Tanışını öldürüb, hissələrə ayıraraq basdıran şəxslə bağlı QƏRAR
Ali Məhkəmədə rəsmi sənədləri saxtalaşdırmaqda, dələduzluqda və tamah məqsədilə qəsdən adam öldürməkdə ittiham olunan Bakı şəhər sakini 35 yaşlı Fuad Mustafayevin barəsində olan hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Nazim Mövsümovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Fuad Mustafayev 19 il müddətinə azadlıqdan məhrum edilib.
Belə ki, qərar dəyişdirilmədən, kassasiya şikayəti isə təmin edilmədən saxlanılıb.
Qeyd edək ki, qətl hadisəsi 2018-ci ildə Abşeron rayonu ərazisində baş verib. Bakı şəhər sakini 55 yaşlı Əli Rəsulovun itkin düşməsi ilə bağlı araşdırmalar aparılarkən onun öldürüldüyü, eləcə də mənzilinin dələduzluq yolu ilə ələ keçirildiyi üzə çıxıb.
İstintaq müəyyən edib ki, Fuad Mustafayev Xırdalan şəhəri, Quşçuluq massivində, özünə məxsus mənzildə ailəsindən ayrı və tək yaşayan Əli Rəsulovu öldürüb mülkiyyətini ələ keçirmək qərarına gəlib. Bu məqsədlə onu 2016-cı ilin sentyabrında istirahət etmək adı ilə Pirşağı qəsəbəsindəki bağ evinə dəvət edib. Tiryəkin təsirindən qonağının sərxoş olduğunu, qurduğu planı həyata keçirmək üçün əlverişli şərait yarandığını görən Fuad vaxtı itirməyib. O, Ə.Rəsulovun bədəninin müxtəlif nahiyələrinə bıçaqla ardıcıl zərbələr endirib. Onun öldüyünü görüb cinayətin izini itirmək məqsədilə meyiti sellofana bükərək həyətdə basdırıb.
İcarəyə götürdüyü bağ evini təhvil verməli olan Fuad Mustafayev meyitin aşkar ediləcəyindən qorxuya düşüb. Ona görə də bağı təhvil verməmiş cinayətin izlərini silmək qərarına gəlib. 2017-ci ilin aprel-may aylarında yenidən bağa gələn Fuad Mustafayev meyiti basdırdığı yerdən qazıb çıxarıb, cəsədi hissələrə ayırıb torbalara yığaraq yaxınlıqdakı boş sahədə basdırıb. Bundan sonra mərhumun vaxtilə tək yaşadığı evdəki məişət əşyalarını alqı-satqı elanları vasitəsilə satıb, eləcə də mənzilə aid sənədləri saxtalaşdırmaqla ələ keçirib. Öldürdüyü şəxsə məxsus mənzili özününkü kimi göstərməklə 23 min manata Tural Mirzəliyevə satıb.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1553 Tarix: 16 noyabr 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Aysel Şükürovanın keçmiş həyat yoldaşı həbs edildi
Bloger Aysel Şükürovanın keçmiş həyat yoldaşı Oqtay Əhmədov aliment borcuna görə inzibati qaydada həbs edilib. Axşam.az xəbər verir ki, Nəsimi Rayon Məhkəməsinin qərarına əsasən, uzun müddətdir aliment öhdəliyini yerinə yetirməyən O.Əhmədov 10 sutkalıq inzibati həbsə məhkum olunub. Qeyd edək ki, tərəflə
15 oktyabrSumqayıtda uşaq bağçasındakı hadisə ilə bağlı polis hərəkətə keçdi - Video
Sumqayıt şəhərində yerləşən özəl uşaq bağçasında azyaşlının xəsarət alması ilə bağlı araşdırma aparılır. -ın əldə etdiyi məlumata görə, hadisə ilə bağlı vətəndaş polisə müraciət edib. Hazırda faktla bağlı təhqiqat araşdırması davam etdirilir. Xatırladaq ki, Sumqayıt şəhər sakini Yaqub Yasinov azyaşl
15 oktyabrHərbçilərin maaşı ilə bağlı məsələ üçüncü oxunuşdan keçdi - 22,8% artım!
Müdafiə Nazirliyinin bütün hərbçilərinin əməkhaqları vergilər və digər icbari ödənişlər çıxıldıqdan sonra orta hesabla 22,8% artacaq. "Qafqazinfo" xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Vergi Məcəlləsində, "Hərbi qulluqçuların statusu haqqında"
16 oktyabrSabah 31° isti olacaq
Oktyabrın 16-da gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə arabir duman, az çiskin olacaq
15 oktyabrSürücü sərnişindən küsdü, avtobusu sürməkdən imtina etdi - Video
Xırdalan-Bakı marşrutu üzrə fəaliyyət göstərən avtobusda sərnişin və sürücü arasında narazılıq yaranıb. -ə istinadən xəbər verir ki, 119 nömrəli marşrut xətti üzrə hərəkət edən avtobusun sürücüsü ilə sərnişinlərdən biri arasında mübahisə baş verib. Sərnişinlərin bildirdiklərinə görə, yaranan gərginli
16 oktyabrSabunçuda məktəbin pəncərəsindən yıxılan şagirdin vəziyyəti açıqlandı
Sabunçu rayonu, Bakıxanov qəsəbəsində 94 nömrəli tam orta ümumtəhsil məktəbinin ikinci mərtəbəsinin pəncərəsindən yıxılaraq xəsarət alan şagirdin vəziyyəti ağır olaraq qalır. Bu barədə -ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib. "Oktyabrın 12-d
15 oktyabrBakıda təcili yardım maşını ağır qəza törətdi: Ölən var
Bakının Sabunçu qəsəbəsində piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. -a istinadla xəbər verir ki, təcili yardım maşını kişi cinsli piyadanı vuraraq öldürüb. Hadisə yerinə hüquq-mühafizə orqanı əməkdaşları cəlb olunublar. Faktla bağlı Sabunçu Rayon Polis İdarəsinin İstintaq şöbəsind
16 oktyabrÜrək köçürülən gənc nahar edəndən sonra ölüb: Bir il sonra toyu olacaqdı
Azərbaycanda ilk dəfə meyit donorundan ürək transplantasiyası edilən Tovuz rayon sakini Rəşad Məmmədəliyev vəfat edib. xəbər verir ki, mərhumun yaxınlarının Baku TV-yə verdiyi məlumata görə, Rəşad Bakıya gedərkən Kürdəmir rayonundakı restoranlardan birində nahar etdiyi zaman qəfil halı pisləşib. O, hadis
16 oktyabr