Rəşad Dağlının adı ilə gündəmə gəlmək istəyənlər kimlərdir?
Meyxanaçı Rəşad Dağlı həbs olunduqdan sonra bir çox sənət adamı onunla bağlı paylaşımlarla gündəmə gəldi. Məsələ ilə bağlı ən çox diqqət çəkməyə çalışanlardan biri isə Aqşin Fateh olub. Belə ki, Aqşin TikTok hesabında Rəşadla bağlı müxtəlif videolar yayımlayıb, açıqlamalar verib.
Axşam.az xəbər verir ki, sənətçi bu dəfə Dağlının ailəsi üçün toplanan yardımdan bəhs edib. O bildirib ki, ailəsi yardım məsələsinə etiraz edib:
"Rəşadın ailəsi dostlarımızdan birinə zəng edib ki, heç nəyə ehtiyacımız yoxdur. Nə zaman dəstək lazım olarsa, dostlar ətrafınızdadır. Çox adam zəng edir ki, pul yığıb göndərmək istəyirik. Bəziləri də var ki, deyir, mən də göndərəcəyəm, adım çəkilsin. O qədər xəstə uşaqlar, qazilər var ki, ehtiyacı olur. Bir Allahdan, bir ailəsindən başqa heç kimin onlardan xəbəri yoxdur. Kim gündəmdədir, reklam olunur onlara yardım etmək istəyirlər. İstəyirlər onların adı ilə özlərini gündəmə gətirsinlər. Rəşad tanınmış insandır, yardım edəni çox olacaq. İki daşın arasında gündəmə gəlmək, özünü tanıtdırmaq yaxşı deyil".
Aqşin daha sonra media nümayəndələrinə söz atıb.
Xatırladaq ki, yardım məsələsi ilə bağlı paylaşım edənlərdən biri də Aqşin olub. O, Gürcüstanda yaşayan azərbaycanlıların Rəşada 10 min dollar göndərəcəyini yayımlamışdı.
Qeyd edək ki, qətl hadisəsi noyabrın 9-u saat 05 radələrində Qaradağ rayonu ərazisində qeydə alınıb. Belə ki, 1984-cü il təvəllüdlü R.Əmirov tanışı, 1979-cu il təvəllüdlü İskəndər Mehtiyevi şəxsi münasibətlər zəminində aralarında yaranan münaqişə zamanı bıçaqla çoxsaylı xəsarətlər yetirərək qətlə yetirib. Faktla bağlı Qaradağ Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb. Rəşad Dağlı barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 2621 Tarix: 17 noyabr 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Aysel Şükürovanın keçmiş həyat yoldaşı həbs edildi
Bloger Aysel Şükürovanın keçmiş həyat yoldaşı Oqtay Əhmədov aliment borcuna görə inzibati qaydada həbs edilib. Axşam.az xəbər verir ki, Nəsimi Rayon Məhkəməsinin qərarına əsasən, uzun müddətdir aliment öhdəliyini yerinə yetirməyən O.Əhmədov 10 sutkalıq inzibati həbsə məhkum olunub. Qeyd edək ki, tərəflə
15 oktyabrHərbçilərin maaşı ilə bağlı məsələ üçüncü oxunuşdan keçdi - 22,8% artım!
Müdafiə Nazirliyinin bütün hərbçilərinin əməkhaqları vergilər və digər icbari ödənişlər çıxıldıqdan sonra orta hesabla 22,8% artacaq. "Qafqazinfo" xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Vergi Məcəlləsində, "Hərbi qulluqçuların statusu haqqında"
16 oktyabrSabah 31 dərəcə isti olacaq
Sabah Azərbaycanda 31 dərəcə isti gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Şimal-şər
16 oktyabrMəktəbli forması sadəcə geyim deyil: Nizam-intizamın əsas tələbi
Məktəbli forması təhsil müəssisələrində nizam-intizamın qorunması, şagirdlər arasında vahid geyim mədəniyyətinin formalaşdırılması və məktəb mühitində bərabərliyin təmin edilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Şagirdlərin müəyyən edilmiş geyim qaydalarına əməl etməsi məktəb intizamının tərkib hissəsidir
14 oktyabrGuya DTX-dən zəng gələcək - Qanunsuz tələblərə inanmayın! - Foto
Azərbaycanda jurnalistlər də kibercinayətkarların hədəfindədir. xəbər verir ki, işbazlar tanınmış şəxsin adından yazaraq guya DTX və ya digər hüquq-mühafizə orqanlarından zəng gələcəyini xəbər verirlər. Bundan sonra başqa bir şəxs vətəndaşla əlaqə saxlayır, hədə-qorxu gələrək qanunsuz tələblər irəl
14 oktyabrDeputat Məzahir Əfəndiyev barəsində doqquz işə xitam verildi
Bakının Yasamal Rayon Məhkəməsi yol cərimələrinin ödənilməməsi ilə bağlı Milli Məclisin deputatı Məzahir Əfəndiyev barəsində aparılan doqquz inzibati işə xitam verib. Məhkəmə deputat toxunulmazlığını əsas gətirərək onun barəsində inzibati tənbeh tətbiq edilməsini mümkün saymayıb. Qaynarinfo -ya istinadə
16 oktyabrQalmaqallı şəkildə boşandığı ərini paylaşdı - Foto
Model Razi Əliyeva qalmaqallı şəkildə boşandığı həyat yoldaşı Nicat Əliyevin fotosunu paylaşıb. Axşam.az xəbər verir ki, fotoda Nicatın oğlu ilə vaxt keçirdiyi anlar əks olunub. Razi paylaşımına "Ata-bala" şərhini yazıb. Qeyd edək ki, Nicat Əliyev və Razi Əliyeva 2023-cü ildə ailə qurublar
16 oktyabr