Vəzifəli şəxsin evdən qovduğu oğlunu arvadı niyə baltalayıb? - Qətlin TƏFƏRRÜATI

Vəzifəli şəxsin evdən qovduğu oğlunu arvadı niyə baltalayıb? - Qətlin TƏFƏRRÜATIAğstafada 1984-cü il təvəllüdlü əri Elvin Abdullayevi baltalayaraq qətlə yetirən qadının məhkəmə prosesi başa çatıb.

"Qafqazinfo" xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, 1985-ci il təvəllüdlü Aynur Abdullayeva 14 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisə bu ilin yanvarın 3-də Ağstafanın Dağkəsəmən kəndində qeydə alınıb.

Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə verən Aynur Abdullayeva ifadəsində bildirib ki, hadisə günü Elvin sərxoş olub və bu səbəbdən evdə ailə üzvlərini öldürməklə hədələyib.

"Elvin son dövrlər spirtli içkilərə həddən artıq aludə olduğuna görə evdə tez-tez qanqaraçılıq, yersiz münaqişələr yaradırdı. Həmin münaqişələr vaxtı da ünvanıma nalayiq ifadələr işlədir, məni vururdu. Elvin Qazax Yanğından Mühafizə Hissəsində dispetçer vəzifəsində, kiçik çavuş rütbəsində işləyirdi. Bir gün işdə, iki gün isə evdə olurdu. İşə gedəndə, adətən, içki içməsə də, qalan vaxtlarda, demək olar ki, ayıq vaxtı olmurdu. Yersiz qısqanclıqlar edirdi, hətta telefon işlətməyimə icazə vermirdi. Mən də söz-söhbət olmasın deyə telefon işlətmirdim.

Bir neçə dəfə rəsmi qaydada ayrılmaq istəsəm də, Elvin icazə vermirdi. Deyirdi, özbaşına yaşaya bilməzsən, məni ölümlə hədələyirdi. Hadisədən əvvəl məzuniyyətə çıxmışdı, bu müddətdə, demək olar ki, ayıq vaxtı olmurdu", - A.Abdullayeva ifadəsində bildirib.

Qadının sözlərinə görə, hadisə günü Elvin sərxoş halda arvadından aşağı mərtəbədə yarım qalan arağı gətirməsini istəyib. Qadın arağı gətirmək istəmədiyi üçün Elvin ona şillə vurub. Elvinin qışqırığından uşaqların oyanacağından ehtiyat edərək gedib arağı gətirib. Təxminən bir saat sonra Elvin ayağa durub, "sizə demişdim ki, bu evdən bu gecə heç kim sağ çıxmayacaq" deyib. O, qalxıb şalvarını geyinərkən yerə yıxılıb. Aynur isə Elvinin onları öldürmək istəyindən şübhələnərək baltaya əl atıb. Elvinin yıxıldığını gördükdən sonra baltanı hər iki əliylə tutub Elvinin boynunun sol arxa hissəsindən var qüvvəsi ilə ilk zərbəni vurub. Zərbədən sonra Elvin xırıldamağa başlayıb. Bundan sonra daha iki zərbə vuraraq ərini öldürüb.

O, qətldən sonra yorğanı Elvinin üstünə çəkib, özü isə hadisənin həyəcanı ilə otaqdakı ventilyatorun yanında yerə çökərək dayanıb. Etdiyi əməldən peşman olub. Otaqdan çıxıb qapını örtüb, aşağıdakı yardımçı tikiliyə gedib.

Səhər açılanda isə öz anası Elvini soruşub, o isə ərinin yatdığını bildirib. O, qızlarına da eyni cavabı verib. Gün ərzində bir neçə dəfə qapını açıb tərpəniş olub-olmamasına baxıb. Evdəkiləri şübhələndirməmək üçün bir neçə dəfə əlində çay və şirniyyat otağa girib və geri qayıdıb. Gün ərzində anasıgil bir neçə dəfə Elvini soruşsalar da, durub, təkrar yatdığını bildirib.

Yanvarın 4-də isə Aynurun atası evdən pis qoxunun gəldiyini hiss edib. Bundan sonra Aynur hadisəni gizlətməyin mənası olmadığını başa düşərək məsələni ailə üzvlərinə danışıb. Davamında isə atası ilə birlikdə taksiyə minib Ağstafa Rayon Polis Şöbəsinə yollanıb. Atası çöldə gözləyib, o isə növbətçi hissəyə gedib ərini balta ilə vurub öldürdüyünü, meyitinin evdə olduğunu, könüllü təslim olmağa gəldiyini bildirib.

