Bakıda qazini girov götürənlərin fırıldağı - Film kimi hadisə

Bakıda qazini girov götürənlərin fırıldağı - Film kimi hadisəBir neçə gün əvvəl Bakı Ağır Cinayətlər Məhkəməsində paytaxtda adam oğurluğunda təqsirləndirilən dəstə üzvlərinin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Sonxeber.az "qafqazinfo"ya istinadən xəbər verir ki, 5 nəfərin oğurladığı və qarşılığında atasından 30 min manat alınan Mikayıl Mikayılovun Vətən Müharibəsi iştirakçısı olması üzə çıxıb.

Belə ki, M.Mikayılov bibisi oğlu ilə birgə müharibəyə qatılıb. Döyüşlərin gedişində bibisi oğlu şəhid olub, Mikayıl isə sonadək müharibədə iştirak edib. O, bibisi oğlunun məclisində iştirak etmək üçün cəbhədən yaşadığı Göyçay rayonunun Ləkiçılpaq kəndinə gələrkən özü ilə iki ədəd F-1 qumbarası və alışdırıcılar gətirib, onları yaşadığı evin həyətində basdırıb.

Daha sonra hərbi xidmətini tam başa çatdırıb doğma kəndinə qayıdan Mikayıl dostu İsmayıla onda 2 ədəd qumbara olduğunu və satmaq istədiyini deyib. İsmayıl isə Mikayılı qorxutmaq və onu girov götürərək ailəsindən pul almaq məqsədilə plan qurub. O, bu məqsədlə həmkəndlisi İslamdan kömək istəyib. İslam da məsələ barəsində dostlarına bildirib. Beləliklə 5 nəfərdən ibarət qrup yaradılıb.

Keçən ilin iyul ayında İsmayıl Mikayıla qumbaraları almaq üçün müştəri tapdıqlarını, 7500 dollara razılaşdıqlarını bildirib. İyulun 24-də axşam saatlarında Mikayıl atasına Bakıda yaşayan hərbçi dostunun bıçaqlandığını bildirərək paytaxta gedəcəyini bildirib və qumbaraları götürərək İsmayılla birgə yola düşüb. Onlar qrupun üzvü Kamil Qədimovun qardaşının qayınanasına məxsus olan və Zabrat qəsəbəsində yerləşən evə gəliblər. Burada İsmayıl və Mikayılı "alıcılar" qarşılayıblar. Mənzildə Mikayıl sellofan torbada gətirdiyi qumbaraları təqdim edərkən qrup üzvlərindən Elşən Məmmədrzayev saxta vəsiqə göstərərək özünü hüquq-mühafizə orqanlarının əməkdaşı kimi təqdim edib. Elşən Məmmədrzayev, Ruslan Əsgərov, Kamil Qədimov və İslam Bayramov Mikayılla İsmayılın qollarını bağlayaraq onları ayrı-ayrı otağa salıblar. Mikayıl dostu İsmayılın da tutulduğunu düşünüb. Lakin az sonra cinayətin əsas təşkilatçılarından olan İsmayılın qolunu açıblar. Onlar özlərini dövlət işçisi kimi təqdim edərək Mikayılın silah alveri etdiyini, ağır cinayət törətdiyini bildirərək həbs ediləcəyini deyiblər və döyərək fiziki işgəncələr veriblər. Bundan sonra Mikayıl həmin şəxslərə pul verə biləcəyini deyərək atası ilə əlaqə saxlayıb və Bakıda tutulduğunu, kömək etməsini xahiş edib. Dəstə üzvləri Mikayılın Göyçayda yaşayan atasından 30 min dollar tələb edib, tərəflər daha sonra 30 min manat qarşılığında Mikayılın sərbəst buraxılmasına razılaşıblar.

İslam Bayramovun təklifi ilə Mikayılın atasından pulu Göyçaydakı telefon mağazasına qoyması tələb edilib. Daha sonra qrup üzvlərindən İsmayıl, İslam və Kamil birgə maşınla Göyçaya gedərək mağazadan 30 min manatı götürərək paytaxta qayıdıblar. Onlar pulu qrup üzvü olan 5 nəfər arasında böldükdən sonra Mikayılı sərbəst buraxıblar.

Bundan sonra qrup üzvləri Mikayılı onun azad edilməsində dostu İsmayıl və Bayramın müsbət rolunun olmasına inandırıblar və həmin şəxslərə əlavə 20 min dollar verməsini boynuna qoyublar. Lakin bir müddət sonra Mikayıl aldadıldığını başa düşüb və hadisənin elə İsmayılla Bayram tərəfindən təşkil edilməsini öyrənib, hadisə barədə hüquq-mühafizə orqanlarına müraciət edilib.

