Prezidentin "Xalq artisti" adı verdiyi Nəsibə Abdullayeva kimdir? - DOSYE + VİDEO
Nəsibə Abdullayeva Prezident İlham Əliyev tərəfindən Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında mədəni əlaqələrin inkişafında xidmətlərinə görə "Xalq artisti" fəxri adı ilə təltif edilib.
Oxu.Az xəbər verir ki, sevilən özbək müğənni Nəsibə Məlik qızı Yarməhəmmədova (Abdullayeva) 15 noyabr 1961-ci ildə Özbəkistanın Səmərqənd vilayətində anadan olub. Səmərqənd şəhərinin Boğişamol məhəlləsində anadan olan müğənni musiqi karyerasına 1980-ci illərdən başlayıb. Anası Xalçuçuk Xalimakulova əslən tacik, atası Məlik Yarməhəmmədov isə əslən iranlıdır.
N.Abdullayeva yaradıcılığında Azərbaycan mahnılarına xüsusi yer verir. O, Azərbaycan estradasının sevilən müğənniləri Aygün Kazımovanın ifa etdiyi "Səndən nigaranam" və Faiq Ağayevin ifasında tanınan "Bağışlaram səni" mahnılarını özünəməxsus şəkildə ifa edib.
Əvvəllər Cenevrədə yaşayan müğənni hazırda oğlanları ilə birlikdə Londonda yaşayır. Sənətçi iki dəfə ailə həyatı qurub, hər iki izdivacı azərbaycanlı bəylərlə olub. Birinci həyat yoldaşından iki oğlu var. Birinci həyat yoldaşı ilə ayrıldıqdan sonra müğənni ikinci dəfə ailə həyatı qurub. Müğənninin evli olduğu şəxsin atası Gədəbəydən, anası Səmərqənddəndir.
Qeyd edək ki, müğənni Azərbaycanda ən çox ifa etdiyi "Səndən nigaranam" və "Qara göz boy-boy" mahnıları ilə məşhurlaşıb.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Əbədi yaşamaq mümkündürmü? - Fizikdən açıqlama
Bu İnstitut ləğv edilir - Baş nazirdən qərar
David Seliverstov Çingiz Qənizadəyə qarşı xüsusi ittiham qaldırdı - məhkəmə iclası təyin edildi
Bank kredit borcuna görə borclunun qohumlarına zəng edə bilər? - AÇIQLAMA
Bakıda maraqlı toy karvanı - Video
Bədən bu yaşdan sonra daha sürətlə qocalır?
Qanunsuz hər yeri zəbt edən şəxs kimdir? - VİDEO
Əkinçilik və heyvandarlıqla məşğul olanların nəzərinə - Yeni qaydalar müəyyənləşir
Tacir Şahmalıoğlu XƏSTƏXANAYA YERLƏŞDİRİLDİ - FOTO
Məktəblərin iş dəftəri problemi: Müəllim valideyndən iş dəftərini almağı tələb edə bilə?
Bakının iki rayonunda İŞIQ OLMAYACAQ
"Sadəcə öskürəkdir" deməyin - Həftələrlə davam edirsə…
Çaylar quruyur, şirin su ehtiyatları tükənir: Səbəb nədir? - AÇIQLAMA
HAVA DƏYİŞİR: Bakıya yağış, rayonlara leysan və dolu gəlir