Türkiyə hərbçimizin bu çıxışından danışır
Zabux və Sus kəndlərində nəzarəti ələ keçirən Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin əsgərləri Laçında Türkiyə bayrağını açaraq "Türklərin gücünü gördünüz, bundan sonra da görəcəksiniz",- deyə qeyd edib.
Hərbçimizin bu paylaşımı Türkiyə mətbuatında gündəm olub.
Sosial mediada da böyük rəğbətlə qarşılanan bu görüntülər Azərbaycan-Türkiyə qardaşlığının bir daha sarsılmaz olduğunun sübutu kimi şərh edilib.
Qeyd edək ki, avqustun 26-da Prezident İlham Əliyev Azərbaycan Ordusunun Laçına yerləşdiyini açıqlamışdı.
Bu barədə Prezident İlham Əliyev tviter səhifəsində paylaşım etmişdi.
Paylaşımda deyilir: "Bu gün, avqustun 26-da biz – Azərbaycanlılar Laçın şəhərinə qayıtmışıq. Azərbaycan Ordusu Laçın şəhərinə yerləşdi. Zabux və Sus kəndləri nəzarətə götürüldü. Bütün Laçınlıları və Azərbaycan xalqını bu münasibətlə təbrik edirəm. Yaşasın Laçın! Yaşasın Azərbaycan!"
Eyni zamanda Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İlham Əliyevi Laçın şəhərinin Azərbaycanın nəzarətinə keçməsinə görə təbrik etmişdi.
Türkiyə Prezidenti Laçın şəhərinin, Zabux və Sus kəndlərinin Azərbaycanın nəzarətinə keçməsi ilə bağlı dövlətimizin başçısına və bütün Azərbaycan xalqına öz adından və Türkiyə xalqı adından sevinc hisslərini çatdırıb.
Dövlətimizin başçısı öz növbəsində öz adından və Azərbaycan xalqı adından Türkiyə Prezidentinə və qardaş Türkiyə xalqına təbriklərə görə təşəkkürünü bildirib.
Söhbət zamanı dostluq və müttəfiqlik əlaqələrimizin müxtəlif aspektləri müzakirə olundu, yeni təmaslar haqqında fikir mübadiləsi aparılıb.(Müsavat)
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Əbədi yaşamaq mümkündürmü? - Fizikdən açıqlama
Bu İnstitut ləğv edilir - Baş nazirdən qərar
David Seliverstov Çingiz Qənizadəyə qarşı xüsusi ittiham qaldırdı - məhkəmə iclası təyin edildi
Bank kredit borcuna görə borclunun qohumlarına zəng edə bilər? - AÇIQLAMA
Bakıda maraqlı toy karvanı - Video
Bədən bu yaşdan sonra daha sürətlə qocalır?
Qanunsuz hər yeri zəbt edən şəxs kimdir? - VİDEO
Əkinçilik və heyvandarlıqla məşğul olanların nəzərinə - Yeni qaydalar müəyyənləşir
Tacir Şahmalıoğlu XƏSTƏXANAYA YERLƏŞDİRİLDİ - FOTO
Məktəblərin iş dəftəri problemi: Müəllim valideyndən iş dəftərini almağı tələb edə bilə?
Bakının iki rayonunda İŞIQ OLMAYACAQ
"Sadəcə öskürəkdir" deməyin - Həftələrlə davam edirsə…
Çaylar quruyur, şirin su ehtiyatları tükənir: Səbəb nədir? - AÇIQLAMA
HAVA DƏYİŞİR: Bakıya yağış, rayonlara leysan və dolu gəlir