"Landmark"dan terrorizmi təbliğ edən filmlə bağlı AÇIQLAMA - YENİLƏNİB
"Landmark" plaza nə səfirlik, nə də Avropa İttifaqının Bakıdakı nümayəndəliyi ilə sözügedən filmin təqdimatı üçün razılığa gəlib".
Bu sözlər "Landmark"dan Oxu.Az-a verilən açıqlamada yer alıb.
Plazadan bildirilib ki, səfirliyin yaydığı məlumat həqiqəti əks etdirmir:
"Bizdə belə bir təqdimat baş tutmayacaq. Ümumiyyətlə, hər hansı bir tədbir keçirildikdə əvvəlcədən mövzu barədə məlumat əldə edirik. Əgər tələblər uyğun gəlmirsə, razılaşma olmur. "Odda-İki bacı" filmi barədə bizə müraciət belə edilməyib".
Qeyd edək ki, bu gün Almaniyanın Azərbaycandakı səfirliyi Avropa İttifaqı ilə birlikdə hazırladıqları "Odda - İki bacı" filminnin nümayişinin "Landmark" plazada təqdim edilə biləcəyinə dair məlumat yayıb. Filmdə PKK terrorçu qruplaşmasının təbliğinə yer verildiyi üçün səfirliyin bu addımı cəmiyyətdə birmənalı qarşılanmayıb. Belə ki, hadisədən xəbər tutan vətəndaşlar Almaniya və Yunanıstan istehsalı olan filmin nümayişinə qarşı çıxaraq "Landmark" plazanın qarşısında toplaşıblar.
19:47
Bakıda "Landmark" plazanın qarşısında "Odda - İki bacı" adlı filmin nümayişilə bağlı etiraz aksiyası keçirilir.
Oxu.Az xəbər verir ki, nümayişçilər "Terrorizmə son", "Türkiyə Azərbaycandır!", "Yaşasın Azərbaycan-Türkiyə!", "Rədd olsun PKK!", "Rədd olsun terroristlər!", "Terrora stop!" və digər şüarlar səsləndiriblər.
Etiraz aksiyası dinc şəraitdə keçirilir. Polis nümayişə müdaxilə etmir, belə ki, etirazçılar tərəfindən hər hansı bir asayişin pozulması halları müşahidə olunmur. Aksiyada ictimai asayişin və hüquq qaydasının kobud şəkildə pozulması hallarına yol verilməyib.
Bakıda fəaliyyət göstərən kinoteatrlar Almaniya və Yunanıstan istehsalı olan filmin nümayişindən imtina ediblər. Buna səbəb isə onun məzmununun ölkəmizdə narazılıq yaratmasıdır. Belə olan halda Almaniyanın Azərbaycandakı səfirliyi Avropa İttifaqı ilə birlikdə hazırladıqları filmin nümayişinin "Landmark" plazada təqdim edilə biləcəyini bildirib.
Filmdə cərəyan edən hadisələr əslən İraqdan olan Rojda adlı qadının həyat hekayəsini əhatə edir. Belə ki, o əslən kürddür və Almaniya ordusunda xidmət edir. O, anası ilə İraqdan qaçarkən bacısı itkin düşür. Rojda bacısını axtarmaq üçün təyinatını vətəninə saldırır və burada kürd pəşmərgə silahlılarına təlimlər keçir.




Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1379 Tarix: 30 noyabr 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Bakıda "Kəlağayı" yürüşü - Video
Bakıda "Kəlağayı" adlı rəngarəng yürüşə start verilib. "Qafqazinfo" xəbər verir ki, yürüşdə QHT nümayəndələri və ictimai şəxslər iştirak edib. Rəngarəng kəlağayıları ilə yürüşə qatılanlar şəhər sakinləri və xarici qonaqların diqqətini çəkib
14 oktyabrBU GÜNÜN "ÖLÜLƏR"İ KİMLƏRDİR?
Bu gün Azərbaycanda mövcud olan dünyəvi təhsil modelinin tarixi və ideya əsasları da bir əsrdən artıq müddətdə maarifçi ziyalılarımızın apardığı mübarizə ilə sıx bağlıdır. Mirzə Fətəli Axundzadə, Həsən bəy Zərdabi, Cəlil Məmmədquluzadə, Mirzə Ələkbər Sabir, Məhəmməd Hadi, Ömər Faiq Nemanzadə, Əli bə
15 oktyabr"Sədərək" Ticarət Mərkəzində hicablı xanımlar işdən çıxarılırlar?
"Sədərək" Ticarət Mərkəzində işləyən hicablı xanımların işdən çıxarılacağı iddia olunub. xəbər verir ki, sosial şəbəkədə bir qrup insan tərəfindən edilən paylaşımlarda bəzi mağazalarda oktyabrın 15-dən etibarən hicablı xanımların işə gəlməmələri bildirildiyi qeyd olunub. Məsələ ilə bağlı -
15 oktyabrSabah 31° isti olacaq
Oktyabrın 16-da gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə arabir duman, az çiskin olacaq
15 oktyabrBakıda maşın atla toqquşdu - At sahibi saxlanıldı - Video - Yenilənib
Paytaxtın Yasamal rayonunun Yeni Yasamal yaşayış massivində minik avtomobili atla toqquşub. -a istinadən xəbər verir ki, qəza Mirzəyev küçəsi ilə Əsəd Əhmədov küçəsinin kəsişməsində qeydə alınıb. Hadisə nəticəsində xəsarət alan olmasa da, minik avtomobilinə ciddi ziyan dəyib. Qəzanın hansı şəraitdə ba
15 oktyabrMəktəbli forması sadəcə geyim deyil: Nizam-intizamın əsas tələbi
Məktəbli forması təhsil müəssisələrində nizam-intizamın qorunması, şagirdlər arasında vahid geyim mədəniyyətinin formalaşdırılması və məktəb mühitində bərabərliyin təmin edilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Şagirdlərin müəyyən edilmiş geyim qaydalarına əməl etməsi məktəb intizamının tərkib hissəsidir
14 oktyabrBakıda 14 küçə və prospekt təmirə bağlanacaq
Bakıda yol infrastrukturunun yenilənməsi çərçivəsində 90 küçə və prospektdə təmir işləri yekunlaşdırılıb. xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb. Bildirilib ki, paytaxtın 12 inzibati rayonunu əhatə edən genişmiqyaslı təmir proqramı çərçivəsində ümumilikd
14 oktyabr