Sabiq baş inspektor Səfər Mehdiyevi məhkəməyə verdi
Dövlət Gömrük Komitəsinin (DGK) sabiq sədri, general-polkovnik Səfər Mehdiyev məhkəməyə verilib.
"Qaynarinfo"nun məlumatına görə, keçmiş sədrlə bağlı məhkəməyə Komitənin Qərb Ərazi Baş Gömrük İdarəsi "Qırmızı Körpü" gömrük postunun sabiq baş inspektoru Əliyar (şərti) adlı şəxs müraciət edib.
O, Səfər Mehdiyevin 18 yanvar 2022-ci il tarixli sərəncamı ilə qanunsuz olaraq gömrük orqanlarında xidmətinə xitam verildiyini iddia edir. Sabiq baş inspektor məhkəmədən Səfər Mehdiyevin onun barəsində verdiyi sərəncamın ləğv edilməsini, Qərb Ərazi Baş Gömrük İdarəsi "Qırmızı Körpü" gömrük postuna yenidən işə bərpa olunmasını, 1 fevral 2022-ci il tarixdən 24 noyabr 2022-ci il tarixədək məcburi iş buraxma müddəti üçün əməkhaqqının ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edib.
Hakimin qərarına əsasən, iddia ərizəsinin məzmunundan və iş materiallarından aydın olur ki, iddia inzibati orqan olan Dövlət Gömrük Komitəsi ilə dövlət qulluqçusu (hərbi qulluqçu) arasında yaranmış hüquq münasibətlərilə bağlı olduğundan, bu mübahisəyə mülki mühakimə icraatı qaydasında ümumi məhkəmədə baxıla bilməz. Buna görə də iddia ərizəsinin məhkəmə icraatına qəbulu yolverilməz hesab edilib və ərizə sənədlərlə birlikdə iddiaçıya geri qaytarılıb.
İddiaçıya "əmrin ləğvi, işə bərpa və məcburi iş buraxma müddəti üzrə əməkhaqqı" tələbi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etməli olduğu bildirilib.
Qeyd edək ki, general-polkovnik Səfər Mehdiyev 23 aprel 2018-ci ildə Dövlət Gömrük Komitəsinin sədri vəzifəsinə təyin edilib. 16 iyul 2022-ci ildə isə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə vəzifəsindən azad olunub.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1535 Tarix: 30 noyabr 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Bakıda "Kəlağayı" yürüşü - Video
Bakıda "Kəlağayı" adlı rəngarəng yürüşə start verilib. "Qafqazinfo" xəbər verir ki, yürüşdə QHT nümayəndələri və ictimai şəxslər iştirak edib. Rəngarəng kəlağayıları ilə yürüşə qatılanlar şəhər sakinləri və xarici qonaqların diqqətini çəkib
14 oktyabrBU GÜNÜN "ÖLÜLƏR"İ KİMLƏRDİR?
Bu gün Azərbaycanda mövcud olan dünyəvi təhsil modelinin tarixi və ideya əsasları da bir əsrdən artıq müddətdə maarifçi ziyalılarımızın apardığı mübarizə ilə sıx bağlıdır. Mirzə Fətəli Axundzadə, Həsən bəy Zərdabi, Cəlil Məmmədquluzadə, Mirzə Ələkbər Sabir, Məhəmməd Hadi, Ömər Faiq Nemanzadə, Əli bə
15 oktyabr"Sədərək" Ticarət Mərkəzində hicablı xanımlar işdən çıxarılırlar?
"Sədərək" Ticarət Mərkəzində işləyən hicablı xanımların işdən çıxarılacağı iddia olunub. xəbər verir ki, sosial şəbəkədə bir qrup insan tərəfindən edilən paylaşımlarda bəzi mağazalarda oktyabrın 15-dən etibarən hicablı xanımların işə gəlməmələri bildirildiyi qeyd olunub. Məsələ ilə bağlı -
15 oktyabrSabah 31° isti olacaq
Oktyabrın 16-da gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə arabir duman, az çiskin olacaq
15 oktyabrBakıda maşın atla toqquşdu - At sahibi saxlanıldı - Video - Yenilənib
Paytaxtın Yasamal rayonunun Yeni Yasamal yaşayış massivində minik avtomobili atla toqquşub. -a istinadən xəbər verir ki, qəza Mirzəyev küçəsi ilə Əsəd Əhmədov küçəsinin kəsişməsində qeydə alınıb. Hadisə nəticəsində xəsarət alan olmasa da, minik avtomobilinə ciddi ziyan dəyib. Qəzanın hansı şəraitdə ba
15 oktyabrMəktəbli forması sadəcə geyim deyil: Nizam-intizamın əsas tələbi
Məktəbli forması təhsil müəssisələrində nizam-intizamın qorunması, şagirdlər arasında vahid geyim mədəniyyətinin formalaşdırılması və məktəb mühitində bərabərliyin təmin edilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Şagirdlərin müəyyən edilmiş geyim qaydalarına əməl etməsi məktəb intizamının tərkib hissəsidir
14 oktyabrBakıda 14 küçə və prospekt təmirə bağlanacaq
Bakıda yol infrastrukturunun yenilənməsi çərçivəsində 90 küçə və prospektdə təmir işləri yekunlaşdırılıb. xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb. Bildirilib ki, paytaxtın 12 inzibati rayonunu əhatə edən genişmiqyaslı təmir proqramı çərçivəsində ümumilikd
14 oktyabr