Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov xarici jurnalistlərlə görüşüb
Noyabrın 28-də Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov xarici jurnalistlərlə görüşüb.
Görüş zamanı Əhməd İsmayılov ölkəmizdə media sahəsində həyata keçirilən islahatların gedişatı, "Media haqqında" Azərbaycan Respublikasının Qanunu və Media Reyestrinin mahiyyəti barədə qonaqlara ətraflı məlumat verib. O, media subyektlərinin iqtisadi müstəqilliyinin gücləndirilməsi, jurnalistlərin peşəkarlığının, məsuliyyətinin və cəmiyyətin media savadlılığının artırılması istiqamətində görülən çoxşaxəli və kompleks tədbirlərdən bəhs edib.
Görüşdə Azərbaycan Respublikasının Belçika Krallığı və Lüksemburq Böyük Hersoqluğunda Səfirliyi Avropa İttifaqı yanında Nümayəndəliyinin birinci katibi Ramil Tağıyev media sahəsində əməkdaşlıq formatları və xarici media nümayəndələri ilə əlaqələrin gücləndirilməsi kimi məsələlərə diqqət çəkib, qarşılıqlı fəaliyyətin və tərəfdaşlığın səmərəliliyinin və müsbət dinamikasınınartırılmasının vacibliyini vurğulayıb.
Görüşdə media sahəsində beynəlxalq əlaqələrin gücləndirilməsi, səmərəli əməkdaşlıq və inkişaf perspektivləri ətrafında geniş fikir mübadiləsi aparılıb.


Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Qızılın bir qramı neçəyə oldu?
Ehtiyatda olan polkovnik-leytenant vəfat etdi
Müşfiq Abbasov məktəblərdə geyim tələbləri barədə danışdı
Azərbaycanda gənc əsgər vəfat etdi - Foto
"Təhsil sistemində müəyyən edilmiş qaydalar təsadüfi deyil, aydın hüquqi və pedaqoji məqsədlərə xidmət etməlidir" - Elnarə Akimova
Bağçada nəzarətsiz qalan uşağın qolu qırıldı - Anbaan video
"Azərbaycanın daxili işlərinə qarışmaq kimin nə həddinədir?!"- B.Yıldırımla özəl müsahibə
Sergey Lavrov Bakıya gəldi
Heç bir iddia Vətəndən, heç bir təəssübkeşlik Dövlətçilikdən üstün deyil!
Türkiyə sahillərində dünyanın ən qədim batmış gəmisi tapıldı
"Dedim ki, "biabır olacaqsan, Azərbaycan səni qəbul etməyəcək"
Mənzil alarkən aldadılmamaq üçün nələrə diqqət etmək lazımdır? - ƏMLAK EKSPERTİNDƏN AÇIQLAMA
Dünyanın ən qısa uçuşudur - Cəmi 53 saniyə çəkir - Fotolar
Ölkədə qızılın 1 qramı bu qiymətə satılır