İcra başçısının avtomobilini vurdular
Mingəçevirdə yol-nəqliyyat hadisəsi olub.
Lent.az-ın məlumatına görə, hadisə şəhərin "20 Yanvar" küçəsində, İcra Hakimiyyəti binasının qarşısında baş verib. "Opel" markalı avtomobil, "Nissan" markalı nəqliyyat vasitəsinə çırpılıb. Hadisə nəticəsində ölən və ya xəsarət alan olmayıb.
Sosial şəbəkələrdə yayılan məlumatlara görə, "Nissan" markalı avtomobil Mingəçevir şəhər icra başçısı İlham İsmayılovun xidməti maşını olub. Hadisə baş verərkən isə başçı avtomobildə olmayıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan Lent.az-ın sorğusuna cavab olaraq bildirilib ki, Mingəçevir şəhəri ərazisində "Opel" markalı avtomobilin sürücüsü arxaya hərəkət edərkən manevr etmə qaydalarını pozub və "Nissan" markalı avtomobilə dəyib. Qaydanı pozan "Opel"in sürücüsü barəsində İnzibati Xətalar Məcəlləsinin 327.1-ci ( manevr etmə qaydalarının pozulması) maddəsi ilə protokol tərtib edilib. Hadisə nəticəsində xəsarət alan olmayıb və nəqliyyat vasitələri yüngül zərər görüb.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 2610 Tarix: 02 noyabr 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Sabah 31° isti olacaq
Oktyabrın 16-da gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə arabir duman, az çiskin olacaq
15 oktyabrBacısı komaya düşdü, efirə çıxmadı
Aparıcı Mətanət Əliverdiyeva ötən gün bacısı komaya düşdüyü üçün "Xəzər axşamı" verilişinə çıxmayıb. Axşam.az xəbər verir ki, aparıcı bu barədə proqramda danışıb:. "Dünən işə gələndə evdən çox pis bir xəbər aldım. Məndən 10 yaş böyük bacım şəkərli diabetdən əziyyət çəkir. Şəkəri 600-
16 oktyabrYevlaxda "İnam, inkişaf və Zəfər yolu" adlı tədbir keçirilib
Yevlax Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin ilk dəfə prezident seçilməsinin 23-cü ildönümünə həsr olunmuş "İnam, inkişaf və Zəfər yolu" adlı tədbir keçirilib. Tədbirdə Yevlax Şəhər İcra Hakimiyyətini
16 oktyabrMəktəblərdə vahid geyim: Dünyəvilik və sosial bərabərlik məsələsi
"Bu gün cəmiyyətimizdə müzakirə olunan məsələlərdən biri də məktəblərdə vahid forma məsələsidir. İlk növbədə, dünyəvi dövlət anlayışı dövlət müəssisələrinin və təsisatlarının da dünyəviliyini nəzərdə tutur. Dünyəvilik dövlətin bütün sosial institutlarını əhatə edən anlayışdır. Əgər Konstitusiyamızd
15 oktyabr