İstintaq orqanı tərəfindən təqsirləndirilən şəxslərin barəsində Cinayət Məcəlləsinin 144-cü (adam oğurluğu), 178.2.1-ci (qabaqcadan əlbir olan şəxslər tərəfindən dələduzluq törətmək), 180-ci (soyğunçuluq), 182.3.2-ci (hədə-qorxu yolu ilə tələb etmə), 228-ci (qanunsuz olaraq silah gəzdirmə) maddələri ilə ittiham elan olunub. Bakı Ağır Cinayətlər Məhkəməsinin 5 noyabr 2022-ci il tarixli hökmü ilə Ruslan Əsgərov 11 il, İsmayıl Bədəlov 11 il, Elşən Məmmədrzayev 11 il, İslam Bayramov 11 il və Kamil Qədimov 10 il 6 ay müddətinə azadlıqdan mərhum ediliblər.

Qeyd edək ki, müharibədən qanunsuz silah gətirib satmağa çalışan Mikayıl Mikayılov barəsində də əlavə araşdırmalar həyata keçirilib, cinayət işi açılıb.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1328   Tarix: 01 dekabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Bakıda "Kəlağayı" yürüşü - Video

Bakıda "Kəlağayı" adlı rəngarəng yürüşə start verilib. "Qafqazinfo" xəbər verir ki, yürüşdə QHT nümayəndələri və ictimai şəxslər iştirak edib. Rəngarəng kəlağayıları ilə yürüşə qatılanlar şəhər sakinləri və xarici qonaqların diqqətini çəkib

14 oktyabr
.

BU GÜNÜN "ÖLÜLƏR"İ KİMLƏRDİR?

Bu gün Azərbaycanda mövcud olan dünyəvi təhsil modelinin tarixi və ideya əsasları da bir əsrdən artıq müddətdə maarifçi ziyalılarımızın apardığı mübarizə ilə sıx bağlıdır. Mirzə Fətəli Axundzadə, Həsən bəy Zərdabi, Cəlil Məmmədquluzadə, Mirzə Ələkbər Sabir, Məhəmməd Hadi, Ömər Faiq Nemanzadə, Əli bə

15 oktyabr
.

"Sədərək" Ticarət Mərkəzində hicablı xanımlar işdən çıxarılırlar?

"Sədərək" Ticarət Mərkəzində işləyən hicablı xanımların işdən çıxarılacağı iddia olunub. xəbər verir ki, sosial şəbəkədə bir qrup insan tərəfindən edilən paylaşımlarda bəzi mağazalarda oktyabrın 15-dən etibarən hicablı xanımların işə gəlməmələri bildirildiyi qeyd olunub. Məsələ ilə bağlı -

15 oktyabr
.

"Təhsil sistemində müəyyən edilmiş qaydalar təsadüfi deyil, aydın hüquqi və pedaqoji məqsədlərə xidmət etməlidir" - Elnarə Akimova

"Bugünkü müzakirələrin arxasında daha geniş suallar dayanır: biz hansı cəmiyyətdə yaşamaq, hansı dəyərlərlə gələcəyə getmək, övladlarımızı necə yetişdirmək istəyirik? Təhsil yalnız bilik ötürən, diplom verən, peşə qazandıran bir sistemdirmi, yoxsa həm də insanın dünyagörüşünü, vətəndaşlıq mövqeyini

15 oktyabr
.

Uşağı anlamaqdan insan yetişdirməyə: Müasir məktəbin psixoloji missiyası

"Uşağın davranışını dəyişdirməyə tələsməzdən əvvəl, onun dünyasını anlamağa çalışaq. Məktəbdə bəzən müəyyən şagirdlər haqqında belə ifadələr eşidirik: "Çox çətin uşaqdır", "Heç kimə qulaq asmır", "Dərsə marağı yoxdur", "Aqressivdir", "Özünü idarə ed

15 oktyabr
.

Sabah 31° isti olacaq

Oktyabrın 16-da gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə arabir duman, az çiskin olacaq

15 oktyabr
.

Bakıda maşın atla toqquşdu - At sahibi saxlanıldı - Video - Yenilənib

Paytaxtın Yasamal rayonunun Yeni Yasamal yaşayış massivində minik avtomobili atla toqquşub. -a istinadən xəbər verir ki, qəza Mirzəyev küçəsi ilə Əsəd Əhmədov küçəsinin kəsişməsində qeydə alınıb. Hadisə nəticəsində xəsarət alan olmasa da, minik avtomobilinə ciddi ziyan dəyib. Qəzanın hansı şəraitdə ba

15 oktyabr
.

Məktəbli forması sadəcə geyim deyil: Nizam-intizamın əsas tələbi

Məktəbli forması təhsil müəssisələrində nizam-intizamın qorunması, şagirdlər arasında vahid geyim mədəniyyətinin formalaşdırılması və məktəb mühitində bərabərliyin təmin edilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Şagirdlərin müəyyən edilmiş geyim qaydalarına əməl etməsi məktəb intizamının tərkib hissəsidir

14 oktyabr
.

Bakıda 14 küçə və prospekt təmirə bağlanacaq

Bakıda yol infrastrukturunun yenilənməsi çərçivəsində 90 küçə və prospektdə təmir işləri yekunlaşdırılıb. xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb. Bildirilib ki, paytaxtın 12 inzibati rayonunu əhatə edən genişmiqyaslı təmir proqramı çərçivəsində ümumilikd

14 oktyabr