Beyin şişlərinə qarşı yeni peyvənd xəstələrə ümid verir

Beyin şişlərinə qarşı yeni peyvənd xəstələrə ümid verirAlmaniyada aparılan tədqiqatda beyin şişlərinə qarşı vaksinasiya olunan xəstələrin 66 faizi səkkiz il sonra sağ qalıb. Peyvəndin məqsədi şişin təkrar yaranmasının qarşısını almaqdır.
Beyin şişlərinin müalicəsi çətindir, çünki onların əməliyyatla tam götürülməsi çox nadir hallarda mümkün olur. Xəstələrə əsasən kimyaterapiya və şüa terapiyası tətbiq edilir, lakin aqressiv şişlərdə diaqnozdan sonra sağ qalma müddəti çox vaxt beş ili keçmir.

Qaynarinfo "Deutsche Welle"-ə istinadla xəbər verir ki, Almaniyada aparılan tədqiqatda 33 xəstəyə peyvənd vurulub. Səkkiz ildən sonra tədqiqatçılar uzunmüddətli nəticələri "Nature" jurnalında açıqlayıblar. Nəticələrə görə, iştirakçıların 66 faizi bu müşahidə müddətində sağ qalıb, 42 faizində isə şiş yenidən inkişaf etməyib.

Tədqiqatın aparıcı müəllifi, Mannhaym Universitet Tibb Mərkəzinin nevrologiya şöbəsinin rəhbəri Maykl Platten (Michael Platten) bu qədər xəstədə uzun müddət ərzində şişin təkrar yaranmamasının onu təəccübləndirdiyini bildirib.

Peyvənd xərçəngin qarşısını almasa da, şişlə mübarizə aparır

Peyvəndlər adətən müəyyən xəstəliklərin qarşısını almaq üçün hazırlanır. Bununla belə, müalicəvi peyvəndlər immun sistemini şiş hüceyrələrini məhv etməyə yönəldir. Platten və komandasının hazırladığı peyvənd beyində yüksək dərəcəli astrotsitomalarda rast gəlinən genetik mutasiyanı hədəfləyir. Bu şişlər müalicədən sonra təkrarlanma riski yüksək olan aqressiv xərçəng növüdür.

Peyvənd immun sistemini şiş hüceyrələrinə qarşı hazırlayır

Astrotsitomalar beyin və onurğa beynini əhatə edən mərkəzi sinir sistemində ən çox yayılmış şişlərdəndir. Onların dörd dərəcəsi var və tədqiqatda istifadə olunan peyvənd genetik mutasiyaya malik 3-cü və 4-cü dərəcəli astrotsitomalara yönəlib.

Alman Xərçəng Araşdırmaları Mərkəzinin izahına görə, bu genetik səhv IDH1 fermentində müəyyən amin turşusunun dəyişməsinə səbəb olur. Nəticədə şişin böyüməsini təmin edən neoepitop adlı yeni zülal quruluşu yaranır. Bu quruluş immun sistem tərəfindən yad kimi tanınır və immunoterapiya üçün uyğun hədəf hesab edilir.

Tədqiq edilən peyvənd immun sistemini iki istiqamətdə aktivləşdirir: şiş hüceyrələrinə birbaşa hücum edən T hüceyrələrini və anticisimlər istehsal edən B hüceyrələrini hazırlayır. Məqsəd müalicə tamamlandıqdan, xüsusilə şüa terapiyası və kimyaterapiyadan sonra şişin təkrar yaranmasının qarşısını almaqdır.

Xərçənglə yaşamaq

Bonn Universitet Xəstəxanasının neyroonkologiya şöbəsinin rəhbəri, tədqiqatda iştirak etməyən Ulrix Herrlinger (Ulrich Herrlinger) bu tədqiqatı xəstələr üçün real ümid kimi qiymətləndirib.

Onun sözlərinə görə, yüksək dərəcəli astrotsitomalar demək olar ki, 100 faiz hallarda yenidən inkişaf edir, böyüyür və müalicəsi mümkün olmayan mərhələyə çatır. Tədqiqatçılar bu şişlərin səbəbini bilmirlər və onların hər kəsdə niyə yarandığını müəyyən etmək mümkün deyil.

Bununla belə, Herrlinger Plattenin tədqiqatının immun sisteminin davamlı aktivləşdirilməsi yolu ilə şişin uzunmüddətli nəzarətdə saxlanmasına ümid yaratdığını vurğulayıb.

2027-ci ildə nəzarətli tədqiqat başlayacaq

Herrlinger və Platten tədqiqat nəticələrinin ehtiyatla qiymətləndirilməsinin vacibliyini bildiriblər. Onların sözlərinə görə, 33 xəstənin nəticələri əsasında qəti qənaətə gəlmək mümkün deyil. Növbəti mərhələ nəzarətli və təsadüfi tədqiqatın keçirilməsi olacaq.

Platten əlavə edib ki, 200-dən çox xəstənin iştirak edəcəyi bu tədqiqat 2027-ci ilin martında başlayacaq və etibarlı nəticələrin əldə olunması üçün məlumatların toplanması doqquz il çəkəcək.

Bundan sonra peyvəndin effektivliyi tam müəyyənləşəcək və gücləndirici dozalara ehtiyac olub-olmadığı aydınlaşacaq. Hələlik isə bu tədqiqat ehtiyatlı nikbinlik üçün əsas verir. Platten ümidin heç vaxt itməməli olduğunu qeyd edib.