Qeyd edək ki, Elvin Abdullayev Dövlət Sığorta Agentliyinin Qazax filialının direktoru Mübariz Abdullayevin oğludur. Məhkəmədə məlum olub ki, Elvinin atası onu evdən qovduğu üçün gedib Aynurla birlikdə qayınatasıgildə yaşayırmış.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1571   Tarix: 30 noyabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Bakıda "Kəlağayı" yürüşü - Video

Bakıda "Kəlağayı" adlı rəngarəng yürüşə start verilib. "Qafqazinfo" xəbər verir ki, yürüşdə QHT nümayəndələri və ictimai şəxslər iştirak edib. Rəngarəng kəlağayıları ilə yürüşə qatılanlar şəhər sakinləri və xarici qonaqların diqqətini çəkib

14 oktyabr
.

BU GÜNÜN "ÖLÜLƏR"İ KİMLƏRDİR?

Bu gün Azərbaycanda mövcud olan dünyəvi təhsil modelinin tarixi və ideya əsasları da bir əsrdən artıq müddətdə maarifçi ziyalılarımızın apardığı mübarizə ilə sıx bağlıdır. Mirzə Fətəli Axundzadə, Həsən bəy Zərdabi, Cəlil Məmmədquluzadə, Mirzə Ələkbər Sabir, Məhəmməd Hadi, Ömər Faiq Nemanzadə, Əli bə

15 oktyabr
.

"Sədərək" Ticarət Mərkəzində hicablı xanımlar işdən çıxarılırlar?

"Sədərək" Ticarət Mərkəzində işləyən hicablı xanımların işdən çıxarılacağı iddia olunub. xəbər verir ki, sosial şəbəkədə bir qrup insan tərəfindən edilən paylaşımlarda bəzi mağazalarda oktyabrın 15-dən etibarən hicablı xanımların işə gəlməmələri bildirildiyi qeyd olunub. Məsələ ilə bağlı -

15 oktyabr
.

"Təhsil sistemində müəyyən edilmiş qaydalar təsadüfi deyil, aydın hüquqi və pedaqoji məqsədlərə xidmət etməlidir" - Elnarə Akimova

"Bugünkü müzakirələrin arxasında daha geniş suallar dayanır: biz hansı cəmiyyətdə yaşamaq, hansı dəyərlərlə gələcəyə getmək, övladlarımızı necə yetişdirmək istəyirik? Təhsil yalnız bilik ötürən, diplom verən, peşə qazandıran bir sistemdirmi, yoxsa həm də insanın dünyagörüşünü, vətəndaşlıq mövqeyini

15 oktyabr
.

Uşağı anlamaqdan insan yetişdirməyə: Müasir məktəbin psixoloji missiyası

"Uşağın davranışını dəyişdirməyə tələsməzdən əvvəl, onun dünyasını anlamağa çalışaq. Məktəbdə bəzən müəyyən şagirdlər haqqında belə ifadələr eşidirik: "Çox çətin uşaqdır", "Heç kimə qulaq asmır", "Dərsə marağı yoxdur", "Aqressivdir", "Özünü idarə ed

15 oktyabr
.

Sabah 31° isti olacaq

Oktyabrın 16-da gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə arabir duman, az çiskin olacaq

15 oktyabr
.

Bakıda maşın atla toqquşdu - At sahibi saxlanıldı - Video - Yenilənib

Paytaxtın Yasamal rayonunun Yeni Yasamal yaşayış massivində minik avtomobili atla toqquşub. -a istinadən xəbər verir ki, qəza Mirzəyev küçəsi ilə Əsəd Əhmədov küçəsinin kəsişməsində qeydə alınıb. Hadisə nəticəsində xəsarət alan olmasa da, minik avtomobilinə ciddi ziyan dəyib. Qəzanın hansı şəraitdə ba

15 oktyabr
.

Məktəbli forması sadəcə geyim deyil: Nizam-intizamın əsas tələbi

Məktəbli forması təhsil müəssisələrində nizam-intizamın qorunması, şagirdlər arasında vahid geyim mədəniyyətinin formalaşdırılması və məktəb mühitində bərabərliyin təmin edilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Şagirdlərin müəyyən edilmiş geyim qaydalarına əməl etməsi məktəb intizamının tərkib hissəsidir

14 oktyabr
.

Bakıda 14 küçə və prospekt təmirə bağlanacaq

Bakıda yol infrastrukturunun yenilənməsi çərçivəsində 90 küçə və prospektdə təmir işləri yekunlaşdırılıb. xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb. Bildirilib ki, paytaxtın 12 inzibati rayonunu əhatə edən genişmiqyaslı təmir proqramı çərçivəsində ümumilikd

14 oktyabr