Bu gün Rəşid Behbudovun doğum günüdür
Dekabrın 14-ü SSRİ Xalq artisti, Dövlət mükafatları laureatı, Sosialist Əməyi Qəhrəmanı, görkəmli müğənni Rəşid Behbudovun anadan olmasının 107-ci ildönümü tamam olur.
Sonxeber.az xəbər verir ki, Rəşid Behbudov 1915-ci il dekabrın 14-də Tiflisdə xanəndə Məcid Behbudov Behbudalı oğlunun ailəsində dünyaya gəlmişdir. Anası Firuzə Vəkilova isə Qazax rayonunun Yuxarı Salahlı kəndinin Vəkilovlar nəslinə mənsub idi.
Uşaq yaşlarından məktəb xorunda oxuyan Rəşid 1933-cü ildə Dəmiryolu Texnikumuna daxil olub. Təhsili dövründə tələbə öz fəaliyyət orkestrində çalışıb.
Hərbi xidməti zamanı ordu ansamblının solisti olan Rəşid Behbudov, əsgəri xidmətdən sonra Tbilisi estrada qruplarından birində solistlik edir və tezliklə bəstəkar A.Eyvazyanın rəhbərlik etdiyi Ermənistan Dövlət Caz orkestrində solistliyə başlayır. 30-cu illərdə Ermənistan Dövlət Opera və Balet Teatrında klassik operaların xor səhnələrində solo oxuyur. 1939-cu ildə həmin teatrın truppası ilə birlikdə Moskvada Ermənistan incəsənəti günlərində iştirak edir. 1942-ci ildə kollektivlə birgə Krım cəbhəsinə yollanır.
1943-cü ilin sonunda Bakı kinostudiyasında Üzeyir Hacıbəyovun eyniadlı operettasının motivləri əsasında çəkilən "Arşın mal alan" filmində baş rola dəvət almışdır. 1944-cü ildə Azərbaycan Dövlət Filarmoniyasının yay salonunda konserti olmuşdur. 1945-ci ildə film efirə çıxır və çox tez bir zamanda nəinki Azərbaycanda, bütün Sovet İttifaqında böyük populyarlıq qazanır. 1946-cı ildə bu filmdəki Əsgər roluna görə Rəşid Behbudov "Stalin mükafatı" ilə təltif olunur.
1949-cu ildə Budapeştdə keçirilən Gənclərin və tələbələrin Ümumdünya festivalında çıxış edir.
1946-1956-cı illərdə Azərbaycan Dövlət Filarmoniyasının, 1953-1960-cı illərdə fasilələrlə M.F.Axundov adına Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti, 1957-1959-cu illərdə Azərbaycan Dövlət Konsert Ansamblının təşkilatçısı və rəhbəri olmuşdur. 1966-cı ildən musiqi və estrada sənətinin caz, balet, pantomim kimi müxtəlif janrlarını üzvi surətdə birləşdirən Azərbaycan Dövlət Mahnı Teatrını təşkil etmiş və ömrünün sonunadək onun solisti və bədii rəhbəri olub.
Bütün Sovet respublikaları ilə yanaşı Argentina, Bolqarıstan, Belçika, Çili, Çin, Efiopiya, Finlandiya, Hindistan, İran, İraq, İtaliya, Misir, Türkiyə və s. ölkələrdə geniş repertuarla çıxış edən Rәşid Behbudov, Azərbaycan xalq mahnılarının və Azərbaycan bəstəkarlarının vokal əsərlərinin xarici ölkələrdə populyarlaşmasında çox böyük rol oynayıb. Rәşid Behbudov Hindistana səfəri haqqında "Uzaq Hindistanda" kitabını yazıb.
1959-cu ildə ona SSRİ "Xalq artisti", 1980-ci ildə "Sosialist Əməyi Qəhrəmanı" adı verilib. SSRİ-nin Lenin ordeni, "Qırmızı Əmək Bayrağı", "Xalqlar Dostluğu" ordenləri ilə təltif olunub, bir sıra xarici ölkələrin dövlət mükafatlarına layiq görülüb.
1989-cu il iyunun 9-da Moskvada vəfat etmiş dahi sənətkar Bakıda Fəxri xiyabanda dəfn edilib.
Bakının mərkəz küçələrindən biri Rəşid Behbudovun adını daşıyır.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Qızılın bir qramı neçəyə oldu?
Ehtiyatda olan polkovnik-leytenant vəfat etdi
Müşfiq Abbasov məktəblərdə geyim tələbləri barədə danışdı
Bağçada nəzarətsiz qalan uşağın qolu qırıldı - Anbaan video
"Azərbaycanın daxili işlərinə qarışmaq kimin nə həddinədir?!"- B.Yıldırımla özəl müsahibə
Sergey Lavrov Bakıya gəldi
Heç bir iddia Vətəndən, heç bir təəssübkeşlik Dövlətçilikdən üstün deyil!
"Dedim ki, "biabır olacaqsan, Azərbaycan səni qəbul etməyəcək"
Qız uşaqlarının taleyi niyə qurban verilir? İran, Əfqanıstan və bəzi ərəb ölkələrinin acı reallığı
Məktəbli forması sadəcə geyim deyil: Nizam-intizamın əsas tələbi
Bakıda "Kəlağayı" yürüşü - Video
Bakıda çox sayda şəxs məktəb mühafizəçisinə hücum etdi - Ağır xəsarət yetirildi
Sabunçuda məktəbin pəncərəsindən yıxılan şagirdin vəziyyəti açıqlandı
Bakıda AQEM-in 7-ci Zirvə Görüşü keçirilib - Foto/Video