Azərbaycanlı həkim ölkəmizi Türkiyədə belə TƏMSİL ETDİ - FOTO

Azərbaycanlı həkim ölkəmizi Türkiyədə belə TƏMSİL ETDİ - FOTO17-19 noyabr tarixlərində Türkiyənin Kırşehir Ahi-Evran Universitetində keçirilən 2-ci Beynəlxalq Ahi Evran İnteqrativ və Tamamlayıcı Tibb konfransında İbn Sinayla təbiətdən gələn şəfa təbliğ olunub.

Sonxeber.az xəbər verir ki, Türkiyə, Özbəkistan, ABŞ, İsrail, İtaliya, Əlcəzair və digər ölkələrin fitoterapevt, apiterapevt, hirudoterapevt, akupunktur mütəxəssislərinin öz biliklərini paylaşdıqları tədbirdə həkim-fitoterapevt, apiterapevt, bitkilər üzrə elmi işçi Elnur Eldaroğlu Azərbaycanı təmsil edib.

İllərlə İnteqrativ Tibb sahəsində çalışan, bir çox xroniki xəstəliklərdə müsbət nəticələr alan, müxtəlif ölkələrdə Azərbaycanın fitoterapiya və apiterapiyasını istər media, istərsə də elmi dərgilər vasitələrlə təbliğ edən həkim immun sistemində doğru və yanlış istifadə edilən bitki və arı məhsullarının təsiri, eləcə də Azərbaycanda apifitoterapiyadan örnək olan, immunitet artıran "İmmunoset" məcununun tərkibinin araşdırılması və nəticələrinin dəyərləndirilməsi mövzusunda danışıb.

O, həmçinin, apiterapiya (arı və arı məhsulları ilə müalicə) və fitoterapiya (dərman bitkiləri ilə müalicə) mövzusunu apifitoterapiya şəklində birləşdirərək aldığı effektiv nəticələri müzakirə edib.

Azərbaycanlı həkimə Türkiyə Apiterapiya Cəmiyyətinin rəhbəri və Dünya Apiterapiya Konfederasiyasının prezidenti Dr. Ali Timuçin hoca tərəfindən Türkiyə Apiterapiya Dərnəyinin Fəxri üzvlük sənədi təqdim olunub.

İndiyə qədər ABŞ-ın farmakologiya jurnalında məqalələri dərc olunan Elnur Eldaroğlunun yazıları bundan sonra Türkiyənin də bir çox elmi-tibbi jurnallarında dərc ediləcək.

Hazırda İstanbul Medipol Universitetinin tədqiqatçısı olan həmyerlimiz ölkə xaricində də fitoterapiya sahəsini onlayn şəkildə tədris edir.

Qeyd edək ki, həkim-fitoterapevt Bakıda "Apimed" Təbii Üsullar Mərkəzinin Baş həkimi vəzifəsində çalışır.

Azərbaycanlı həkim ölkəmizi Türkiyədə belə TƏMSİL ETDİ - FOTOAzərbaycanlı həkim ölkəmizi Türkiyədə belə TƏMSİL ETDİ - FOTOAzərbaycanlı həkim ölkəmizi Türkiyədə belə TƏMSİL ETDİ - FOTOAzərbaycanlı həkim ölkəmizi Türkiyədə belə TƏMSİL ETDİ - FOTOAzərbaycanlı həkim ölkəmizi Türkiyədə belə TƏMSİL ETDİ - FOTOAzərbaycanlı həkim ölkəmizi Türkiyədə belə TƏMSİL ETDİ - FOTOAzərbaycanlı həkim ölkəmizi Türkiyədə belə TƏMSİL ETDİ - FOTOAzərbaycanlı həkim ölkəmizi Türkiyədə belə TƏMSİL ETDİ - FOTOAzərbaycanlı həkim ölkəmizi Türkiyədə belə TƏMSİL ETDİ - FOTOAzərbaycanlı həkim ölkəmizi Türkiyədə belə TƏMSİL ETDİ - FOTONatəvan Baxşiyeva


Sonxeber.az
Telegramda izləyin
Sağlamlıq   Baxılıb: 1498   Tarix: 18 noyabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Yeməkdən sonra şişkinliyin səbəbi bu xəstəliklər ola bilər - XƏBƏRDARLIQ

Yeməkdən sonra qarında şişkinlik bir çox insanda müşahidə olunan və qidalanma vərdişləri, həzm prosesi və qəbul edilən qidalarla bağlı yarana bilən haldır. Lakin şişkinliyin tez-tez təkrarlanması, uzun müddət davam etməsi və digər əlamətlərlə müşayiət olunması həzm sistemi ilə bağlı hər hansı problemi

5 oktyabr
.

