Zabux və Susda faktaraşdırıcı missiyalar həyata keçiriləcək
"Şuşada keçirilən beynəlxalq konfransda iştirak edən səfirlər azad olunmuş ərazilərimizdə bu miqyasda dağıntıdan sonra Ermənistan tərəfindən beynəlxalq məhkəmələrdə Azərbaycandan təzminatların istənilməsi məsələsi ilə bağlı suallar ünvanladılar. Riyakarlığa baxın ki, Azərbaycana qarşı bu qədər dağıntı törədəndən, bu qədər vəhşilik və vandalizm həyata keçirəndən sonra Ermənistan Beynəlxalq Ədalət Məhkəməsində İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi üzrə Konvensiya əsasında Azərbaycana qarşı iddialarla çıxış edir. Bu iddiaları irəli sürən dövlət beynəlxalq ictimaiyyət qarşısında utanmalıdır. Hər halda, Azərbaycanın cavabı çoxdur. Həmin konvensiyalar çərçivəsində və digər konvensiyaların imkanları da araşdırılaraq Azərbaycan Ermənistana qarşı iddialar irəli sürür. Həmçinin Avropa İnsan Hüquqları Məhkəməsində Azərbaycanın Ermənistana qarşı dövlət ittihamı əsaslı müraciəti var".
Sonxeber.az xəbər verir ki, bu sözləri Şuşada jurnalistlərə müsahibəsində Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri üzrə şöbəsinin müdiri Hikmət Hacıyev söyləyib.
İşğal dövründə Zabux və Sus kəndlərində Ermənistan tərəfindən genişmiqyaslı qeyri-qanuni məskunlaşdırma siyasətinin həyata keçirildiyini deyən Prezidentin köməkçisi qeyd edib ki, bu, ermənilərin arzuladıqları formada geniş miqyas almayıb. Çünki onların burada yaşadıqları şərait xaricdən hər hansı erməninin gətirilib orada məskunlaşdırılması üçün cəlbedici ola bilməzdi. Amma müəyyən süni proqramlar həyata keçirilib. Bu, xüsusilə də Laçında, o cümlədən Zabux və Sus kəndlərində müşahidə olunur.
"Ümumiyyətlə, işğal dövründə işğalçı ölkənin həmin ərazinin etnik-dini tərkibini dəyişdirməsi, mədəniyyət abidələrini məhv etməsi, arxitektura üslubunu dəyişdirməsi müharibə cinayətləri kimi tövsif olunan hallardır. Ermənistan tərəfindən həyata keçirilən bu addımlar, xüsusən Zabux və Sus kəndlərinə regionla hər hansı əlaqəsi olmayan, Yaxın Şərqdən olan insanların köçürülməsi belə hallardandır. Dövlətimizin başçısı tərəfindən bununla bağlı da müvafiq tapşırıqlar verilib. Təhlükəsizlik tədbirləri, minaların təmizlənməsi həyata keçiriləndən sonra müvafiq faktaraşdırıcı, sənədləşdirmə missiyaları həyata keçiriləcək", - deyə H.Hacıyev əlavə edib.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Əbədi yaşamaq mümkündürmü? - Fizikdən açıqlama
Bu İnstitut ləğv edilir - Baş nazirdən qərar
David Seliverstov Çingiz Qənizadəyə qarşı xüsusi ittiham qaldırdı - məhkəmə iclası təyin edildi
Bank kredit borcuna görə borclunun qohumlarına zəng edə bilər? - AÇIQLAMA
Bakıda maraqlı toy karvanı - Video
Bədən bu yaşdan sonra daha sürətlə qocalır?
Qanunsuz hər yeri zəbt edən şəxs kimdir? - VİDEO
Əkinçilik və heyvandarlıqla məşğul olanların nəzərinə - Yeni qaydalar müəyyənləşir
Tacir Şahmalıoğlu XƏSTƏXANAYA YERLƏŞDİRİLDİ - FOTO
Məktəblərin iş dəftəri problemi: Müəllim valideyndən iş dəftərini almağı tələb edə bilə?
Bakının iki rayonunda İŞIQ OLMAYACAQ
"Sadəcə öskürəkdir" deməyin - Həftələrlə davam edirsə…
Çaylar quruyur, şirin su ehtiyatları tükənir: Səbəb nədir? - AÇIQLAMA
HAVA DƏYİŞİR: Bakıya yağış, rayonlara leysan və dolu gəlir