə birlikdə Füzuli Beynəlxalq Hava Limanında görülən işlərlə tanışlıqla bağlı paylaşım edib. xəbər verir ki, Birinci vitse-prezident bu barədə özünün instaqram səhifəsində fotolar paylaşıb. "Prezident İlha

29 avqust 2021
.

Parlamentdə Paşinyanın təhlükəsizliyini təmin etmək üçün qəribə addım atıldı - FOTO

Ermənistan parlamentində Baş nazir Nikol Paşinyanın təhlükəsizliyinin təmin olunması üçün iclas zalındakı su şüşələri yığışdırılıb. Bu barədə erməni KİV məlumat yayıb. Belə ki, bir neçə gün öncə ölkənin qanunverici orqanında hakim və müxalif partiya nümayəndələri arasında baş verən kütləvi davalard

15 sentyabr 2021
.

Türkiyənin Baş Ombudsmanı "Türk Şəhidliyi" abidəsini ziyarət etdi - FOTO

Bakının işğaldan azad olunmasının ildönümü ilə əlaqədar Azərbaycan Respublikasının ombudsmanı Səbinə Əliyeva və türkiyəli həmkarı Şərəf Malkoç, həmçinin hər iki ölkənin nümayəndələri Şəhidlər Xiyabanı və Türk Şəhidliyi abidəsini ziyarət ediblər. xəbər verir ki, ombudsmanlar Əbədi Məşəl abidəsinin önün

15 sentyabr 2021