"4 gün davam edən aksiyada soydaşlarımız Rusiya sülhməramlılarına əsl vətənpərvərlik dərsi keçir" - DEPUTAT

"4 gün davam edən aksiyada soydaşlarımız Rusiya sülhməramlılarına əsl vətənpərvərlik dərsi keçir" - DEPUTAT"Artıq 4 gündür ki, ekofəallar, vətəndaş cəmiyyəti üzvlərinin və jurnalistlərin iştirakı ilə Qarabağda faydalı qazıntı yataqlarının qanunsuz istismarı əleyhinə Şuşa-Xankəndi yolunda etiraz aksiyası keçirilir".

Bunu Sonxeber.az-danışan deputat İqbal Məmmədov bildirib.

Deputat qeyd edib ki, soyuq havaya baxmayaraq, etiraz aksiyasında iştirak edənlər haqq mübarizələrini davam edirlər:

"Hazırda minlərlə azərbaycanlı aksiyaya qoşularaq Rusiya sülhməramlılarının qanunsuz əməllərinə "dur" demək istəyir. İllərdir ki, erməni barbarları soydaşlarımızı qoca, cavan, uşaq demədən vəhşicəsinə qətlə yetirib, mədəniyyət, tarixi abidələrimiz dağıdıb, təbii sərvətlərimizi talan edir və ekologiyamıza bərpası mümkün olmayan zərərlər vururlar.

2020-ci ilin sentyabrın 27-də başlayan və 44 gün davam edən Vətən müharibəsində Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Müzəffər Azərbaycan Ordusu 30 illik işğala son qoyaraq ərazi bütövlüyümüzü bərpa etdi. Elə həmin ilin noyabrın 10-da imzalanan Üçtərəfli bəyanata uyğun olaraq, Rusiya sülhməramlılarının üzərinə erməni terrorçularının Qarabağdan çıxarılması öhdəlikləri qoyulsa da, keçən 2 il ərzində bir müsbət nəticə görmədik. Nəinki erməni terrorçuları Qarabağdan çıxarılmadı, hətta Rusiya sülhməramlıları onlarla əlbir olub təbii sərvətlərlərimizi talan edir, ekologiyamızı məhv edirlər. Azərbaycan tərəfi dəfələrlə Rusiya sülhməramlılarına xəbərdarlıq etsə də, bir nəticə çıxarmadılar və qanunsuz əməllərinə davam etdilər

"Digər vacib məsələ isə Azərbaycan bütün dünya tərəfindən tanınan ərazisinə tam nəzarət etməlidir. Ölkə ərazisində terrorun və talanın davam etdiyi yer qalmamalıdır. Bunun üçün də ermənilərin yaşadığı ərazilərə Rusiya sülhməramlıları ilə yanaşı, həm də Azərbaycanın dövlət orqanları nəzarət etməlidirlər.

Deputat xatırladıb ki, ötən həftə Azərbaycan həmin ərazilərə ekoloji missiya göndərmişdi, amma sülhməramlılar azərbaycanlı jurnalistlərin işinə maneə törədərək, onların danışıqların aparıldığı Xocalı rayonuna girişinə icazə vermədilər:

"Sülhməramlıların bu qanununsuz addımı səbrimizi daşıran son damla oldu. Artıq 4 gündür ki, Şuşa-Xankəndi yolunda keçirilən aksiya davam edir. Günü-gündən də aksiya iştirakçılarının sayı çoxalır. Soydaşlarımız əlisilahlı Rusiya sülhməramlılarına vətənpərvərlik dərsi keçərək torpaqlarımızın bir qarışını güzəştə getmədiyi kimi, təbii sərvətlərimizin talan olunmasına və ekologiyamıza zərər vurulmasına icazə verməyəcəklərini nümayiş etdirirlər. Aksiya biz müsbət nəticə əldə edənə qədər davam edəcək. Aksiya iştirakçıları Ermənistanın müharibə cinayətləri üçün istifadə etdiyi infrastrukturun, o cümlədən Laçın yolunun fəaliyyətinə imkan verməyəcək və məsələ müsbət həllini tapana kimi yoldan çəkilməyəcəklər. Bu gün
aksiya iştirakçıları tələbi Azərbaycanın suveren torpaqlarında bütün dövlət qurumlarmızın, xüsusilə də Daxili İşlər Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin, Dövlət Gömrük Komitəsinin nəzarəti bərpa edilməsi və onların ayrıca nəzarət-buraxılış məntəqələri yaradılmasıdır. 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli bəyanatın müddəaları tam icra olunmadığına, Laçın istiqamətində Ermənitanla sərhəddə Azərbaycan Dövlət Sərhəd Xidmətinin, Dövlət Gömrük Komitəsinin ayrıca postları olması mütləqdir. Azərbaycan xalqının tələbi bəllidir. Tələbələr icra edilməyən qədər aksiya davam edəcək. Lazım gələrsə, mən özüm də o aksiyaya qoşulub, oradakı soydaşlarımıza dəstək olmağa hazıram".

