"Bu, informasiya toplanmasına qanunsuz müdaxilədir" - AÇIQLAMA

"Bu, informasiya toplanmasına qanunsuz müdaxilədir" - AÇIQLAMAXəbər verdiyimiz kimi, Qarabağda təbii ehtiyatların qanunsuz istismarını araşdırmaq üçün monitorinq qrupu ilə birgə Xocalıya gedən azərbaycanlı jurnalistlər ərazidəki sülhməramlılarla qarşıdurma yaşayıblar. Qeyd edək ki, sözügedən müzakirələri izləmək üçün digər xarici media nümayəndələri heç bir maneə ilə rastlaşmayıblar.

Məsələ ilə bağlı media hüquqları üzrə ekspert Ələsgər Məmmədli BiG.AZ-a açıqlamasında bildirib ki, sülhməramlıların bu hərəkəti qanunsuzdur:

"Azərbaycan ərazisində azərbaycanlı jurnalistlərin fəaliyyətinə sülhməramlıların müdaxilə etməsi tamamilə qanunsuzdur və sülhməramlıların missiyasına ziddir. Çünki sülhməramlı missiyası daha çox hərbi aspektdə baş verə biləcək konfliktlə bağlı məsələləri araşdırır. Amma informasiya toplamaqla bağlı onların hər hansı bir səlahiyyəti yoxdur. Azərbaycan Respublikasının Konstitusiyasına görə, Azərbaycan ərazisində hər kəsin informasiya toplamaq hüququ var və bunun yalnız Azərbaycan qanunvericiliyinə uyğun şəkildə məhdudlaşdırılması mümkündür.

Orada da Azərbaycan qanunvericiliyinə uyğun şəkildə məhdudlaşdırılma mövcud deyil. Dolayısı ilə, baş verən hadisə Azərbaycanın suverenliyinə müdaxilədir və suverenliyə müdaxilə çərçivəsində informasiya toplanmasına qanunsuz müdaxilədir. Çox təəssüf ki, Rusiya faktiki olaraq dünyada tanınmaz bir hala gəlib, bütün hüquq dəyərlərini ayaq altına atıb. İndi bu prosesi, təəssüf ki, Azərbaycan ərazsisində də davam etdirir. Azərbaycanın siyasi hakimiyyəti bununla bağlı dərhal tədbirlər görməlidir, ümumiyyətlə, bu ərazidə missiya baxımından öz missiyasının kənarına çıxan sülhməramlıların bütün fəaliyyətinin dayandırılmasını tələb etməlidir. Əks halda, 10 noyabr bəyanatına yenidən baxılmasını masaya daşımalıdır".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 965   Tarix: 07 dekabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Güclü geomaqnit qasırğası gəlir - Bu tarixlərdə

Bu gün və sabah geomaqnit sahəsi aktiv olacaq. xəbər verir ki, bu barədə Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanası məlumat yayıb. Qeyd olunub ki, geomaqnit sahəsinin daha sonra sakit-aktiv səviyyələr arasında dəyişəcəyi gözlənilir

2 mart
.

Ali Məhkəmə Qobuda arvadını və körpə qızını öldürməkdə təqsirləndirilən şəxslə bağlı qərar verib

Abşeron rayonunun Qobu qəsəbəsində həyat yoldaşını və körpə qızını öldürməkdə təqsirləndirilən Fərid Hüseynlinin kassasiya şikayəti təmin olunmayıb. "Report"a istinadla xəbər verir ki, bu barədə Ali Məhkəmədə hakim Rəşad Abdulovun sədrliyi ilə keçirilən məhkəmə prosesində qərar verilib. Qərar

3 mart
.

Sabah yağış yağacaq

Azərbaycanda martın 4-də bəzi yerlərdə hava yağıntılı keçəcək. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin səhər bəzi şəhərətrafı ərazilərd

3 mart
.

Üçüncü yerüstü metro stansiyası bu tarixdə istifadəyə veriləcək

Bakı Metropoliteninin üçüncü yerüstü metro stansiyasının istifadəyə veriləcəyi tarix məlum olub. Bu barədə -ın sorğusuna cavab olaraq "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin (QSC) Tikinti layihələrinin idarə edilməsi departamentinin rəisi Məmməd Rzayev deyib. O bildirib ki, yeni metr

3 mart
.

Şərurda şəkər xəstələrinə dövlətin ayırdığı dərmanlar satışa çıxarılıb? - İDDİA

Şərur rayonunda şəkərli diabet xəstələrinə dövlət hesabına ayrılan dərman və tibbi ləvazimatların apteklərdə satışa çıxarıldığı iddia olunur. Xəstələr onlara verilməli olan vasitələrlə təmin olunmadıqlarını, Ailə Sağlamlıq Mərkəzində isə kobud münasibətlə qarşılaşdıqlarını bildirirlər. -a danışan sakinlə

3 mart
.

Üzərliklə bağlı daha bir qurumdan - Çağırış

Dövlət Dəniz və Liman Agentliyi Rusiyanın Xarici İşlər Nazirliyi tərəfindən ölkəmizin Rusiyadakı Səfirliyinə daxil olan notaya əsasən dənizçilərə çağırış edib. "Qafqazinfo" xəbər verir ki, notada harmala (üzərlik) bitkisinin narkotik tərkibli bitkilər siyahısına daxil edildiyi və Rusiya ərazisind

2 mart
.

Bakıda estetik klinika 20000 manat cərimələndi

Əmək qanunvericiliyinin tələblərinin pozulmasına görə "Est. Etik Clinix and Spa Center" MMC cərimələnib. Qaynarinfo-nun məlumatına görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəs

3 mart
.

Tatu görmə pozğunluğuna səbəb ola bilər

Son araşdırmalar göstərir ki, bəzi hallarda tatu (döymə) sağlamlıq üçün gözlənilməz risklər yarada bilər. xəbər verir ki, mütəxəssislər bildirirlər ki, xüsusilə keyfiyyətsiz boya və gigiyenik qaydalara əməl olunmaması müxtəlif fəsadlara yol aça bilər. Həkimlərin sözlərinə görə, tatu zamanı istifadə oluna

2 mart
.

"Bu gün Azərbaycan boru kəmərləri vasitəsilə qaz tədarük etdiyi ölkələrin sayına əsasən dünyada birinci yerdədir" - DEPUTAT

"Cənab prezident İlham Əliyevin Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 4-cü iclasındakı çıxışı Azərbaycanın iqtisadi gücünün növbəti sübutudur". Bunu -a danışan deputat Cavanşir Paşazadə bildirib

3 mart