Müstəqil Azərbaycanın dövlətçilik tarixini yaradıcısı - Heydər Əliyev

Müstəqil Azərbaycanın dövlətçilik tarixini yaradıcısı - Heydər ƏliyevAzərbaycanda xalqın 1988-ci ildən başlayan azadlıq mübarizəsi 1991-ci ildə öz bəhrəsini verdi. Lakin ölkə bu zaman bir sıra siyasi problemlərlə də qarşılaşdı. Qarabağ münaqişəsinin alovları 1988-ci ildən közərməyə başlamışdır. 1990-cı il qanlı yanvar hadisəsi siyasi vəziyyəti daha da gərginləşdirdi. Bu mürəkkəb, çıxılmaz şərait getdikcə daha da dərinləşirdi. Azərbaycan nəinki ərazi hətta müstəqilliyini itirmək təhlükəsilə üz-üzə idi. Belə vəziyyətdə hər zaman dövlətin yenidən möhkəmlənməsi, çiçəklənməsi üçün güclü siyasi liderə ehtiyac duyulurdu.
Ulu Öndər Heydər Əliyev dünya siyasətçiləri arasında uzun illər böyük təcrübəsi olan dahi şəxsiyyətdir. Azərbaycanın çətin vəziyyətdən xilas olmasında onun bu təcrübəsinin əvəzsiz rolu danılmazdır. Ulu Öndər Heydər Əliyevin doğma vətəninə, xalqına olan məhəbbəti, siyasi təcrübə, idarəçilik bacarığı, yüksək iqtisadi bilikləri və nadir insan keyfiyyətləri olmuşdur. Həmin dövrdə Moskvada yaşayan Ulu Öndər Heydər Əliyev Azərbaycanda getdikcə dərinləşən siyasi çətinliklərə biganə qalmayaraq 1990-cı il iyulun 20-də Bakıya qayıtdı, iki gün sonra isə Naxçıvana getdi. Qarışıq siyasi dövrdə onun təcrübəsinə böyük ehtiyac vardı. Bu səbəbdən də, o, həmin ildə də Azərbaycan SSR xalq deputatı və Naxçıvan MSSR xalq deputatı seçildi. Sovetlər imperiyasının dağılmağa başladığı dövrdə Azərbaycanın hər yerində olduğu kimi Naxçıvanda da ciddi böhran yaşanırdı. Bir tərəfdən ermənilərin hərbi təcavüzü, digər tərəfdən kommunikasiya əlaqələrinin kəsilməsi Naxçıvanı blokadaya salmışdı. Mərkəzi hakimiyyətin biganə münasibəti çıxılmaz vəziyyət yaratmışdı.1990-cı il noyabrın 17-də keçirilən ilk sessiya deputatların istəyi və böyük təkidi nəticəsində Ulu Öndər Heydər Əliyevin sədrliyi ilə öz işinə başlamışdı. Həmin sessiyada təkcə Naxçıvan üçün deyil, ümumən, Azərbaycan üçün son dərəcə böyük əhəmiyyətə malik tarixi qərarlar qəbul olundu. Sessiyada Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının adından "Sovet Sosialist" sözlərinin çıxarılması, Naxçıvan MSSR Ali Sovetinin Naxçıvan Muxtar Respublikasının Ali Məclisi adlandırılması, dövlətimizin müstəqillik rəmzi olan üçrəngli bayrağın Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı kimi qəbul edilməsi haqqında tarixi qərarlar qəbul olundu.
1991-ci il sentyabr ayın 3-də dünya şöhrətli siyasətçi Heydər Əliyev Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri seçildi. Görkəmli dövlət xadiminin qədim diyardan Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə və Azərbaycan Respublikasının Milli Məclisinə deputat seçilməsi böyük təcrübəyə malik olan qüdrətli siyasətçinin ölkənin ictimai-siyasi həyatında yaxından iştirak etməsinə meydan açıldı.
Ümummilli Lider Heydər Əliyevin gərgin fəaliyyəti və səyləri sayəsində Muxtar Respublikada sabitlik təmin edildi və Naxçıvanda sosial-iqtisadi vəziyyət yaxşılaşdırıldı. Həmin dövrə nəzər saldıqda bu mərhələnin milli dövlətçilik ənənələrinin bərpası baxımından da xüsusi əhəmiyyətə malik olduğu görünür. Blokada şəraitində yaşayan Naxçıvanın problemlərinin həlli istiqamətində atılan addımlar, beynəlxalq əlaqələrin qurulması, Azərbaycan-Türkiyə, Azərbaycan-İran münasibətlərinin yeni müstəviyə keçirilməsi qismən də olsa blokadanı aradan qaldırmağa imkan verdi. Ulu Öndər Heydər Əliyev Ali Məclisin Sədri vəzifəsinin icrasına başlayandan cəmi 4 gün sonra – 1991-ci il sentyabrın 7-də Naxçıvan Muxtar Respublikası Dövlət Milli Müdafiə Komitəsinin yaradılması haqqında qərar qəbul edildi. Dahi Liderin bu qərarı və ümumilikdə Naxçıvanı erməni təcavüzündən xilas etmək uğrunda gördüyü xidmətlər misilsizdir. Siyasi fəaliyyətinin Naxçıvan dövründə Ulu Öndər Heydər Əliyevi gördüyü işlər, atdığı tarixi əhəmiyyətli addımlarla Muxtar Respublikanın qurtuluşunu, dirçəlişini və həmrəyliyini təmin etmiş oldu.
Ulu Öndərin Azərbaycan Ali Sovetinin sədri seçildiyi 1993-cü ilin 15 iyun tarixi, daha sonra Prezident səlahiyyətlərinin Ulu Öndərə həvalə edildiyi 24 iyun tarixi və ən nəhayət Ulu Öndərin xalqın mütləq əksəriyyətinin səsini qazanaraq Prezident seçildiyi 3 oktyabr tarixi bizim üçün unudulmaz olan, dövlətimizin inkişafının və yüksəlişinin təməlində dayanan şanlı səhifələrdir.
Hazırda Azərbaycan həm siyasi, həm də iqtisadi cəhətdən böyük inkişaf yolu keçmişdir. Müasir, müstəqil Azərbaycanın çiçəklənməsi və ölkədəki stabillik məhz Ulu Öndər Heydər Əliyevin xidmətidir. Azərbaycanın uğurla inkişaf edən ölkəyə çevrilməsi məhz Ümummilli Liderimiz Heydər Əliyevin rəhbərliyi altında siyasi və iqtisadi sistemin möhkəmlənməsi nəticəsində eldə olunmuş nailiyyətdir. Məhz bu milli ideya ətrafında birləşmə siyasətini, prosesini Ölkə Prezidentimiz cənab İlham Əliyev uğurla davam etdirir. Müasir dövrdə Azərbaycan beynəlxalq aləmə sürətlə inteqrasiya edən, dinamik iqtisadi inkişafını və etibarlı siyasi sabitliyini təmin etmiş müstəqil bir dövlətdir.

