"Azərbaycan-Türkiyə-Türkmənistan münasibətləri strateji müttəfiqlik səviyyəsinə yüksəlib"- Aydın Hüseynov

"Azərbaycan-Türkiyə-Türkmənistan münasibətləri strateji müttəfiqlik səviyyəsinə yüksəlib"- Aydın Hüseynov"Azərbaycan, Türkiyə və Türkmənistanı bir-biri ilə etnik, dini-mədəni köklər və ortaq mənəvi dəyərlər sıx bairləşdirir. Tarixi bağlar üzərində qurulmuş münasibətlərimiz ölkələrimiz arasında iqtisadiyyat, ticarət, nəqliyyat-logistika və digər sahələrdə əməkdaşlığın inkişafı üçün imkanlar yaradır. Son illərdə 3 qardaş ölkə arasında siyasi münasibətlər daha da intensiv xarakter alaraq strateji müttəfiqlik səviyyəsinə yüksəlibdir. Hər üç ölkə beynəlxalq təşkilatlar, o cümlədən BMT, İslam Əməkdaşlıq Təşkilatı, Türk Dövlətləri Təşkilatı, ATƏT və digər təsisatlar çərçivəsində bir-birinə qarşılıqlı dəstək göstərir və əməkdaşlıq edir. Bu, siyasi-iqtisadi, humanitra sahələrdə dinamikanın daha da möhkəmlənməsinə səbəb olmaqdadır".

Bu barədə Sonxeber.az-a danışan Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsini üzvü Aydın Hüseynov bildirib.

Millət vəkili qeyd edib ki, ölkələrimiz arasında iqtisadi dövriyyə də xüsusilə artmaqdadır. "Azərbaycanın qardaş Türkiyə ilə ticarət dövriyyəsi 2022-ci ilin yanvar-oktyabr aylarında 45 faiz artaraq 5 milyard dollara çatıb. Azərbaycandan Türkiyə iqtisadiyyatına 20 milyard dollara yaxın, Türkiyədən Azərbaycan iqtisadiyyatına isə 14 milyard dollara yaxın sərmayə yatırılıb. Eyni zamanda, Türkmənistan ilə ticarət dövriyyəsi 2022-ci ilin ötən 10 ayı ərzində 5 dəfə artıb. Azərbaycan, Türkiyə və Türkmənistan nəqliyyat-logistika sahəsində böyük uğurlara imza atıb. Tərəflər bir çox layihələr icra ediblər ki, bu da öz növbəsində nəqliyyat bağlantıları sahəsində əməkdaşlıq üçün yeni imkanlar açır. Hər üç ölkədə bu sahəyə qoyulan sərmayələr yeni, müasir infrastrukturun yaradılmasına xidmət edir".

A.Hüseynov bildirib ki, dekabrın 14-də Azərbaycan, Türkiyə və Türkmənistanın Dövlət Başçılarının Birinci Üçtərəfli Zirvə Görüşünün keçirilməsi 3 qardaş ölkə arasında siyasi-iqtisadi münasibətlərin daha da inkişafı üçün güclü zənin yaradır:

"Zirvə görüçündə müzakirə edilən mühüm məsələlər Azərbaycan və Türkiyə də daxil olmaqla, türk dövlətləri arasında coğrafi-iqtisadi hədəflər üçün yeni imkanlar açır. Bu prosesdə aktivliyi ilə seçilən Türkmənistan türk dünyasının Mərkəzi Asiyaya, Xəzər üzərindən Cənubi Qafqaza, subregiona və daha geniş əraziyə açılan qapı kimi strateji əhəmiyyətini artıracaq. Türkmənistan, eyni zamanda, Asiya və Avropa arasında yükdaşımalarınınvə logistikaların aparıcı nöqtəsinə çevriləcək. Nəticədə Türk dünyası üçün strateji əhəmiyyət daşıyan "Orta Dəhliz" layihəsi qlobal coğrafiyda strateji və beynəlxaql hüquqi stausunu möhkəmləndirəcək. Səfər çərçivəsində imzalanmış Azərbaycan-Türkiyə-Türkmənistan sənədləri, həmçinin, tərəflər arasında ticari-iqtisadi əməkdaşlıq, elm, təhsil və mədəniyyət, nəqliyyat sahələrində əlaqələrin yeni mərhələyə daxil olmasına təkan verəcəkdir".

