Qudasını öldürən şəhid atasına hökm oxundu

Qudasını öldürən şəhid atasına hökm oxunduÖtən ilin 22 sentyabrında Goranboyda qudası, 1966-cı il təvəllüdlü Fərrux Qasımovu qətlə yetirən Vətən Müharibəsi şəhidi Vüsal Nağıyevin atası Əmirətlan Nağıyevə hökm oxunub.

Sonxeber.az qafqazinfo-ya istinadən xəbər verir ki, Cinayət Məcəlləsinin 120.2.4-cü (Xüsusi amansızlıqla adam öldürmə) maddəsi ilə ittiham edilən 66 yaşlı Ə.Nağlyevə 14 il 6 ay müddətinə həbs cəzası verilib.

Gəncə Ağır Cinayətlər Məhkəməsində keçirilən proses bu ilin 27 oktyabrında başa çatıb. Məhkəmədə bildirilib ki, şəhidin atası ilə qayınatasıgilin münasibətləri yaxşı olmayıb. Goranboyda şəhidin adının verildiyi küçəyə onun qayınatasının plakat asması isə Ə.Nağıyevi özündən çıxarıb. O, qudasına Vüsalın şəklinin küçəyə vurması üçün mənəvi haqqının olmadığını bildirərək hücum edib, əvvəlcə küt alətlə xəsarətlər yetirdikdən sonra "Niva" markalı maşınla üstündən keçərək qətlə yetirib. Məhkəmədə Ə.Nağıyev qudasını öldürmək niyyətində olmadığını bildirib və onun özünü maşının altına ata biləcəyini deyib. O, oğlunun adının verildiyi küçədə özünün bulaq tikdirmək niyyətində olduğunu qeyd edib. Həmçinin gəlini ilə münasibətinin pis olduğunu əlavə edib.

Mərhum F.Qasımovun həyat yoldaşı, şəhidin qayınanası Nubutət Qasımova isə ifadəsində təqsirləndirilən şəxsdən şikayətçi olduğunu və ona ağır cəza verilməsini istədiyini deyib: "Qızım Vüsalla evləndikdən sonra Goranboy rayonu, Buzluq kəndində yerləşən Vüsalın atasına məxsus evdə onun anası Cəmilə və qardaşı Arzumanla birlikdə yaşayırdı. Lakin 2013-cü ildə Arzuman öz ehtiyatsızlığı nəticəsində ağacdan yıxılıb vəfat etdi. Qudam Cəmilə orda-burda gəlininin ayağının evə düşmədiyindən oğlunun rəhmətə getdiyini deməyə başladı. Cəmilənin bu söz söhbətlərindən sonra qızım Vüsalla həmin evdən köçmək qərarına gəldilər və 2016-cı ildə Goranboy şəhərində yerləşən, hal-hazırda Vüsalın adını daşıyan küçədəki evə köçdülər. Vətən Müharibəsində Vüsal 30 oktyabr 2020-ci il tarixdə şəhid oldu. 2021-ci ilin iyul ayında Cəmilə və onun qızı Buzluq kəndində yerləşən evimizə gəlib şəhidin ailəsinə verilən 8800 manat pulu tələb etdilər, dedilər ki, Əmirəstan Vüsalın adına Goranboy şəhərində bulaq tikir. Yoldaşım Fərrux onlara "usta tutsunlar, bulağın tikintisinə nə qədər pul lazım olsa verəcəyik" dedi. Bundan sonra mübahisələr davam etdi. Həmçinin Əmirəstan 2021-ci ilin iyun və avqust aylarında Buzluq kəndində yerləşən evə gəlib qızımdan, yəni gəlinindən Vüsal Nağıyevin ölümündən sonra ona görə verilmiş 8800 manatı və Vüsal Nağıyevin sürdüyü "Hundai Santafe" markalı avtomobilin satışından əldə olunmuş 17000 manat pulu istəmişdi. Bununla bağlı başqa adamlar vasitəsilə də mənə, qızıma və mərhum ərimə söz göndərmişdi. Eləcə də o, pul verilməsə onlardan polisə şikayət edəcəyini bildirmişdi".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 2901   Tarix: 02 noyabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

AQTA qənd məhsullarında uyğunsuzluq aşkarladı: İstehlakçılar necə seçim etməlidir? - QİDA EKSPERTİNDƏN AÇIQLAMA

Qənd alarkən yalnız məhsulun qiymətinə, rənginə və qablaşdırılmasına deyil, onun keyfiyyətinə və təhlükəsizliyinə də diqqət yetirmək vacibdir. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi "№1", "Kəhrəba" və "Nabat" əmtəə nişanlı qənd məhsullarında kükürd dioksidin miqdarını

16 oktyabr
.

