"Bu məsələ ortaya çıxmasaydı onu yetkinlik yaşına çatmadan evləndirəcəkdilər"

"Bu məsələ ortaya çıxmasaydı onu yetkinlik yaşına çatmadan evləndirəcəkdilər"Gədəbəydə 17 yaşlı qızla 50 yaşlı kişinin nişanlanması barədə xəbər vermişdik. Məlumata görə, 17 yaşı qız 50 yaşlı Elfaq Şəkərbəyli ərə verilir.

Yetkinlik yaşına çatmayan qızın özündən yaşca çox böyük olan kişi ilə nişanlanması günlərdir, sosial şəbəkələrdə müzakirə mövzusuna çevrildi. Mediada yayılan və efirdə müzakirəyə çıxarılan olay birmənalı qarşılanmayıb və ictimai qınaq obyektinə çevrilib. Bəzi fikir sahibləri bildirib ki, yaş və ailə müzakirəsi etik olmayan mövzulardır. Digərləri hesab edir ki, ictimai qınağın bu məsələlərdə rolu var və belə hallar cəmiyyətə mənfi təsir edir.

Belə hallarda şəxsi həyat və ailə məsələlərinin müzakirə olunması düzgündürmü?

Sosioloq Lalə Mehralı BiG.AZ-a açıqlamasında bildirib ki, 17 yaşlı bir qızın atasından da böyük biri ilə evləndirilməsi hər tərəfdən yanlış addımdır və bu vəziyyətlərdə ictimai qınaq olmalıdır:

"O qızın 23 yaşı olma ehtimalı məsələsi müzakirə olundu. Mən fikirləşdim ki, onun 23 yaşı varsa, həmin insan normal qərar verə bilər. Ola bilər də insandı. Tutaq ki, istəyib, könlü tutub. Çünki 23 yaşında bir insan azad qərar verə bilmə dərrakəsinə malikdir. Amma sonra qızın hələ 17 yaşında olması və efirdə ötkəm danışması məni öz düşüncəmdən çəkindirdi. Çünki həm yetkinlik yaşına çatmayıb, həm də efirdə yetkinlik yaşına aid olmayan fikirlər səsləndirdi. El arasında "Sanki böyüyüb kiçilib" misalı var. Misaldakı kimi elə bil, həmin qız böyüyüb, qocalıb yaşlanıb və təzədən 17 yaşına qayıdıb. Yəni elə bir fikirlərlə orada özünü müdafiə etməyə çalışdı.

Diqqət etsək, danışanda anasının fikirlərini diqtə edirdi. Ana və qız, hər ikisi də eyni tərzdə danışırdılar, üslubları eyni idi. Ona görə təsir altında olaraq belə bir qərar verdiyi qənaətinə gəlirik. Yəni tək mən yox, cəmiyyət, düşüncə bu yöndədir. 17 yaşlı bir qızın atasından da böyük biri ilə ailə qurması məntiqə sığmır və nə etik cəhətdən, nə də mənəvi dəyərlər cəhətdən doğrudur. Yəni hansı tərəfinə çevirsək yanlış addımdır.

Bu insanlar fərqli zaman qurşağının yetirmələridir, fərqli zamanlarda doğulublar, tərbiyə, dünya baxışı, düşüncə tərzi tamamilə bir-birindən əks olan fərdlərdir. Təbii ki, ayrı-ayrı ayrılıqda hər ikisi yaxşı insan ola bilər, amma onların birlikdə ailə həyatının nə qədər uğurlu olacağı müzakirə məsələsidir. Əgər qız yetkinlik yaşı içərisində olsaydı, yəni əvvəlcə 23 yaşında olduğu deyildi və belə olan halda bu qərarı sorğulamaq heç birimizə düşməzdi. Düzdür, yaş fərqinə görə onların izdivacını yenə də etik hesab etmirik. Amma o yaş yenə də yetkinlik yaşına çatmış bir insan kimi öz qərarını verə biləcək yaşdır. Amma 17 yaşı yeni olmuş qızın efirdə o cür üslubla danışması onun təsir altında olduğu düşüncəsinə gətirib çıxardı. Hesab edirəm ki, o qız təsir altındadır və bu məsələ mətbuata çıxmasaydı onu yetkinlik yaşına çatmadan evləndirəcəkdilər. Mətbuatda yayıldı deyə hazırda qızın 18 yaşının olmasını gözləyəcəklər. Onun 18 yaşı hələ olmayıb, çünki orada o, iddia irəli sürdü ki, "Biz hələ evlənmirik, mənim 18 yaşımının olmasını gözləyirik". Düzdür, bizim qanunlarımız bəzi istisna hallarda 17 yaşında nikaha icazə verir. Amma burada elə bir istisna hal yoxdur. Üstəlik də fövqəladə vəziyyət kimi bir şeydir. Yəni sıradan bir vəziyyət deyil ki, icazə verilsin. Məncə, bu cür vəziyyətlərdə ictimai qınaq əhəmiyyətlidir, önəmlidir. Sadəcə təhqir etmədən olmalıdır. Nəzərə almaq lazımdır ki, o qız azyaşlıdır və təsir altında ola bilər".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 3166   Tarix: 15 dekabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

2026-cı ildə uşaqlara daha çox hansı adlar verilib?

