Son dövrlərdə sürətlə artan panik atak: "Dərmanlarla yanaşı, psixoloji müalicə də şərtdir" - FOTO
Son dönəmlərdə panik atak şikayətləri fantastik həddə çatıb. Bu artım barədə konkret səbəblər sadalamaq isə çətindir. Sosial şəbəkələrdə bir çox insanlar bu barədə paylaşım edirlər. Paylaşımlarda "panika oldum", "stressə düşdüm" və s. kimi fikirlər qeyd olunur.
Bəs mütəxəssislər necə düşünürlər, bu, insan sağlamlığında ciddi fəsadlar yarada bilərmi? Xüsusilə də intihara səbəb olması, qəbul edilən dərmanların aludəçilik yaratdığı iddiaları doğrudurmu?
Ümumiyyətlə, nədən belə bir şey yaranır və insanlar bundan necə qoruna bilərlər?
Sonxeber.az xəbər verir ki, məsələ ilə bağlı Oxu.Az-a danışan psixoloq Fərqanə Mehmanqızı panik atak diaqnozunu psixiatr və nevroloqların qoyduqlarını bildirib.
Onun sözlərinə görə, insanlar bəzən özləri-özlərinə bu diaqnozu qoyurlar, lakin bu, düzgün hal deyil:
"Sosial şəbəkələrdə və ya insanlar öz aralarında söhbət zamanı "panik atak olmuşdum" və s. kimi ifadələr işlədirlər. Bu, emosional yanaşmadır, hər hansı narahatlığın panik atak olduğunu iddia etmək olmur. Bu, asan diaqnoz deyil və təyinatı da rahat şəkildə verilmir. Lakin son dönəmlər, xüsusilə də pandemiya dövründə bu diaqnozun qoyulduğu şəxslərin sayında ciddi artım müşahidə edilir. Bilirik ki, psixi həssas insanlar daha emosional olurlar və hər hansı situasiyadan daha tez təsirlənirlər. Yaşanan vəziyyətdən asılı olaraq insanlarda müxtəlif fobiyalar yarana bilər".
Psixoloq qeyd edir ki, son dövrlərdə panik atakla yanaşı, somatik depressiya, ölüm fobiyası daha çox yayılıb:
"Panik atak əvvəllər qadınlar arasında daha çox rast gəlinirdisə, bu gün kişilər arasında da geniş yayılıb. Bu istiqamətdə diaqnozu psixiatr və nevroloq qoysa da, farmakoloji müalicə ilə yanaşı, psixoloji müalicə də şərtdir. Bu müalicə kompakt şəkildə aparılmazsa, pasiyentlər müsbət nəticə əldə edə bilməyəcəklər".
Müalicə olunmazsa, intihara apara bilər…
F.Mehmanqızı deyir ki, bəzən insanlar bu diaqnozu ciddiyə almırlar:
"Bu elə bir diaqnozdur ki, onun müalicəsinə diqqət edilməlidir. Müalicə edilmədiyi halda insanı intihara qədər sürükləyə bilər. Çünki bu insanlarda kəskin qorxular olur. Onlar elə düşünürlər ki, bu qorxulardan qurtulmağın yeganə yolu ölümdür və intihar edirlər.
Müalicə zamanı təyin edilən dərmanların aludəçilik yaratması məsələsi isə birmənalı deyil. Bunu daha yaxşı nevroloq, psixiatr bilər. Hər hansı antidepressant asılılıq yaratmır. Lakin bütün hallarda müalicələr fərdidir və pasiyentin vəziyyətinə görə təyin edilir. Hər dərmanın təyinat miqdarı fərqlidir və həmin miqdardan artıq qəbul etmək olmaz. Bu da müalicənin pasiyentə hər hansı mənfi təsir etməsinin qarşısını alır".
