Məşhur hamamın kisəçisi danışdı: "Dedi, Tariyelin zəif yerini axtarıram..." - Məhkəmə
"Ümmanla hər ikimizin tanıdığımız Tariyel müəllimi xeyirxah bir insan kimi xatırlayıram. Ümmanın ondan pul tələb etməsini bilməmişəm. Onu şantaj edəcəyini də bilməmişəm.
Ümman mənə zəng edərək Tariyel müəllim haqqında soruşub. Mənə deyib ki, onun zəif yerini axtarıram, şantaj edəcəm, onun haqqında rüsvayedici məlumatlar axtarıram. Ona bu hərəkətinin səhv olduğunu dedim. Bütün bunlar həmin telefon danışığı zamanı səslənən səs yazısından da açıq görünür.
Həmçinin Ümmanla görüşməyimizə dair razılıq əldə etdik. Buna səbəb Ümmana Tariyel müəllim kimi yaxşı və xeyirxah bir insana qarşı səhv hərəkət etməməsinə dair məsləhət vermək istəmişəm. Danışığımız zamanı Ümmana dedim ki, Tariyel müəllimə qarşı belə hərəkət etmək olmaz. Çünki Tariyel müəllim, həqiqətən, çox yaxşı və xeyirxah insandır. O, kasıbların əlindən tutur, onlar kömək edir.
Lakin Ümmanla görüşə bilmədim. Onun görüşdən yayınmasının səbəbi 100 manat borc verəcəyinə dair vədi olub. Bu səbəbdən Ümmanla görüşmədik, bu barədə onunla danışmadım, ondan heç nə soruşmadım. Sonralar Ümmana zəng edən zaman isə zənglərimə cavab vermədi".
Şahid həmçinin qeyd edib ki, Ümman Əliyevin Tariyel Qurbanovu şantaj etməsi, ondan pul tələb etməsinin şahidi olmayıb.
Daha sonra İlqar Əliyev və Sahilə Məmmədovanın vəkilləri vəsatətlə çıxış ediblər. Vəkillər hər iki şəxsin barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunmasını istəyiblər.
Məhkəmə vəsatətləri təmin etməyib.
İttihama görə, dəstə üzvləri Tariyel Qurbanovun hamamda çəkilmiş fotolarını ona göndəriblər və pul verməsini tələb ediblər. Əks halda həmin fotoları sosial şəbəkələrdə yaymaqla hədələyiblər.
Tariyel Qurbanov Qaradağ və Hacıqabul rayonlarında prokuror olub. Daha sonra o, Baş Prokurorluğun dövlət təhlükəsizliyi, fövqəladə hallar və sərhəd xidməti orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin rəis müavini olub.
Bu ilin mart ayında vəzifəsindən azad olunan Tariyel Qurbanov sonradan Abşeron rayon prokurorunun böyük köməkçisi təyin olunub.
Tariyel Qurbanov həmçinin Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlının qardaşıdır.
Xatırladaq ki, Tariyel Qurbanov bir vaxtlar sol əllə hərbi salam verməsi ilə gündəmə gəlmişdi./Oxu.az
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Qızılın bir qramı neçəyə oldu?
Ehtiyatda olan polkovnik-leytenant vəfat etdi
Müşfiq Abbasov məktəblərdə geyim tələbləri barədə danışdı
Bağçada nəzarətsiz qalan uşağın qolu qırıldı - Anbaan video
"Azərbaycanın daxili işlərinə qarışmaq kimin nə həddinədir?!"- B.Yıldırımla özəl müsahibə
Sergey Lavrov Bakıya gəldi
Heç bir iddia Vətəndən, heç bir təəssübkeşlik Dövlətçilikdən üstün deyil!
"Təhsil sistemində müəyyən edilmiş qaydalar təsadüfi deyil, aydın hüquqi və pedaqoji məqsədlərə xidmət etməlidir" - Elnarə Akimova
"Dedim ki, "biabır olacaqsan, Azərbaycan səni qəbul etməyəcək"
Qız uşaqlarının taleyi niyə qurban verilir? İran, Əfqanıstan və bəzi ərəb ölkələrinin acı reallığı
Məktəbli forması sadəcə geyim deyil: Nizam-intizamın əsas tələbi
Sabunçuda məktəbin pəncərəsindən yıxılan şagirdin vəziyyəti açıqlandı
Bakıda çox sayda şəxs məktəb mühafizəçisinə hücum etdi - Ağır xəsarət yetirildi
Bakıda AQEM-in 7-ci Zirvə Görüşü keçirilib - Foto/Video