2026-cı ilin ilk 4 ayında yeni doğulan körpələrə ən çox hansı adların verildiyi məlum olub. Trend-in əldə etdiyi məlumata görə, 2026-cı ildə yeni doğulan oğlan uşaqlarına ən çox Uğur adı qoyulub. Belə ki, 105 ailə bu addan istifadə edib. Bundan əlavə Hüseyn 82, Raul 76, Əli 64, Miran 58, Yusif isə 5

1 may
.

Sürücülük vəsiqəmizi hansı ölkələr tanıyır?

Azərbaycan və Belarus sürücülük vəsiqələrini qarşılıqlı olaraq tanıyacaq. Bu məsələ Milli Məclisdə müzakirəyə çıxarılan və artıq Prezident İlham Əliyev tərəfindən təsdiqlənən qanun layihəsində əksini tapıb. Sazişin məqsədi iki ölkə arasında nəqliyyat sahəsində hüquqi mexanizmlərin sadələşdirilməsi, vətəndaşları

2 may
.

"Asif Nəsirli qumbara atan şəxsi 6 dəfə kimya edib, sağaldıb, cibinə pul qoyub və..." - VİDEO

Milli Onkologiya Mərkəzində baş verən faciə ilə bağlı yeni detallar üzə çıxıb. xəbər verir ki, bu barədə tanınmış aparıcı Ulvira Qarayeva sosial şəbəkədə bir video paylaşaraq, bu günə qədər bilinməyən məlumatları açıqlayıb. Hazırda müalicəsi davam edən və həyat mübarizəsi verən uşaq radioloqu Asif Nəsirli

2 may
.

Hit.az 6 yaşında!

Bu gün Azərbaycan media məkanında özünəməxsus yeri olan saytının yarandığı gündür. 6 yaşını qeyd edən sayt 1 may 2020-ci il tarixindən etibarən Azərbaycanın media məkanında fəaliyyətə başlamış müstəqil informasiya platformasıdır. Yarandığı qısa müddət ərzində onlayn media sahəsində özünəxas yer tuta

1 may
.

Hava nə vaxt düzələcək? - Gülşad Məmmədova AÇIQLADI

Azərbaycanda hava şəraiti hələ də tam yaz ab-havasını xatırlatmır. Bir çox insan səhərlər qalın geyimlərdən istifadə edir, axşam saatlarında isə temperatur daha da aşağı düşür. Adətən bu dövrdə müşahidə olunan isti və günəşli hava əvəzinə, bəzi bölgələrdə küləkli və sərin hava üstünlük təşkil edir. Paytax

2 may
.

AZAL Bakıdan Dubaya uçuşları bərpa edir

"Azərbaycan Hava Yolları" QSC (AZAL) Bakıdan Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Dubay şəhərinə uçuşlara yenidən başlayır. bu barədə AZAL-a istinadən xəbər verir. Bildirilib ki, Dubay istiqaməti üzrə reyslərə 15 maydan etibarən start verilir. Uçuşlar hər gün həyata keçiriləcək. Biletləri AZAL-ı

2 may
.

Braziliya səfiri: Qarabağın bərpa templəri heyranlıq doğurur

Braziliyanın Bakıdakı səfiri Manuel Monteneqro Azərbaycanın Qarabağ regionundakı bərpa işlərinin tempinə heyran qaldığını bildirib. Bu barədə səfir "Report"un Laçına ezam olunmuş əməkdaşına bildirib. Xarici diplomatik korpusun səfəri çərçivəsində regionda olan M.Monteneqronun sözlərinə görə

2 may
.

Qızıl almaq istəyənlərə PİS XƏBƏR

Əmtəə bazarlarında qızılın bir troya unsiyası (31,1 qram) üzrə fyuçerslərin dəyəri artıb. birja məlumatlarına istinadən xəbər verir ki, Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası üzrə 2026-cı ilin iyun fyuçerslərinin dəyəri 0,32% artaraq 4 644.50 ABŞ dollarına bərabər olub. COMEX-d

2 may
.

Pakistan səfiri: Bu gün Lahordan Bakıya birbaşa uçuşlar başlayır

Pakistanın ikinci aviaşirkəti bu gün Lahordan Bakıya birbaşa uçuşlara başlayır. Bunu "Report"a açıqlamasında Pakistanın Azərbaycandakı səfiri Qasım Mohiuddin deyib. Onun sözlərinə görə, Azərbaycan və Pakistan liderlərinin verdiyi istiqamət nəticəsində iki ölkə arasında əlaqələr daha da möhkəmlənir:

2 may