Gəminin göyərtəsindən suya yıxıldı: Bir sutka üzüb sağ qaldı - VİDEO
ABŞ sahillərində Nyu Orleandan Meksikaya doğru hərəkət edən gəminin göyərtəsindən suya yıxılan 28 yaşlı sərnişin xilas edilib.
Onun axtarışları bir sutka davam edib.
Kişinin yoxa çıxması barədə ilk xəbəri onun bacısı verib.
Belə ki o, ayaq yoluna getmək adı ilə kayutu tərk edib və bacısı ondan bir neçə saat xəbər ala bilməyib.
Bir müddət sonra itkin düşən kişinin bacısı həyəcan təbili çalıb və qardaşının itkin düşməsi barədə məlumat verib.
İtkin düşən şəxs Meksika körfəzində bir neçə xilasetmə qrupu tərəfindən qayıqlarda, helikopterlərlə və təyyarələrin vasitəsi ilə axtarılıb.
Xilasetmə əməliyyatı başlayandan 6 saat sonra dənizə düşən şəxsi sağ tapmaq mümkün olub.
Onun təxminən bir sutkaya yaxın suda qala bilməsi təcrübəli gəmiçilər tərəfindən təəccüblə qarşılanıb.
Artıq həmin şəxs helikopteri vasitəsilə təxliyə edilib. Həkimlər onun səhhətini qənaətbəxş olduğunu bildirib.
Xilas edilən şəxs gəmidən suya necə yıxıldığını dəqiq izah edə bilməyib. Araşdırmalara başlanılıb.
Sonxeber.az
Telegramda izləyin
Maraqlı Baxılıb: 1354 Tarix: 27 noyabr 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Çayın üzərindəki nazik təbəqə haqqında şok həqiqət: Görün nə içirik
Bəzən dəmlənmiş çayın səthində bitki yağına bənzəyən nazik bir təbəqə görmək olur. Bir çox insan bunu dərhal pestisid izləri ilə əlaqələndirsə də, mütəxəssislər bildirirlər ki, müasir bitki mühafizə vasitələri çayda demək olar iz buraxmır. Əslində bu "yağlı" kimi görünən təbəqə çox vaxt çayı
2 fevralHansı iş növü stres səviyyəsini daha çox artırır?
İnsanın öz işi ilə məşğul olması stresin yığılmasını sürətləndirir - bu cür çalışan şəxslərdə altı il ərzində stres səviyyəsi muzdlu işçilərlə müqayisədə 24% artıb. xəbər verir ki, bu qənaətə ABŞ-nin Notr-Dam Universitetinin alimləri gəliblər. Tədqiqatın nəticələri "Journal of Business Venturing"
30 yanvarTənhalıq hissini necə yüngülləşdirmək olar - 3 təsirli üsul
İstəsək də, istəməsək də, hər birimiz həyatımızın müəyyən dövründə tənhalıq hissi ilə qarşılaşmalı oluruq. Əgər tənha qalmaq fikri - istər müvəqqəti, istərsə də daimi sizi narahat edirsə, peşəkar psixoterapevtlərin tövsiyə etdiyi üsullarla bu hiss üzərində işləməyə cəhd edə bilərsiniz. bu mövzu ilə bağl
3 fevralRonaldoya oxşayan gənc artıq ona bənzəmir!
Kristiano Ronalduya bənzərliyi ilə tanınan Gökmen Akdoğan son görüntüsü ilə sosial mediada müzakirələrə səbəb olub. türk mediasına istinadən xəbər verir ki, istifadəçilərin böyük bir hissəsi artıq onun məşhur futbolçuya o qədər də bənzəmədiyini iddia edərək paylaşıma müxtəlif şərhlər yazıblar. Uzun müddə
2 fevralTısbağanın bu anları sosial şəbəkədə viral oldu - VİDEO
Sosial şəbəkədə yayılan maraqlı görüntülər izləyicilərin diqqətini çəkib. xəbər verir ki, videoda kiçik bir tısbağanın yemini qovaladığı anlar əks olunub. Qısa müddətdə minlərlə baxış toplayan görüntülər istifadəçilər arasında gülüş və maraqla qarşılanıb. Bir çox sosial media istifadəçisi tısbağanı
3 fevralAvtobusda yaşananlar sərnişinləri heyrətləndirdi - VİDEO
İstanbuld baş verən hadisə şəhər avtobusunda səyahət edən sərnişinlərin üzündə təbəssüm yaradıb. türk mediasına istinadən xəbər verir ki, Eminönü-Arnavutköy marşrutu üzrə hərəkət edən 336 nömrəli avtobusda çalınan saz sərnişinlərin diqqətini çəkib. Günün stresindən uzaqlaşan vətəndaşlar xoş və əyləncəl
30 yanvarAzyaşlı uşağın "Fenerbahçe" prezidentindən istədiyi şey şok edib - VİDEO
Süper Liqanın 20-ci turunda Fenerbahçe Kocaelisporu 2:0 hesabı ilə məğlub edib. Oyundan sonra Fenerbahçenin prezidenti Sadettin Saran stadiondan çıxarkən kiçik azarkeşin ona "Başqanım, 10 TL-niz var? Mən Fenerliyəm" deməsi anları qısa müddətdə virallaşıb. türk mediasına istinadən xəbər veri
3 fevralYağın istifadəsini tamamilə dəyişən kiçik detal
Yağ bir çox yeməklərin hazırlanmasında əsas məhsuldur və ona tez-tez müraciət olunur. Yəqin ki, hər kəs elə bir vəziyyətlə qarşılaşıb ki, yağ ehtiyacdan artıq tökülüb. Artıq yağı geri almaq narahatdır, yenidən butulkaya tökmək isə demək olar ki, mümkün deyil. Lakin bu cür halların qarşısını almağa kömə
1 fevral