Aİ Rusiya ilə viza razılaşmasını dayandırır?
Avropa İttifaqı (Aİ) xarici işlər nazirləri gələn həftə Praqada keçiriləcək ikigünlük iclasda 2007-ci ildə imzalanmış Aİ ilə Rusiya arasında viza rejiminin sadələşdirilməsi sazişinin dayandırılmasını dəstəkləməyi planlaşdırırlar.
Moskvanın Ukraynadakı hərbi əməliyyatına cavab olaraq bir neçə üzv dövlət bloka daxil olan Rusiya vətəndaşlarına qadağalar və ya ciddi məhdudiyyətlər üçün fəal lobbiçilik edir.
Aİ-nin yüksək rütbəli rəsmisi deyib:
"Rusiyalı turistlərin şəhərlərimizdə, limanlarımızda dolaşmaları məqsədəuyğun deyil. Biz rus xalqına siqnal verməliyik ki, bu müharibə yaxşı deyil, qəbuledilməzdir".
Müqavilənin dayandırılması bütün Aİ vizaları üçün müraciət prosesini daha mürəkkəb və bahalı edəcək, həmçinin gözləmə müddətlərini artıracaq.
Aİ rəsmisi bildirib ki, ilin sonuna qədər əlavə məhdudiyyətlərin qəbul ediləcəyi gözlənilir.
Polşa, Çex Respublikası, Estoniya və Latviya kimi ölkələr artıq Rusiya vətəndaşlarına viza verilməsini dayandırıblar./Oxu.az
Sonxeber.az
Telegramda izləyin
Siyasət Baxılıb: 914 Tarix: 29 avqust 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
İlham Əliyev neft sənayesi işçilərini təltif etdi - Siyahı
Prezident İlham Əliyev neft sənayesi işçilərinin təltif edilməsi ilə bağlı Sərəncam imzalayıb. -a istinadən xəbər verir ki, onlar Azərbaycan neft sənayesinin inkişafında xidmətlərinə görə təltif ediliblər. 3-cü dərəcəli "Əmək" ordeni ilə. Bağırova Ülviyə Adil qızı. Bayatlı Tamam Fərman qızı
19 sentyabrBu gün regional təhlükəsizliklə bağlı məsələlər çox mühüm əhəmiyyət daşıyır
Sentyabr ayında Bakıda Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində növbəti tədbirlər keçirilib. Əvvəlcə paytaxtımız Türk Dövlətləri Təşkilatına üzv ölkələrin müsəlman dini idarə rəhbərlərinin VII görüşünə ev sahibliyi edib, Ağdam Cümə məscidində isə böyük şair, mütəfəkkir Seyid Yəhya Bakuviyə həsr olunmu
18 sentyabrAzərbaycanın TDT-də birləşdirici mövqeyi yüksəlir
Son bir neçə gün ərzində Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin dini liderlərinin, ardınca isə TDT Təhlükəsizlik Şuralarının katiblərinin Bakıda toplaşması Azərbaycanın bu müstəvidə münasibətlərinin yüksək səviyyədə, sistemli və çoxşaxəli olduğunu ortaya qoydu. Qısa müddət ərzində həm dini, hə
18 sentyabr