"Space TV"nin yayımı dayandırılacaq
Azərbaycan Respublikası Audiovizual Şurasının iclası keçirilib.
Bu barədə Sonxeber.az-a Şuradan məlumat verilib.
Bildirilib ki, iclasda "Space TV" redaksiyasının (kanalının) efirində baş vermiş qanun pozuntusu ilə bağlı məsələ müzakirə olunmuş və peyk yayımı həyata keçirməyən platforma yayımçısı lisenziyasının alınmasına görə Şuraya daxil olmuş 2 müraciətə baxılıb.
İlk olaraq ümumölkə yerüstü televiziya yayımçısı olan "Space" Müstəqil Televiziya və Radio Şirkətinin "Space TV" redaksiyasının (kanalının) efirində 14 noyabr 2022-ci il tarixdə saat 12:00-14:45 arası yayımlanan "Gəl danış" proqramında zorakılığı və qəddarlığı təbliğ edən informasiyaya yol verilməsi və bununla da "Media haqqında" Azərbaycan Respublikasının Qanununun 14.1.5-ci maddəsinin tələbinin (mediada yayımlanan informasiyada zorakılıq və qəddarlıq təbliğ olunmamalıdır) pozulması faktı müzakirə olunub.
Şura "Media haqqında" Azərbaycan Respublikası Qanununun 41.1.1-ci və 41.5-ci maddələrini rəhbər tutaraq "Space TV" redaksiyasının efirində 17 noyabr 2022-ci il tarixdə proqramların yayımının 3 (üç) saatlıq müddətə (saat 12:00-dan saat 15:00-dək) dayandırılması haqqında qərar verib.
Daha sonra, peyk yayımı həyata keçirməyən platforma yayımçısı lisenziyasının alınmasına görə "Baku TV" MMC və "Beat Media" MMC tərəfindən Şuraya daxil olmuş müraciətlərə baxılıb. İddiaçılar tərəfdən təqdim olunmuş sənədlərin siyahısı və məzmunu barədə Şura aparatının hüquqşünasları Şura üzvlərinə geniş məlumat vermiş və sənədlərin müvafiq tələblərə uyğun tərtib olunmasını qeyd ediblər.
Şura üzvləri geniş müzakirələrdən sonra "Media haqqında" Azərbaycan Respublikası Qanunu qüvvəyə mindikdən sonra ilk dəfə yeni audiovizual media fəaliyyəti növü olaraq peyk yayımı həyata keçirməyən platforma yayımçısı lisenziyalarının "Baku TV" MMC-yə (televiziya redaksiyasının adı: "Baku TV") və "Beat Media" MMC-yə (televiziya redaksiyasının adı: "Beat TV") verilməsi barədə müvafiq qərarlar qəbul ediblər.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 5721 Tarix: 16 noyabr 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Aysel Şükürovanın keçmiş həyat yoldaşı həbs edildi
Bloger Aysel Şükürovanın keçmiş həyat yoldaşı Oqtay Əhmədov aliment borcuna görə inzibati qaydada həbs edilib. Axşam.az xəbər verir ki, Nəsimi Rayon Məhkəməsinin qərarına əsasən, uzun müddətdir aliment öhdəliyini yerinə yetirməyən O.Əhmədov 10 sutkalıq inzibati həbsə məhkum olunub. Qeyd edək ki, tərəflə
15 oktyabrHərbçilərin maaşı ilə bağlı məsələ üçüncü oxunuşdan keçdi - 22,8% artım!
Müdafiə Nazirliyinin bütün hərbçilərinin əməkhaqları vergilər və digər icbari ödənişlər çıxıldıqdan sonra orta hesabla 22,8% artacaq. "Qafqazinfo" xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Vergi Məcəlləsində, "Hərbi qulluqçuların statusu haqqında"
16 oktyabrSabah 31 dərəcə isti olacaq
Sabah Azərbaycanda 31 dərəcə isti gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Şimal-şər
16 oktyabrMəktəbli forması sadəcə geyim deyil: Nizam-intizamın əsas tələbi
Məktəbli forması təhsil müəssisələrində nizam-intizamın qorunması, şagirdlər arasında vahid geyim mədəniyyətinin formalaşdırılması və məktəb mühitində bərabərliyin təmin edilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Şagirdlərin müəyyən edilmiş geyim qaydalarına əməl etməsi məktəb intizamının tərkib hissəsidir
14 oktyabrGuya DTX-dən zəng gələcək - Qanunsuz tələblərə inanmayın! - Foto
Azərbaycanda jurnalistlər də kibercinayətkarların hədəfindədir. xəbər verir ki, işbazlar tanınmış şəxsin adından yazaraq guya DTX və ya digər hüquq-mühafizə orqanlarından zəng gələcəyini xəbər verirlər. Bundan sonra başqa bir şəxs vətəndaşla əlaqə saxlayır, hədə-qorxu gələrək qanunsuz tələblər irəl
14 oktyabrDeputat Məzahir Əfəndiyev barəsində doqquz işə xitam verildi
Bakının Yasamal Rayon Məhkəməsi yol cərimələrinin ödənilməməsi ilə bağlı Milli Məclisin deputatı Məzahir Əfəndiyev barəsində aparılan doqquz inzibati işə xitam verib. Məhkəmə deputat toxunulmazlığını əsas gətirərək onun barəsində inzibati tənbeh tətbiq edilməsini mümkün saymayıb. Qaynarinfo -ya istinadə
16 oktyabrQalmaqallı şəkildə boşandığı ərini paylaşdı - Foto
Model Razi Əliyeva qalmaqallı şəkildə boşandığı həyat yoldaşı Nicat Əliyevin fotosunu paylaşıb. Axşam.az xəbər verir ki, fotoda Nicatın oğlu ilə vaxt keçirdiyi anlar əks olunub. Razi paylaşımına "Ata-bala" şərhini yazıb. Qeyd edək ki, Nicat Əliyev və Razi Əliyeva 2023-cü ildə ailə qurublar
16 oktyabr