Bu günə kimi məhbəs həyatı yaşayan TANINMIŞ MEYXANAÇILAR - FOTO

Bu günə kimi məhbəs həyatı yaşayan TANINMIŞ MEYXANAÇILAR - FOTOQətl törətməkdə təqsirləndirilən tanınmış meyxanaçı Rəşad Əmirovun (Rəşad Dağlı) barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

BAKU.WS-in məlumata görə, bu barədə qərar Qaradağ Rayon Məhkəməsinin hakimi Teymur Qurbanovun sədrliyi ilə keçirilən prosesdə qəbul edilib.

Qeyd edək ki, bu günə qədər meyxanaçılar arasında bir neçə sənətçi həbs həyatı yaşayıb. Müxtəlif maddələr üzrə təqsirli bilinən meyxanaçılar ömürlərinin bir hissəsini dəmir barmaqlıqlar arxasında keçiriblər.

Rəşad Dağlıdan başqa həbs həyatı yaşayan bəzi meyxanaçıların adlarını təqdim edirik:
Bu günə kimi məhbəs həyatı yaşayan TANINMIŞ MEYXANAÇILAR - FOTOMəşədibaba Aydəmirov 1994-cü ilin 11 fevral tarixində yaxın dostu olan meyxanaçı Elçin Atakişiyev ilə aralarında yaranan münaqişə zamanı ona bıçaqla xəsarət yetirib. Elçin xəstəxanaya gec çatdırıldığı üçün çox qan itirərək dünyasını dəyişib. 6 il dəmir barmaqlıqlar arxasında qalan Məşədibaba 2000-ci ildə həbsdən azad olunub.
Bu günə kimi məhbəs həyatı yaşayan TANINMIŞ MEYXANAÇILAR - FOTOBayram Kürdəxanlı 2014-cü il iyulun 12-də Sabunçu rayonu ərazisində saxlanılıb. Bakıxanov qəsəbəsində polis əməkdaşları tərəfindən saxlanılan Bayram Kürdəxanlının üzərində narkotik maddə aşkarlanıb. Cinayət Məcəlləsinin 234-cü (narkotik vasitələrin qanunsuz dövriyyəsi) maddəsi ilə həbs edilən meyxanaçı 1 il müddətinə azadlıqdan məhrum edilmişdi.
Bu günə kimi məhbəs həyatı yaşayan TANINMIŞ MEYXANAÇILAR - FOTOCavid Babaşov 2022-ci ildə Cinayət Məcəlləsinin 234.4.3-cü (külli miqdarda narkotik vasitələrin qanunsuz dövriyyəsi) maddəsi ilə təqsirli bilinərək 7 il 6 ay müddətinə azadlıqdan məhrum olunub. Onun barəsində Sumqayıt Ağır Cinayətlər Məhkəməsində hakim Fəhmin Hümbətovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Bu günə kimi məhbəs həyatı yaşayan TANINMIŞ MEYXANAÇILAR - FOTOAmid Əliyev Yevlax rayon sakini Tehran Məmmədovla əlbir olaraq Binə qəsəbəsində ümumilikdə 10-a yaxın fərdi yaşayış evindən oğurluq ediblər. Hər ikisi saxlanılıb və barələrində Cinayət Məcəlləsinin 177.2.1 (oğurluq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) 177.2.3-cü (yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə) maddələri ilə cinayət işi başlanılıb.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 2717   Tarix: 11 noyabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Lerikdə tanışını güllələyib meyitini dərəyə atan hərbçiyə hökm oxundu

Lerikdə tanışını başından güllələyərək meyitini dərəyə atmaqda və digər cinayət əməllərində təqsirləndirilən Elşən Ağayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. APA-ya istinadən xəbər verir ki, Cəlilabad Hərbi Məhkəməsində hakim Vüqar Əhmədovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökm

16 oktyabr
.

Ramiz Mehdiyev YAP Veteranlar Şurasından çıxarıldı

Bu gün Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyətinin iclası keçirilib. "Unikal"a istinadla xəbər verir ki, Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev YAP-ın Veteranlar Şurasından çıxarılıb. Qeyd edək ki, Ramiz Mehdiyev uzun illər Azərbaycan Respublikası Prezidentinin Administrasiyasını

16 oktyabr
.

Prezident İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayındakı nitqindən irəli gələn vəzifələrə dair Pirallahı rayon müşavirəsi keçirilib

Pirallahı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VII Qurultayındakı nitqindən irəli gələn vəzifələrə dair Pirallahı rayon müşavirəsi keçirilib. Müşavirədə Pirallahı Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanov

16 oktyabr
.

Səmimi söhbət əvəzinə ChatGPT: Süni intellekt münasibətlərə necə zərər vurur?

Süni intellekt münasibətlərdə getdikcə daha çox görünməz üçüncü tərəfə çevrilir. Qaynarinfo xəbər verir ki, "The Independent" nəşrinin yazdığına görə, "Mental Health UK" təşkilatının sifarişi ilə aparılan araşdırma insanların üçdə birindən çoxunun süni intellekt çat-botlarından, faktik

16 oktyabr
.

AQTA qənd məhsullarında uyğunsuzluq aşkarladı: İstehlakçılar necə seçim etməlidir? - QİDA EKSPERTİNDƏN AÇIQLAMA

Qənd alarkən yalnız məhsulun qiymətinə, rənginə və qablaşdırılmasına deyil, onun keyfiyyətinə və təhlükəsizliyinə də diqqət yetirmək vacibdir. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi "№1", "Kəhrəba" və "Nabat" əmtəə nişanlı qənd məhsullarında kükürd dioksidin miqdarını

16 oktyabr
.

Küləkli havada çalışanların nəzərinə: İş dayandırılacaq

Parlament Əmək Məcəlləsinə təklif edilən dəyişikliyi ilk oxunuşda qəbul edib. xəbər verir ki, sözügedən məsələ Milli Məclisin bugünkü iclasında müzakirəyə çıxarılıb. Layihəyə əsasən, küləkli hava şəraitində işçilərin işləməsi yeni qaydalarla tənzimlənəcək. Belə ki, işçilər küləkli havada açıq şəraitl

16 oktyabr
.

Uşağı anlamaqdan insan yetişdirməyə: Müasir məktəbin psixoloji missiyası

"Uşağın davranışını dəyişdirməyə tələsməzdən əvvəl, onun dünyasını anlamağa çalışaq. Məktəbdə bəzən müəyyən şagirdlər haqqında belə ifadələr eşidirik: "Çox çətin uşaqdır", "Heç kimə qulaq asmır", "Dərsə marağı yoxdur", "Aqressivdir", "Özünü idarə ed

15 oktyabr
.

Suya salınmış qozda gizli təhlükə: Qəsdən batırırlarmış

Bəzi satıcılar qozun daha təzə və nəm görünməsi, eləcə də çəkisinin artması üçün onu suya salırlar. Lakin bu üsul məhsulun keyfiyyətini aşağı salmaqla yanaşı, insan sağlamlığı üçün də təhlükə yarada bilər. Baku TV-yə istinadən xəbər verir ki, təbii yaş qoz həm dadı, həm də faydalı xüsusiyyətləri il

16 oktyabr
.

Hərbçilərin maaşı ilə bağlı məsələ üçüncü oxunuşdan keçdi - 22,8% artım!

Müdafiə Nazirliyinin bütün hərbçilərinin əməkhaqları vergilər və digər icbari ödənişlər çıxıldıqdan sonra orta hesabla 22,8% artacaq. "Qafqazinfo" xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Vergi Məcəlləsində, "Hərbi qulluqçuların statusu haqqında"

16 oktyabr