Sonxeber.az
Telegramda izləyin
Sağlamlıq   Baxılıb: 730   Tarix: 08 iyul 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Məşhur alimdən daha bir İNANILMAZ TÖVSİYƏ: Ağsaqqallar zeytun yağı içərsə...

a istinadən xəbər verir ki, bu sözləri Türkiyənin Aydın şəhərində keçirilən "Zeytun Yağı Günləri" proqramında qonaq olan professor Canan Karatay deyib. Aydın Böyükşəhər bələdiyyə sədri Özlem Çerçioğlu ilə fincana zeytun yağı töküb içən kardioloq bildirib ki, zeytun yağı təbiətin bəxş etdiy

16 sentyabr 2021
.

Hər kəs vaksin vurdursa, pandemiya bitəcək? - AÇIQLAMA

Digər ölkələrlə yanaşı, Azərbaycanda da vaksinasiya prosesi davam edir. İnsanların bir çoxu vaksin olunduqdan sonra pandemiyanın bitəcəyinə ümid etsələr də, bir müddət əvvəl ÜST açıqlama vermdi ki, vaksinasiya prosesi bitəndən sonra belə, virusu tam şəkildə məğlub etmək mümkün olmayacaq. Bəs vaksinasiy

14 sentyabr 2021
.

On qaşıq bal, üç diş sarımsaq - İnsanları qışdan çıxaran təbii üsullar

Qışın yaxınlaşdığı günlərdə mövsümi dəyişikliklərə hazır olmaq lazımdır. Bunu üçün antibiotik əvəzinə ən təsirli qidalardan istifadə etmək məsləhət görülür. -a istinadən həmin qidaları təqdim edir:. İspanaq antioksidant baxımdan son dərəcə zəngin olduğu üçün orqanizmi hüceyrə səviyyəsində qoruyar. Faydalanma

10 sentyabr 2021
.

Vaksin vurduran tələbələrə təhsil haqqında güzəşt ediləcək? - AÇIQLAMA

Özbəkistanda vaksin vurduran tələbələrə təhsil haqqını ödəməkdə 10 faiz güzəşt ediləcəyi barədə qərar qəbul edilib. Bəs Azərbaycanda da tələbələrə endirim tətbiq olunma ehtimalı varmı? . Məsələ ilə bağlı təhsil eksperti Kamran Əsədov -a açıqlama verib. O, başqa çıxış yolunun olmadığını qeyd edərək bunlar

10 sentyabr 2021
.

Gənc yaşda saçlar niyə ağarır? - Ağ tükü qoparmaq olmaz

Saçların ağarması təkcə yaşla əlaqəli dəyişikliklər səbəblərdən baş vermir. Bu, sağlamlıq problemləri ilə də bağlı ola bilər. -a istinadən xəbər verir ki, alimlər saçların piqmentasiyaya cavabdeh olan melaninin itirilməsi səbəbindən ağardığını bildiriblər. Bu, qida çatışmazlığı və ya hər hansı bir xəstəlik

17 sentyabr 2021
.

Ağıl dişi problemi - Kökündən çıxartmaq, yoxsa müalicə?

Stomatoloqların baş bəlası olan "Ağıl dişi" mövzusu hələ də mübahisəlidir:çünki bir çoxları onları lazımsız artıq bilib çəkdirməyi, digərləri isə saxlamağı vacib sayır. dişlərin içində ən çətini olan müdriklik dişləri haqqında pasiyentləri maraqlandıracaq 3 əsas məsələyə aydınlıq gətirir. Müdrikli

17 sentyabr 2021
.

"Mu" ştammının Deltadan fərqi - Yoluxma əlamətləri hansılardır?

Koronavirus infeksiyası bütün dünyada sürətlə yayıldığı halda yeni variantları da yaranır. Bu dəfə Covid-19-un "Mu variantı" ortaya çıxıb. xəbər verir ki, vaksinlərə qarşı dözümlü bu ştammda əlamətlər nəfəs darlığı, boğulma, boğaz ağrısı, iştahsızlıq, qusma, ürəkbulanmadır. Xəsətlik zaman

9 sentyabr 2021
.

Zəncəfil və sarıkökün bilinməyən zərərləri

Mütəxəssislər xüsusən də qış aylarında mikrob və viruslardan qorunmaq üçün daha çox çay dəmlənmələrində istifadə edilən zəncəfil və xörəklərə xüsusi təam verən sarıkökün zərərlərindən danışıblar. -ın Sputnik Azərbaycan-a istinadən xəbərinə görə, bu haqda ürək-damar cərrahları xəstələrə xəbərdarlıq edib

14 sentyabr 2021
.

Yatmazdan 1 saat əvvəl süd için

Çoxları rahat yata bilməməkdən, yuxusuzluqdan, gecələr tez-tez oyanmaqdan şikayət edir. Yuxu pozuntusunu yaradan səbəblər arasında qidalanma birinci yerdədir. Belə ki, gün ərzində yediklərimiz yuxu rejimini tənzimləyir. Axşam.az-a istinadən xəbər verir ki, insan sağlamlığı üçün yuxu ən önəmli faktordur

15 sentyabr 2021