Aysel Yusifqızı


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1223   Tarix: 15 dekabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Qız uşaqlarının taleyi niyə qurban verilir? İran, Əfqanıstan və bəzi ərəb ölkələrinin acı reallığı

Azyaşlı qızları ərə vermək ənənə deyil, uşağın taleyinə müdaxilədir. Məktəb yaşında bir uşağı ailə məsuliyyətinə, erkən hamiləliyə və mümkün zorakılığa sürükləyib sonra bunu adət, ailə qərarı və ya dini dəyərlərlə izah etmək problemin mahiyyətini gizlətməkdən başqa bir şey deyil. İran, Əfqanıstan v

14 oktyabr
.

Sabunçuda məktəbin pəncərəsindən yıxılan şagirdin vəziyyəti açıqlandı

Sabunçu rayonu, Bakıxanov qəsəbəsində 94 nömrəli tam orta ümumtəhsil məktəbinin ikinci mərtəbəsinin pəncərəsindən yıxılaraq xəsarət alan şagirdin vəziyyəti ağır olaraq qalır. Bu barədə -ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib. "Oktyabrın 12-d

15 oktyabr
.

Sumqayıtda uşaq bağçasındakı hadisə ilə bağlı polis hərəkətə keçdi - Video

Sumqayıt şəhərində yerləşən özəl uşaq bağçasında azyaşlının xəsarət alması ilə bağlı araşdırma aparılır. -ın əldə etdiyi məlumata görə, hadisə ilə bağlı vətəndaş polisə müraciət edib. Hazırda faktla bağlı təhqiqat araşdırması davam etdirilir. Xatırladaq ki, Sumqayıt şəhər sakini Yaqub Yasinov azyaşl

15 oktyabr
.

Sabah 31° isti olacaq

Oktyabrın 16-da gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə arabir duman, az çiskin olacaq

15 oktyabr
.

Bakıda "Kəlağayı" yürüşü - Video

Bakıda "Kəlağayı" adlı rəngarəng yürüşə start verilib. "Qafqazinfo" xəbər verir ki, yürüşdə QHT nümayəndələri və ictimai şəxslər iştirak edib. Rəngarəng kəlağayıları ilə yürüşə qatılanlar şəhər sakinləri və xarici qonaqların diqqətini çəkib

14 oktyabr
.

Heç bir iddia Vətəndən, heç bir təəssübkeşlik Dövlətçilikdən üstün deyil!

Dövlətçilik, dünyəvi təhsil və maarifçilik milli gələcəyimizin müzakirə mövzusu deyil, qorunmalı və yaşadılmalı olan əsas dəyərlərdir. Tarix hər bir xalqa zaman-zaman seçim qarşısında qalmaq sınağı yaşadır: cəmiyyətin gələcəyini sağlam düşüncə, elm və hüquq üzərində qurmaq, yoxsa fərdi iddiaların, kor-koran

14 oktyabr
.

"Məktəb dini ibadət yeri deyil, təhsil müəssisəsidir" - Azər Badamov

"Azərbaycan hüquqi, dünyəvi, demokratik və unitar dövlətdir. Konstitusiyamızda dövlətin dindən ayrı olması, təhsilin isə dünyəvi xarakter daşıması prinsipləri təsbit olunub. Məktəb dini ibadət yeri deyil, təhsil müəssisəsidir. Nazirlər Kabinetinin müvafiq qərarının məqsədi də məktəbdə vahid təhsi

14 oktyabr
.

İlham Əliyevin prezidentliyinin 23 ili: Zəfərlə möhkəmlənən dövlətçilik, dəyişən geosiyasi reallıqlar və Azərbaycanın yeni hədəfləri

2026-cı il oktyabrın 15-də İlham Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçilməsindən 23 il ötür. 2003-cü ildə başlayan bu siyasi mərhələ Azərbaycanın müasir tarixində mühüm dəyişikliklərlə, strateji qərarlarla və ölkənin regional mövqeyinə təsir göstərən hadisələrlə yadda qalıb. Bu illər ərzind

14 oktyabr
.

Müşfiq Abbasov məktəblərdə geyim tələbləri barədə danışdı

Keçmiş müstəntiq Müşfiq Abbasov hərbi xidmətdə saqqal saxlanılması qaydaları və məktəblərdə geyim tələblərinin hüquqi əsasları barədə danışıb. xəbər verir ki, Müşfiq Abbasov dini ibadətlə məşğul olan şəxslərin hərbi xidmətə yollanarkən saqqal saxlamaq məsələsi ilə bağlı mövcud qaydalara əməl etməli olduqların

14 oktyabr