Nə qədər ərazi minalardan təmizlənib? - ANAMA
İndiyədək ümumilikdə 49 min 395,3 hektar ərazi minalardan təmizlənib, minalar və partlamamış hərbi sursatlar aşkar edilərək zərərsizləşdirilib. Həmçinin minaların partlaması nəticəsində 240 mülki və hərbçi həlak olub və ya yaralanıb.
Bu fikirləri Şuşada keçirilən beynəlxalq konfrans zamanı Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin İdarə Heyəti sədrinin müavini Samir Poladov deyib.
Minaların insanların həyatına yaratdığı təhlükədən danışan S.Poladov işğal zamanı dağıdılmış ərazilərin də minalarla çirkləndiyini və bu yerlərin də təhlükəli ərazilər sayıldığını qeyd edib.
Həmçinin bildirib ki, Ermənistan tərəfindən minalarla bağlı hər hansı xəritə təqdim edilməyib.
Samir Poladov vurğulayıb ki, minatəmizləmə işləri prioritet olaraq əsas nəqliyyat yollarında, mühüm infrastruktur binalarında, əsas rayon və kəndlərdə aparılır.
Diqqətə çatdırılıb ki, minatəmizləmə əməliyyatlarının uğurla davam etməsi keçmiş məcburi köçkünlərin öz torpaqlarına qayıtması prosesi və münaqişənin təsirinə məruz qalmış ərazilərin sosial-iqtisadi inkişafına müsbət təsir göstərəcək.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Əbədi yaşamaq mümkündürmü? - Fizikdən açıqlama
Bu İnstitut ləğv edilir - Baş nazirdən qərar
David Seliverstov Çingiz Qənizadəyə qarşı xüsusi ittiham qaldırdı - məhkəmə iclası təyin edildi
Bank kredit borcuna görə borclunun qohumlarına zəng edə bilər? - AÇIQLAMA
Bakıda maraqlı toy karvanı - Video
Bədən bu yaşdan sonra daha sürətlə qocalır?
Qanunsuz hər yeri zəbt edən şəxs kimdir? - VİDEO
Əkinçilik və heyvandarlıqla məşğul olanların nəzərinə - Yeni qaydalar müəyyənləşir
Tacir Şahmalıoğlu XƏSTƏXANAYA YERLƏŞDİRİLDİ - FOTO
Məktəblərin iş dəftəri problemi: Müəllim valideyndən iş dəftərini almağı tələb edə bilə?
Bakının iki rayonunda İŞIQ OLMAYACAQ
"Sadəcə öskürəkdir" deməyin - Həftələrlə davam edirsə…
Çaylar quruyur, şirin su ehtiyatları tükənir: Səbəb nədir? - AÇIQLAMA
HAVA DƏYİŞİR: Bakıya yağış, rayonlara leysan və dolu gəlir