Aysel Yusifqızı


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 717   Tarix: 15 dekabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Qız uşaqlarının taleyi niyə qurban verilir? İran, Əfqanıstan və bəzi ərəb ölkələrinin acı reallığı

Azyaşlı qızları ərə vermək ənənə deyil, uşağın taleyinə müdaxilədir. Məktəb yaşında bir uşağı ailə məsuliyyətinə, erkən hamiləliyə və mümkün zorakılığa sürükləyib sonra bunu adət, ailə qərarı və ya dini dəyərlərlə izah etmək problemin mahiyyətini gizlətməkdən başqa bir şey deyil. İran, Əfqanıstan v

14 oktyabr
.

Sabunçuda məktəbin pəncərəsindən yıxılan şagirdin vəziyyəti açıqlandı

Sabunçu rayonu, Bakıxanov qəsəbəsində 94 nömrəli tam orta ümumtəhsil məktəbinin ikinci mərtəbəsinin pəncərəsindən yıxılaraq xəsarət alan şagirdin vəziyyəti ağır olaraq qalır. Bu barədə -ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib. "Oktyabrın 12-d

15 oktyabr
.

Sumqayıtda uşaq bağçasındakı hadisə ilə bağlı polis hərəkətə keçdi - Video

Sumqayıt şəhərində yerləşən özəl uşaq bağçasında azyaşlının xəsarət alması ilə bağlı araşdırma aparılır. -ın əldə etdiyi məlumata görə, hadisə ilə bağlı vətəndaş polisə müraciət edib. Hazırda faktla bağlı təhqiqat araşdırması davam etdirilir. Xatırladaq ki, Sumqayıt şəhər sakini Yaqub Yasinov azyaşl

15 oktyabr
.

Sabah 31° isti olacaq

Oktyabrın 16-da gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə arabir duman, az çiskin olacaq

15 oktyabr
.

Bakıda "Kəlağayı" yürüşü - Video

Bakıda "Kəlağayı" adlı rəngarəng yürüşə start verilib. "Qafqazinfo" xəbər verir ki, yürüşdə QHT nümayəndələri və ictimai şəxslər iştirak edib. Rəngarəng kəlağayıları ilə yürüşə qatılanlar şəhər sakinləri və xarici qonaqların diqqətini çəkib

14 oktyabr
.

Heç bir iddia Vətəndən, heç bir təəssübkeşlik Dövlətçilikdən üstün deyil!

Dövlətçilik, dünyəvi təhsil və maarifçilik milli gələcəyimizin müzakirə mövzusu deyil, qorunmalı və yaşadılmalı olan əsas dəyərlərdir. Tarix hər bir xalqa zaman-zaman seçim qarşısında qalmaq sınağı yaşadır: cəmiyyətin gələcəyini sağlam düşüncə, elm və hüquq üzərində qurmaq, yoxsa fərdi iddiaların, kor-koran

14 oktyabr
.

"Məktəb dini ibadət yeri deyil, təhsil müəssisəsidir" - Azər Badamov

"Azərbaycan hüquqi, dünyəvi, demokratik və unitar dövlətdir. Konstitusiyamızda dövlətin dindən ayrı olması, təhsilin isə dünyəvi xarakter daşıması prinsipləri təsbit olunub. Məktəb dini ibadət yeri deyil, təhsil müəssisəsidir. Nazirlər Kabinetinin müvafiq qərarının məqsədi də məktəbdə vahid təhsi

14 oktyabr
.

İlham Əliyevin prezidentliyinin 23 ili: Zəfərlə möhkəmlənən dövlətçilik, dəyişən geosiyasi reallıqlar və Azərbaycanın yeni hədəfləri

2026-cı il oktyabrın 15-də İlham Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçilməsindən 23 il ötür. 2003-cü ildə başlayan bu siyasi mərhələ Azərbaycanın müasir tarixində mühüm dəyişikliklərlə, strateji qərarlarla və ölkənin regional mövqeyinə təsir göstərən hadisələrlə yadda qalıb. Bu illər ərzind

14 oktyabr
.

Müşfiq Abbasov məktəblərdə geyim tələbləri barədə danışdı

Keçmiş müstəntiq Müşfiq Abbasov hərbi xidmətdə saqqal saxlanılması qaydaları və məktəblərdə geyim tələblərinin hüquqi əsasları barədə danışıb. xəbər verir ki, Müşfiq Abbasov dini ibadətlə məşğul olan şəxslərin hərbi xidmətə yollanarkən saqqal saxlamaq məsələsi ilə bağlı mövcud qaydalara əməl etməli olduqların

14 oktyabr