Hikmət Hacıyev Azərbaycanın Brüssel görüşündən gözləntisini açıqlayıb
"Avqustun 31-də Avropa İttifaqı Prezidentinin iştirakı ilə Azərbaycan və Ermənistan liderlərinin görüşü gözlənilir. Azərbaycanın bu görüşdə əsas gözləntisi sülh sazişinin hazırlanması üçün işçi qrupunun artıq fəaliyyətə başlaması ilə bağlıdır".
Bunu jurnalistlərə açıqlamasında Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.
Hikmət Hacıyev deyib ki, Avropa İttifaqı çərçivəsində keçirilən bu kimi görüşlərdə və sonuncu görüşlərdə üçtərəfli əsasda qəbul edilmiş bəyanatda qeyd olunub ki, sərhədlərin delimitasiyası və sülh müqaviləsinin hazırlanması üzrə qısa müddətdə işçi qrupları yaradılmalı və fəaliyyətə başlamalıdır: "Azərbaycanın gözləntisi əsasən bundan ibarətdir. Ancaq görək Ermənistan tərəfi nə fikirləşir. Ermənistan tərəfinin yenə də müxtəlif bəhanələrlə mövzudan qaçmaq kimi siyasət yürütdüyünə dair müəyyən işarələr var. Hər bir halda, biz gözləyək və nəticələrə baxaq. Azərbaycanın əsas niyyəti xüsusilə sülh müqaviləsinin təfərrüatları və ümumi mətni üzrə danışıqlar prosesinin olmasıdır. Təbii ki, Azərbaycan sülh, sülh müqaviləsinin tezliklə imzalanmasını istəyir. Azərbaycan istəyir ki, beynəlxalq hüququn norma prinsipləri əsasında iki dövlət arasındakı münasibətlər təsbit olunsun və regionda bunun əsnasında davamlı sülh təmin edilmiş olsun. Amma Azərbaycanın bu sülhpərvər niyyəti də həmişə və əbədi olaraq masa üzərində olmayacaq. Burada ana prinsip ondan ibarətdir ki, dövlətlər qarşılıqlı şəkildə bir-birinin ərazi bütövlüyünü, suverenliyini və sərhədlərinin toxunulmazlığını tanımalıdırlar. Xüsusilə də beynəlxalq səviyyədə tanınmış sərhədlər daxilində sərhədlərin tanınması şərtdir. Azərbaycan beynəlxalq hüquqa məsuliyyətli formada yanaşaraq bu şərtlərə əməl etməyə hazırdır. Prezident Basqaldakı müsahibəsinə də dedi ki, əgər Ermənistan tərəfindən əks fikirlər olacaqsa, Azərbaycan bu xüsusda hüquqlarını özündə saxlayır".
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Əbədi yaşamaq mümkündürmü? - Fizikdən açıqlama
Bu İnstitut ləğv edilir - Baş nazirdən qərar
David Seliverstov Çingiz Qənizadəyə qarşı xüsusi ittiham qaldırdı - məhkəmə iclası təyin edildi
Bank kredit borcuna görə borclunun qohumlarına zəng edə bilər? - AÇIQLAMA
Bakıda maraqlı toy karvanı - Video
Bədən bu yaşdan sonra daha sürətlə qocalır?
Qanunsuz hər yeri zəbt edən şəxs kimdir? - VİDEO
Əkinçilik və heyvandarlıqla məşğul olanların nəzərinə - Yeni qaydalar müəyyənləşir
Tacir Şahmalıoğlu XƏSTƏXANAYA YERLƏŞDİRİLDİ - FOTO
Məktəblərin iş dəftəri problemi: Müəllim valideyndən iş dəftərini almağı tələb edə bilə?
Bakının iki rayonunda İŞIQ OLMAYACAQ
"Sadəcə öskürəkdir" deməyin - Həftələrlə davam edirsə…
Çaylar quruyur, şirin su ehtiyatları tükənir: Səbəb nədir? - AÇIQLAMA
HAVA DƏYİŞİR: Bakıya yağış, rayonlara leysan və dolu gəlir