DTX-nin istefada olan polkovniki əhalini ictimai yerlərdə sayıq olmağa çağırıb
"Hər hansı bir şübhəli əşya və ya şəxs gördükdə vətəndaşlar hüquq-mühafizə orqanlarına məlumat verməlidirlər".
Bunu Trend-ə açıqlamasında Azərbaycan təhlükəsizlik orqanlarının və Birinci Qarabağ müharibəsinin veteranı, DTX-nin fəxri əməkdaşı, istefada olan polkovnik Azər Qarayev deyib.
Onun sözlərinə görə, bütün vətəndaşlar həmişə ayıq-sayıq olmalıdırlar.
"Bu gün terrora qarşı mübarizədə hüquq-mühafizə orqanları ilə bərabər, vətəndaşlar da həmişə ayıq-sayıq olmalıdırlar.
Türkiyədə baş verən hadisəni diqqətlə nəzərdən keçirsək, görərik ki, Türkiyədə partlayış zamanı terrorçu çantanı insanların gur toplaşdıqları yerdə qoydu və ondan sonra partlayış baş verdi. Əgər kimsə zamanında həmin şübhəli çantanı görsəydi, dərhal hüquq-mühafizə orqanlarına məlumat verərdi və hadisənin miqyasının müəyyən mənada qarşısı alına bilərdi. Əlbəttə ki, bunlar ehtimallardır, istənilən halda həm Türkiyə, həm də Azərbaycan vətəndaşları ayıq-sayıq olmalıdırlar.
Bəzən görürsən ki, yolda hər hansı bir naməlum əşya var, gənclər gəlib ona toxunur, təpikləyirlər. Belə hallara yol vermək olmaz. Azərbaycanda 1990-cı illərdə xeyli terror hadisəsi törədilib. Yəni kimsə hər hansı bir əşya görürsə, düşünməlidir ki, burada partlayıcı maddə ola bilər. Xüsusilə, insanların kütləvi olduğu yerlərdə vətəndaşlar ayıq-sayıq olmalıdırlar. Hər hansı bir şübhəli əşya və ya şəxs gördükdə vətəndaşlar hüquq-mühafizə orqanlarına məlumat verməlidirlər", - deyə A.Qarayev əlavə edib.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 2068 Tarix: 15 noyabr 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Aysel Şükürovanın keçmiş həyat yoldaşı həbs edildi
Bloger Aysel Şükürovanın keçmiş həyat yoldaşı Oqtay Əhmədov aliment borcuna görə inzibati qaydada həbs edilib. Axşam.az xəbər verir ki, Nəsimi Rayon Məhkəməsinin qərarına əsasən, uzun müddətdir aliment öhdəliyini yerinə yetirməyən O.Əhmədov 10 sutkalıq inzibati həbsə məhkum olunub. Qeyd edək ki, tərəflə
15 oktyabrSumqayıtda uşaq bağçasındakı hadisə ilə bağlı polis hərəkətə keçdi - Video
Sumqayıt şəhərində yerləşən özəl uşaq bağçasında azyaşlının xəsarət alması ilə bağlı araşdırma aparılır. -ın əldə etdiyi məlumata görə, hadisə ilə bağlı vətəndaş polisə müraciət edib. Hazırda faktla bağlı təhqiqat araşdırması davam etdirilir. Xatırladaq ki, Sumqayıt şəhər sakini Yaqub Yasinov azyaşl
15 oktyabrHərbçilərin maaşı ilə bağlı məsələ üçüncü oxunuşdan keçdi - 22,8% artım!
Müdafiə Nazirliyinin bütün hərbçilərinin əməkhaqları vergilər və digər icbari ödənişlər çıxıldıqdan sonra orta hesabla 22,8% artacaq. "Qafqazinfo" xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Vergi Məcəlləsində, "Hərbi qulluqçuların statusu haqqında"
16 oktyabrSabah 31° isti olacaq
Oktyabrın 16-da gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə arabir duman, az çiskin olacaq
15 oktyabrSürücü sərnişindən küsdü, avtobusu sürməkdən imtina etdi - Video
Xırdalan-Bakı marşrutu üzrə fəaliyyət göstərən avtobusda sərnişin və sürücü arasında narazılıq yaranıb. -ə istinadən xəbər verir ki, 119 nömrəli marşrut xətti üzrə hərəkət edən avtobusun sürücüsü ilə sərnişinlərdən biri arasında mübahisə baş verib. Sərnişinlərin bildirdiklərinə görə, yaranan gərginli
16 oktyabrSabunçuda məktəbin pəncərəsindən yıxılan şagirdin vəziyyəti açıqlandı
Sabunçu rayonu, Bakıxanov qəsəbəsində 94 nömrəli tam orta ümumtəhsil məktəbinin ikinci mərtəbəsinin pəncərəsindən yıxılaraq xəsarət alan şagirdin vəziyyəti ağır olaraq qalır. Bu barədə -ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib. "Oktyabrın 12-d
15 oktyabrBakıda təcili yardım maşını ağır qəza törətdi: Ölən var
Bakının Sabunçu qəsəbəsində piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. -a istinadla xəbər verir ki, təcili yardım maşını kişi cinsli piyadanı vuraraq öldürüb. Hadisə yerinə hüquq-mühafizə orqanı əməkdaşları cəlb olunublar. Faktla bağlı Sabunçu Rayon Polis İdarəsinin İstintaq şöbəsind
16 oktyabrÜrək köçürülən gənc nahar edəndən sonra ölüb: Bir il sonra toyu olacaqdı
Azərbaycanda ilk dəfə meyit donorundan ürək transplantasiyası edilən Tovuz rayon sakini Rəşad Məmmədəliyev vəfat edib. xəbər verir ki, mərhumun yaxınlarının Baku TV-yə verdiyi məlumata görə, Rəşad Bakıya gedərkən Kürdəmir rayonundakı restoranlardan birində nahar etdiyi zaman qəfil halı pisləşib. O, hadis
16 oktyabr