Gündə cəmi 10 dəqiqə: Alimlər beyni qoruyan sadə vərdişi açıqladı

Mütəxəssislər müntəzəm mütaliənin beyin sağlamlığına və ümumi rifaha müsbət təsir göstərə biləcəyini müəyyənləşdirib. Araşdırmalara görə, bunun üçün hər gün uzun saatlar kitab oxumağa ehtiyac yoxdur. Qaynarinfo xəbər verir ki, Kembric Universiteti və "Queen’s Reading Room" təşkilatının alimlər

28 sentyabr
.

3 kiçik vərdiş ömrü 9 il uzada bilər

Sidney Universitetinin alimləri yuxu, fiziki aktivlik və qidalanmada kiçik dəyişikliklərin insan ömrünü 9 ilə qədər uzada biləcəyini müəyyən ediblər. Axşam.az xəbər verir ki, 2026-cı ildə "eClinicalMedicine" jurnalında dərc olunan araşdırma təxminən 60 min insanın 8 il ərzində müşahidəsin

14 oktyabr
.

Spirtli içki qəbulundan sonra gözlər niyə qızarır? - SƏBƏB

"Spirtli içki istifadəsi zamanı damarlar genişlənir. Bu zaman gözün ön səthindəki xırda damarların genişlənməsi gözlərdə qızartıya səbəb ola bilər. Bu zaman sulanma və digər narahatlıqlar da müşahidə edilə bilər". xəbər verir ki, bunu Batıgöz Klinikasının oftalmoloqu Samirə Qələndərli Azərbayca

9 oktyabr
.

Qapalı məkanlarda yaşamağın gizli qarşılığı: Sağlamlıq üçün 4 risk

İnsanlar həyatlarının təxminən 93 faizini qapalı məkanlarda keçirirlər. Kaliforniyalı həkim və təbii təbabət üzrə mütəxəssis Con La Pumanın fikrincə, bu, sağlamlıq üçün "gizli vergi" adlandırıla biləcək mənfi nəticələrə gətirib çıxarır. O, bu barədə "Qapalı məkanlar epidemiyası" adl

9 oktyabr
.

100 yaşdan çox yaşayanların ortaq 5 sirri

Amerikalı rejissor Sem Qrin 10 il ərzində dünyanın ən yaşlı insanları ilə görüşərək onların həyat tərzini araşdırıb. Rejissor yüz ildən çox yaşayan insanların bir-birinə bənzəyən bir sıra xüsusiyyətlərinin olduğunu müəyyən edib. xarici mediaya istinadən xəbər verir ki, Sem Qrin dünyanın ən yaşlı insanlar

4 oktyabr
.

Qan təzyiqini və qan laxtalanması riskini azaldan içkinin adı açıqlandı

Zəncəfil çayı qan təzyiqini və qan laxtalanma riskini azaldır. " "ya istinadən xəbər verir ki, Akademik Roytberq Klinikasının qastroenteroloqu Yevgeni Belousov bu barədə məlumat paylaşıb. Onun sözlərinə görə, içki qan təzyiqini aşağı salmağa, qan laxtalarını azaltmağa və qan dövranını yaxşılaşdırmağ

29 sentyabr
.

Çoxlarının etdiyi bu səhvlər ciddi problemlərə yol aça bilər

Gün ərzində saatlarla telefon və kompüter ekranına baxmaq, yanlış oturmaq və uzun müddət hərəkətsiz qalmaq boyun sağlamlığına mənfi təsir göstərə bilər. xəbər verir ki, türkiyəli həkim İdris Avcı boyun onurğasını yükləyən 5 yanlış davranışı açıqlayıb. Mütəxəssis bildirib ki, son illərdə boyun ağrıs

26 sentyabr
.

Allergiya qəfil yarana bilər: Səbəbləri nələrdir?

Allergiya həyatın istənilən mərhələsində, hətta yetkinlik dövründə belə qəfil yarana bilər. Araşdırmalar yeni allergiyaların yaranmasına infeksiyalar, hormonal dəyişikliklər, antibiotik istifadəsi və gənə dişləməsi kimi müxtəlif amillərin səbəb ola biləcəyini göstərir. Qaynarinfo xəbər verir ki, ABŞ-ı

2 oktyabr