Bakıda küçədə mahnı oxumaq istəsək, başımıza nələr gələr? - VİDEO
Küçə sənətinin şəhərin mədəniyyət, turizm və iqtisadiyyatının inkişafında rolu böyükdür. Çünki şəhərimizdə turistlərin diqqətini cəlb edən əsas detallardan biri də məhz küçə sənətidir.
Sonxeber.az apa-ya istinadən xəbər verir ki, küçə çıxışlarının oxuma, rəqs, mim, hoqqabazlıq, kukla sənəti, komediya, sehirbazlıq, canlı heykəl və s. kimi formaları var. Ancaq Azərbaycanın böyük şəhərlərində küçə sənəti heç də arzulanan səviyyədə deyil. Bəs buna nə mane olur?
Dövlət Turizm Agentliyinin tabeliyindəki Bakı Turizm İnformasiya Mərkəzinin direktor müavini Əli Əmirovun sözlərinə görə, hələ 2019-cu ildə Bakıda "Küçə sənətçisi" layihəsi gerçəkləşdirilib.
Küçə sənətçilərinin fonoqrammadan istifadə etməsi yolverilməzdir. Musiqi ifası yalnız canlı şəkildə, müvafiq alətlə sərgilənir. Oxuyan şəxs alətdən istifadə edə bilmirsə, hazır musiqidən yaralanmaqla mahnını canlı ifa edə bilər. Mərkəz tərəfindən müəyyən olunmuş yerlərin və ya günlərin özbaşına dəyişdirilməsi qəti qadağandır.
İcazə vəsiqəsinin müddəti 3 aylıqdır. 3 ayın tamamında yenidən müraciətlərə baxılır. Mənsubiyyəti bildirən icazə vəsiqəsi mütləq şəkildə hər bir sənətçinin üzərində olmalıdır.
Havanın soyuq olmasına baxmayaraq, küçə sənətçiləri şəhərdə isti ab-hava yaradırlar.
Küçə sənətçiləri çıxışları zamanı səs səviyyəsinin normada saxlanılmasını təmin etmək məsuliyyəti də daşıyırlar. Səs həcmi 15 metrə qədər məsafədən tamaşa edən auditoriya üçün uyğun olmalıdır və yoldan keçənin səsinin eşidiləcəyi fon səviyyəsindən yuxarı olmamalıdır. Bundan başqa, küçə sənətçisi matəm günlərində ictimai yerlərdə çıxış edə bilməz.
Həmçinin çıxış üçün vaxt intervalı saat 12-00-dan 20-00-dək olmalıdır. Küçə sənətçiləri xarici görünüşlərinə xüsusi diqqət yetirməlidirlər.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Qızılın bir qramı neçəyə oldu?
Ehtiyatda olan polkovnik-leytenant vəfat etdi
Müşfiq Abbasov məktəblərdə geyim tələbləri barədə danışdı
Bağçada nəzarətsiz qalan uşağın qolu qırıldı - Anbaan video
"Azərbaycanın daxili işlərinə qarışmaq kimin nə həddinədir?!"- B.Yıldırımla özəl müsahibə
Sergey Lavrov Bakıya gəldi
Heç bir iddia Vətəndən, heç bir təəssübkeşlik Dövlətçilikdən üstün deyil!
"Təhsil sistemində müəyyən edilmiş qaydalar təsadüfi deyil, aydın hüquqi və pedaqoji məqsədlərə xidmət etməlidir" - Elnarə Akimova
"Dedim ki, "biabır olacaqsan, Azərbaycan səni qəbul etməyəcək"
Qız uşaqlarının taleyi niyə qurban verilir? İran, Əfqanıstan və bəzi ərəb ölkələrinin acı reallığı
Məktəbli forması sadəcə geyim deyil: Nizam-intizamın əsas tələbi
Bakıda "Kəlağayı" yürüşü - Video
Bakıda çox sayda şəxs məktəb mühafizəçisinə hücum etdi - Ağır xəsarət yetirildi
Bakıda AQEM-in 7-ci Zirvə Görüşü keçirilib - Foto/Video