Sonxeber.az
Telegramda izləyin
Sağlamlıq Baxılıb: 1623 Tarix: 13 noyabr 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Peyvəndləmə infeksion prosesin qarşısını ala bilir? - Həkim AÇIQLADI
Dəfələrlə demişəm və yenə də təkrar edirəm ki, COVID-19-a görə məktəblərin bağlanması, həftə sonları ictimai nəqliyyatın işləməməsi, ictimai obyektlərin bağlanması düzgün addım deyil. Ona görə ki, pandemiya 5-10 il davam edə bilər. Belə çıxır ki, həmin müddət ərzində məktəblər bağlı qalmalı, ictima
12 sentyabr 2021Oynaqlarınız ağrıyırsa, bunları yeyin
Hava dəyişiləndə sizin oynaqlarınız ağrımağa başlayırsa, onları düzgün "yedizdirməyə" çalışın. Bəzi qidalı maddələr, vitaminlər və minerallar oynaqlarımızın sağlamlığı üçün çox vacibdir. -a istinadən bu maddələrlə zəngin olan qidaları daha tez-tez qəbul etməyi məsləhət görür. - Zülal orqaniz
8 sentyabr 2021On qaşıq bal, üç diş sarımsaq - İnsanları qışdan çıxaran təbii üsullar
Qışın yaxınlaşdığı günlərdə mövsümi dəyişikliklərə hazır olmaq lazımdır. Bunu üçün antibiotik əvəzinə ən təsirli qidalardan istifadə etmək məsləhət görülür. -a istinadən həmin qidaları təqdim edir:. İspanaq antioksidant baxımdan son dərəcə zəngin olduğu üçün orqanizmi hüceyrə səviyyəsində qoruyar. Faydalanma
10 sentyabr 2021"Mu" ştammının Deltadan fərqi - Yoluxma əlamətləri hansılardır?
Koronavirus infeksiyası bütün dünyada sürətlə yayıldığı halda yeni variantları da yaranır. Bu dəfə Covid-19-un "Mu variantı" ortaya çıxıb. xəbər verir ki, vaksinlərə qarşı dözümlü bu ştammda əlamətlər nəfəs darlığı, boğulma, boğaz ağrısı, iştahsızlıq, qusma, ürəkbulanmadır. Xəsətlik zaman
9 sentyabr 2021Yaponiyalı həkimlər "Pfizer" peyvəndində yad cisimlər aşkar ediblər
Yaponiyalı mütəxəssislər "Pfizer"BioNTech" şirkətlərinin birgə istehsalı olan koronavirusa qarşı vaksinin tərkibində yad cisimlər aşkar ediblər. Ölkə üzrə üç fərqli vaksinasiya məntqəsində istifadə edilən 18 doza peyvəndin içində ağ toz şəkilli kənar elementlər müşahidə olunub. Həkimlə
15 sentyabr 2021Ağıl dişi problemi - Kökündən çıxartmaq, yoxsa müalicə?
Stomatoloqların baş bəlası olan "Ağıl dişi" mövzusu hələ də mübahisəlidir:çünki bir çoxları onları lazımsız artıq bilib çəkdirməyi, digərləri isə saxlamağı vacib sayır. dişlərin içində ən çətini olan müdriklik dişləri haqqında pasiyentləri maraqlandıracaq 3 əsas məsələyə aydınlıq gətirir. Müdrikli
17 sentyabr 2021Ovuclarınızı birləşdirin: Sevgi haqqında nələr öyrənəcəksiniz?
Ovuclarınızın içindəki sevgi xətti xarakteriniz haqqında çox şey deyir. -a istinadən məlumat verir ki, bir insanın əlləri o insan haqqında çox şey deyə bilər. Bu, uzun müddətdir ki, xarakter təhlili aparan insanlar üçün təsirli bir üsuldur. Əgər bu sizə də maraqlıdırsa, o zaman ovuclarınızı birləşdirin
17 sentyabr 2021Azərbaycanda koronavirusdan daha 38 nəfər öldü - 2676 yeni yoluxma
Azərbaycanda bu gün koronavirus infeksiyasına 2676 yeni yoluxma faktı qeydə alınıb, 3893 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. Son sutkada nəfər 38 nəfər COVID-19-dan dünyasını dəyişib
12 sentyabr 2021Gecə paltarı ilə yatmayın - SƏBƏB
Gözəl, sağlam və rahat bir yuxu üçün yatarkən gecə paltarı geyinməyin. Hətta qışda belə. Bəs niyə gecə paltarı ilə yatmamalıyıq?. -a istinadən məlumat verir ki, insanların təxminən 40 faizi yatarkən gecə paltarı geyinirlər. Xüsusilə qış aylarında qalın "pijamalar" da yatmaqla daha rahat olacaqların
17 sentyabr 2021