Qış aylarına hazırlıq işləri yekunlaşmaq üzrədir
"Bu qış abonentlər ötən illərlə müqayisədə daha rahat və təhlükəsiz şəkildə təbii qazla təmin olunacaq".
Bu sözləri SOCAR "Azəriqaz" İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev "Açıq qapı" aksiyasında deyib.
Onun sözlərinə görə, payız-qış mövsümünə hazırlıqla bağlı görülən işlər nəzərə alınsa, bunu tam əminliklə demək olar. Qurum rəsmisi bildirib ki, bu gün qaz xətlərində kipliyin yoxlanması ilə bağlı ciddi işlər aparılıb: SOCAR "Azəriqaz" İB-nin bütün daşıyıcı xətləri yoxlanılıb. Kipliklə bağlı problemlər yaranan boru xətlərində təmir işləri həyata keçirilib. İstismarda olan və müəyyən problemlər yaradan qaz xətlərinin təmiri və dəyişdirilməsi ilə bağlı bu il 60 min paqonmetrə yaxın qaz xəttinin çəkilişini yerinə yetirmişik və kipliklə bağlı ortaya çıxan problemlər tam aradan qaldırılıb", - deyə şöbə rəisi qeyd edib.
Birliyin Bakı Regional Qaz İstismarı Departamentinin rəisi Rauf Əhmədov qış aylarına hazırlıqla bağlı işlərin yekunlaşmaq üzrə olduğunu qeyd edib. Onun sözlərinə görə, Bakıda qaz təchizatı ilə bağlı hər hansı problem yoxdur. "Havalar soyumağa başlayanda abonentlərdən daxil olan şikayətlərin sayında artım müşahidə olundu. Qazın təzyiqi ilə bağlı 1 həftə ərzində 1744 şikayət daxil olmuşdu ki, onların həlli üçün müvafiq işlər görüldü və problemlər aradan qaldırıldı. Artıq şikayətlərin sayında ciddi azalma var. Gündəlik 100-150 arası müraciət daxil olur", - Birlik rəsmisi vurğulayıb.
Daha ətraflı video materialda:
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 877 Tarix: 12 noyabr 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Lerikdə tanışını güllələyib meyitini dərəyə atan hərbçiyə hökm oxundu
Lerikdə tanışını başından güllələyərək meyitini dərəyə atmaqda və digər cinayət əməllərində təqsirləndirilən Elşən Ağayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. APA-ya istinadən xəbər verir ki, Cəlilabad Hərbi Məhkəməsində hakim Vüqar Əhmədovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökm
16 oktyabrRamiz Mehdiyev YAP Veteranlar Şurasından çıxarıldı
Bu gün Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyətinin iclası keçirilib. "Unikal"a istinadla xəbər verir ki, Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev YAP-ın Veteranlar Şurasından çıxarılıb. Qeyd edək ki, Ramiz Mehdiyev uzun illər Azərbaycan Respublikası Prezidentinin Administrasiyasını
16 oktyabrKüləkli havada çalışanların nəzərinə: İş dayandırılacaq
Parlament Əmək Məcəlləsinə təklif edilən dəyişikliyi ilk oxunuşda qəbul edib. xəbər verir ki, sözügedən məsələ Milli Məclisin bugünkü iclasında müzakirəyə çıxarılıb. Layihəyə əsasən, küləkli hava şəraitində işçilərin işləməsi yeni qaydalarla tənzimlənəcək. Belə ki, işçilər küləkli havada açıq şəraitl
16 oktyabrSuya salınmış qozda gizli təhlükə: Qəsdən batırırlarmış
Bəzi satıcılar qozun daha təzə və nəm görünməsi, eləcə də çəkisinin artması üçün onu suya salırlar. Lakin bu üsul məhsulun keyfiyyətini aşağı salmaqla yanaşı, insan sağlamlığı üçün də təhlükə yarada bilər. Baku TV-yə istinadən xəbər verir ki, təbii yaş qoz həm dadı, həm də faydalı xüsusiyyətləri il
16 oktyabrHərbçilərin maaşı ilə bağlı məsələ üçüncü oxunuşdan keçdi - 22,8% artım!
Müdafiə Nazirliyinin bütün hərbçilərinin əməkhaqları vergilər və digər icbari ödənişlər çıxıldıqdan sonra orta hesabla 22,8% artacaq. "Qafqazinfo" xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Vergi Məcəlləsində, "Hərbi qulluqçuların statusu haqqında"
16 oktyabr