Metin Hüseynov - politoloq


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 796   Tarix: 01 sentyabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

İlham Əliyev Lyayeni belə qarşıladı - Video

Xəbər verdiyimiz kimi, Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Lyayen bu gün Azərbaycana işgüzar səfərə gəlib. "Qafqazinfo" xəbər verir ki, onu Prezident İlham Əliyev qarşılayıb. Həmin andan görüntüləri təqdim edirik:

1 iyul
.

Azərbaycanda bir sıra qanunlar "Maliyyə icarəsi haqqında" qanuna uyğunlaşdırılıb

Prezident İlham Əliyev Milli Məclisin mayın 26-da qəbul etdiyi bir sıra qanunlarda dəyişiklik edilməsi haqqında qanunu təsdiqləyib. "Report"a istinadən xəbər verir ki, söhbət Mülki Məcəllə, Vergi Məcəlləsi, Rəqabət Məcəlləsi, "Müflisləşmə və iflas haqqında", "Taxıl haqqında"

25 iyun
.

Teymur Musayevin müavinlərinin SAYI ARTIRILDI - Fərman

Səhiyyə nazirinin müavinlərinin sayı artırılıb. -a istinadən xəbər verir ki, Prezident İlham Əliyevin imzaladığı Fərmanla "Səhiyyə Nazirliyi haqqında Əsasnamə"də dəyişiklik edilib. Dəyişikliyə əsasən, səhiyyə nazirinin müavinlərinin sayı 3-dən 4-ə çatdırılıb. Qeyd edək ki, hazırda səhiyyə nazir

2 iyul
.

"Bu gün Azərbaycan Ordusu dövlətimizin təhlükəsizliyinin etibarlı təminatçısıdır" - DEPUTAT

"Azərbaycan Respublikasının Silahlı Qüvvələri son illərdə əldə etdiyi tarixi qələbələr, yüksək döyüş hazırlığı və müasir hərbi imkanları ilə regionun təhlükəsizlik arxitekturasında mühüm rol oynayan güclü hərbi qüvvəyə çevrilmişdir. Bu gün Azərbaycan Ordusunun əldə etdiyi nailiyyətlər təsadüfi deyil

23 iyun
.

Əli Əsədov Denis Afanasyevi qəbul edib

İyunun 25-də Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Rusiya Federasiyasının Həştərxan vilayətinin vitse-qubernatoru və Hökumətinin sədri Denis Afanasyevi qəbul edib. xəbər verir ki, bu barədə Nazirlər Kabineti məlumat yayıb. Bildirilib ki, qəbul zamanı Azərbaycan Respublikası ilə Rusiya Federasiyasını

25 iyun
.

Prezident sloveniyalı həmkarını təbrik edib

Prezident İlham Əliyev Sloveniya Respublikasının Prezidenti Nataşa Pirts Musara təbrik məktubu ünvanlayıb. -a istinadən xəbər verir ki, təbrik məktubunda deyilir:. "Hörmətli xanım Prezident,. Sloveniya Respublikasının milli bayramı - Dövlətçilik Günü münasibətilə Sizi və xalqınızı öz adımdan v

25 iyun
.

"Cəmiyyətin sülhə hazır olması diplomatik qələbənin arxasında dayanan ən böyük mənəvi gücdür" - AÇIQLAMA

Azərbaycanın təklif etdiyi sülh gündəliyi həm Ermənistan, həm də digər dövlətlər tərəfindən yeni formalaşan geosiyasi reallıqlar fonunda qəbul edilib. Bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) şöbə müdiri Mətin Məmmədli "Cənubi Qafqazda yeni geosiyasi reallıqlar: Azərbaycan və sül

11 iyun
.

Prezident Lyayenlə təkbətək görüşdü - Fotolar

Prezident İlham Əliyevin Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen ilə təkbətək görüşü olub. "Qafqazinfo" xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb

1 iyul
.

Korrupsiya ilə bağlı məlumat verən şəxs və yaxınlarına təzyiq QADAĞAN EDİLDİ

"Korrupsiyaya qarşı mübarizə haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2025-ci il 7 mart tarixli 150-VIIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişiklik edilib. -a istinadən xəbə

30 iyun