Gəlir qazanmaq üçün obyekt almaq yaxşıdır, yoxsa ev? - Hansı daha sərfəlidir? - ƏMLAK EKSPERTİNDƏN AÇIQLAMA

Daşınmaz əmlaka yatırım edənlər üçün əsas suallardan biri gəlir əldə etmək məqsədilə ticarət obyekti almağın, yoxsa mənzil alıb kirayə verməyin daha sərfəli olmasıdır. Hər iki seçim müntəzəm gəlir və əmlakın gələcəkdə satışından qazanc imkanı yaratsa da, alış qiyməti, yerləşmə yeri, kirayə tələbi v

16 oktyabr
.

Yevlaxda "İnam, inkişaf və Zəfər yolu" adlı tədbir keçirilib

Yevlax Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin ilk dəfə prezident seçilməsinin 23-cü ildönümünə həsr olunmuş "İnam, inkişaf və Zəfər yolu" adlı tədbir keçirilib. Tədbirdə Yevlax Şəhər İcra Hakimiyyətini

16 oktyabr
.

BU GÜNÜN "ÖLÜLƏR"İ KİMLƏRDİR?

Bu gün Azərbaycanda mövcud olan dünyəvi təhsil modelinin tarixi və ideya əsasları da bir əsrdən artıq müddətdə maarifçi ziyalılarımızın apardığı mübarizə ilə sıx bağlıdır. Mirzə Fətəli Axundzadə, Həsən bəy Zərdabi, Cəlil Məmmədquluzadə, Mirzə Ələkbər Sabir, Məhəmməd Hadi, Ömər Faiq Nemanzadə, Əli bə

15 oktyabr
.

Prezident İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayındakı nitqindən irəli gələn vəzifələrə dair Pirallahı rayon müşavirəsi keçirilib

Pirallahı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VII Qurultayındakı nitqindən irəli gələn vəzifələrə dair Pirallahı rayon müşavirəsi keçirilib. Müşavirədə Pirallahı Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanov

16 oktyabr
.

Məktəbli forması vacibdir: Məktəbdə hər kəs vahid qaydaya əməl etməlidir!

Məktəbli forması təhsil müəssisələrində nizam-intizamın qorunması və vahid məktəb mühitinin formalaşdırılması baxımından mühüm əhəmiyyət daşıyır. Şagirdlərin məktəbə müəyyən edilmiş geyimdə gəlməsi onların təhsil müəssisəsinin daxili qaydalarına hörmətlə yanaşmasının göstəricilərindən biridir. Buna gör

16 oktyabr
.

Sürücü sərnişindən küsdü, avtobusu sürməkdən imtina etdi - Video

Xırdalan-Bakı marşrutu üzrə fəaliyyət göstərən avtobusda sərnişin və sürücü arasında narazılıq yaranıb. -ə istinadən xəbər verir ki, 119 nömrəli marşrut xətti üzrə hərəkət edən avtobusun sürücüsü ilə sərnişinlərdən biri arasında mübahisə baş verib. Sərnişinlərin bildirdiklərinə görə, yaranan gərginli

16 oktyabr
.

Sabah 31° isti olacaq

Oktyabrın 16-da gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə arabir duman, az çiskin olacaq

15 oktyabr
.

Xəstəxanalarda hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Rəsmi açıqlama

"Sosial şəbəkələrdə və mesajlaşma platformalarında Səhiyyə Nazirliyinin adından hazırlandığı iddia edilən, tibb müəssisələrində hicabın istifadəsinə dair məhdudiyyət qoyulduğunu bildirən məktubun görüntüsü yayılır". AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Media və Yayım Şurası və Səhiyy

15 oktyabr