Mənzil alqı-satqısı zamanı ƏDV-ni almağın qaydası - VİDEO

Mənzil alqı-satqısı zamanı ƏDV-ni almağın qaydası - VİDEOMənzil alarkən ödənilən alavə dəyər vergisinin geri qaytarılması prosesi artıq başlayıb.

BAKU.WS-in məlumatına görə, Dövlət Vergi Xidmətinin şöbə rəisi Telman Məmmədov "Xəzər Tv"yə bildirib ki, nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələri üçün ödənilmiş əlavə dəyər vergisinin bir hissəsinin qaytarılması ilə bağlı elektron qaimələrin tərtib edilməsi və alıcılar tərəfindən müraciətlərin edilməsi üçün portal (https://new.e-taxes.gov.az/eportal/az/login/) istifadəyə verilib.

Şöbə rəisi bildirib ki, bina tikintisi ilə məşğul olan şəxslər bu portala daxil olaraq alıcıya qaydaların tələblərinə uyğun elektron qaimə-faktura tərtib etməlidirlər. Bundan sonra, alıcı şəxsi kabinetində yerləşən keçid vasitəsilə qaydaların tələblərinə uyğun şəkildə ödənişləri həyata keçirməlidir. Vətəndaş ödənişləri fərdi qaydada bank vasitəsi ilə də edə bilər. Ödənişlər tam edildikdən sonra alıcının elektron kabinetində müvafiq ərizə forması doldurulur və təsdiqedici sənədlər əlavə olunaraq portal vasitəsilə ƏDV-nin geri qaytarılması ilə bağlı müraciət edilir.

Telman Məmmədovun sözlərinə görə, yaşayış və qeyri-yaşayış sahələrinin çıxarışı olduğu halda alıcı ilə müqavilə notarial qaydada aparılır. Alqı-satqı müqaviləsi təsdiqləndikdən sonra, alıcı müvafiq elektron qaimə-fakturanı notariusa təqdim etməli və notariusdan ödənişin əsas məbləğini satıcının bank hesabına, geri qaytarılacaq məbləği isə əlavə dəyər vergisinin depozit hesabına köçürülməsini tələb etməlidir.

Şöbə rəisi əlavə edib ki, alıcı eyni binadan bir neçə yaşayış və ya qeyri-yaşayış sahəsi aldıqda, ƏDV-nin bir hissəsinin qaytarılması mexanizmi alınmış sahələrin hər biri üzrə 500 kvadratmetrdən çox olmayan hissəyə mütənasib ödənilmiş ƏDV-yə tətbiq edilir. Qaytarılacaq ƏDV məbləği alıcıya 30 iş günü müddətində müvəkkil bank vasitəsilə qaytarılır.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1552   Tarix: 30 noyabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Bakıda "Kəlağayı" yürüşü - Video

Bakıda "Kəlağayı" adlı rəngarəng yürüşə start verilib. "Qafqazinfo" xəbər verir ki, yürüşdə QHT nümayəndələri və ictimai şəxslər iştirak edib. Rəngarəng kəlağayıları ilə yürüşə qatılanlar şəhər sakinləri və xarici qonaqların diqqətini çəkib

14 oktyabr
.

BU GÜNÜN "ÖLÜLƏR"İ KİMLƏRDİR?

Bu gün Azərbaycanda mövcud olan dünyəvi təhsil modelinin tarixi və ideya əsasları da bir əsrdən artıq müddətdə maarifçi ziyalılarımızın apardığı mübarizə ilə sıx bağlıdır. Mirzə Fətəli Axundzadə, Həsən bəy Zərdabi, Cəlil Məmmədquluzadə, Mirzə Ələkbər Sabir, Məhəmməd Hadi, Ömər Faiq Nemanzadə, Əli bə

15 oktyabr
.

"Sədərək" Ticarət Mərkəzində hicablı xanımlar işdən çıxarılırlar?

"Sədərək" Ticarət Mərkəzində işləyən hicablı xanımların işdən çıxarılacağı iddia olunub. xəbər verir ki, sosial şəbəkədə bir qrup insan tərəfindən edilən paylaşımlarda bəzi mağazalarda oktyabrın 15-dən etibarən hicablı xanımların işə gəlməmələri bildirildiyi qeyd olunub. Məsələ ilə bağlı -

15 oktyabr
.

"Təhsil sistemində müəyyən edilmiş qaydalar təsadüfi deyil, aydın hüquqi və pedaqoji məqsədlərə xidmət etməlidir" - Elnarə Akimova

"Bugünkü müzakirələrin arxasında daha geniş suallar dayanır: biz hansı cəmiyyətdə yaşamaq, hansı dəyərlərlə gələcəyə getmək, övladlarımızı necə yetişdirmək istəyirik? Təhsil yalnız bilik ötürən, diplom verən, peşə qazandıran bir sistemdirmi, yoxsa həm də insanın dünyagörüşünü, vətəndaşlıq mövqeyini

15 oktyabr
.

Uşağı anlamaqdan insan yetişdirməyə: Müasir məktəbin psixoloji missiyası

"Uşağın davranışını dəyişdirməyə tələsməzdən əvvəl, onun dünyasını anlamağa çalışaq. Məktəbdə bəzən müəyyən şagirdlər haqqında belə ifadələr eşidirik: "Çox çətin uşaqdır", "Heç kimə qulaq asmır", "Dərsə marağı yoxdur", "Aqressivdir", "Özünü idarə ed

15 oktyabr
.

Sabah 31° isti olacaq

Oktyabrın 16-da gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə arabir duman, az çiskin olacaq

15 oktyabr
.

Bakıda maşın atla toqquşdu - At sahibi saxlanıldı - Video - Yenilənib

Paytaxtın Yasamal rayonunun Yeni Yasamal yaşayış massivində minik avtomobili atla toqquşub. -a istinadən xəbər verir ki, qəza Mirzəyev küçəsi ilə Əsəd Əhmədov küçəsinin kəsişməsində qeydə alınıb. Hadisə nəticəsində xəsarət alan olmasa da, minik avtomobilinə ciddi ziyan dəyib. Qəzanın hansı şəraitdə ba

15 oktyabr
.

Məktəbli forması sadəcə geyim deyil: Nizam-intizamın əsas tələbi

Məktəbli forması təhsil müəssisələrində nizam-intizamın qorunması, şagirdlər arasında vahid geyim mədəniyyətinin formalaşdırılması və məktəb mühitində bərabərliyin təmin edilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Şagirdlərin müəyyən edilmiş geyim qaydalarına əməl etməsi məktəb intizamının tərkib hissəsidir

14 oktyabr
.

Bakıda 14 küçə və prospekt təmirə bağlanacaq

Bakıda yol infrastrukturunun yenilənməsi çərçivəsində 90 küçə və prospektdə təmir işləri yekunlaşdırılıb. xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb. Bildirilib ki, paytaxtın 12 inzibati rayonunu əhatə edən genişmiqyaslı təmir proqramı çərçivəsində ümumilikd

14 oktyabr