İki qardaşı FHN-də rəis işləyən DGK generalı səlahiyyətsiz qalıb
Dövlət Gömrük Komitəsi sədrinin müavini, general-leytenant Əsgər Abdullayevin vəzifə səlahiyyətləri əlindən alınıb.
"Qaynarinfo"nun əldə etdiyi məlumata görə, Əsgər Abdullayevin adı hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyat nəticəsində saxlanılan komitənin vəzifəli şəxsləri ilə iş birliyində hallanır. Məlumata görə, general artıq Bakıda və Naxçıvanda keçirilən əməliyyatlara görə istintaq orqanları tərəfindən dindirilib.
2006-cı il iyunun 21-dən Dövlət Gömrük Komitəsinin sədrinin müavini vəzifəsini tutan Əsgər Abdullayevin kurasiyasında Əməliyyat və İstintaq Baş İdarəsi, Növbətçi Hissələrin İdarəedilməsi Xidməti, Baş Gömrük Mühafizə Xidməti və Kinoloji Mərkəz olub.
Əməliyyat və İstintaq Baş İdarəsinin sabiq rəisi, general-mayor Məsum Rəsulov Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi əməliyyat zamanı həbs edilib. Baş Gömrük Mühafizə Xidmətinin 76 yaşlı rəisi, general-mayor İsmayıl Ələkbərov və Növbətçi Hissələrin İdarəedilməsi Xidmətinin rəisi, polkovnik Əjdər Abdullayev isə təqaüdə göndəriliblər.
Əsgər Abdullayev 1996-2006-cı illərdə Dövlət Gömrük Komitəsində idarə rəisi və Baş Gömrük İdarəsinin rəisi vəzifələrində işləyib. Bu illər ərzində komitənin sabiq sədri və hazırda fövqəladə hallar naziri olan general-polkovnik Kəmaləddin Heydərovla çox yaxın münasibətləri olub.
Əsgər Abdullayevin hazırda iki qardaşı - Qüdrət və Adil Abdullayevlərin FHN-də yüksək vəzifə və rütbələri var.
Belə ki, Adil Abdullayev Kəmaləddin Heydərov DGK-nın sədri olduğu dönəmdə də gömrükdə çalışıb. O, FHN-ə transfer olunduqdan sonra general-mayor rütbəsinə kimi yüksəlib və hazırda Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinin rəisidir. Polkovnik Qüdrət Abdullayev isə FHN-in Baş Əməliyyat İdarəsində çalışır.
Kəmaləddin Heydərova yaxınlığı ilə tanınan Əsgər Abdullayev gömrükdə kurasiyasında olan idarə və təşkilatlara cavabdehlik vəzifəsindən kənarlaşdırılıb, hazırda isə yalnız sədr müavini kimi yola salınacağı günü gözləyir.
Məsələ ilə bağlı Dövlət Gömrük Komitəsindən "Qaynarinfo"ya bildirilib ki, general-leytenant Əsgər Abdullayev sədr müavini vəzifəsindədir və onun işdən azad olunması ilə bağlı Prezidentin sərəncamını yoxdur.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1967 Tarix: 15 dekabr 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Sabunçuda məktəbin pəncərəsindən yıxılan şagirdin vəziyyəti açıqlandı
Sabunçu rayonu, Bakıxanov qəsəbəsində 94 nömrəli tam orta ümumtəhsil məktəbinin ikinci mərtəbəsinin pəncərəsindən yıxılaraq xəsarət alan şagirdin vəziyyəti ağır olaraq qalır. Bu barədə -ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib. "Oktyabrın 12-d
15 oktyabrSumqayıtda uşaq bağçasındakı hadisə ilə bağlı polis hərəkətə keçdi - Video
Sumqayıt şəhərində yerləşən özəl uşaq bağçasında azyaşlının xəsarət alması ilə bağlı araşdırma aparılır. -ın əldə etdiyi məlumata görə, hadisə ilə bağlı vətəndaş polisə müraciət edib. Hazırda faktla bağlı təhqiqat araşdırması davam etdirilir. Xatırladaq ki, Sumqayıt şəhər sakini Yaqub Yasinov azyaşl
15 oktyabrSabah 31° isti olacaq
Oktyabrın 16-da gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə arabir duman, az çiskin olacaq
15 oktyabrBakıda "Kəlağayı" yürüşü - Video
Bakıda "Kəlağayı" adlı rəngarəng yürüşə start verilib. "Qafqazinfo" xəbər verir ki, yürüşdə QHT nümayəndələri və ictimai şəxslər iştirak edib. Rəngarəng kəlağayıları ilə yürüşə qatılanlar şəhər sakinləri və xarici qonaqların diqqətini çəkib
14 oktyabrHeç bir iddia Vətəndən, heç bir təəssübkeşlik Dövlətçilikdən üstün deyil!
Dövlətçilik, dünyəvi təhsil və maarifçilik milli gələcəyimizin müzakirə mövzusu deyil, qorunmalı və yaşadılmalı olan əsas dəyərlərdir. Tarix hər bir xalqa zaman-zaman seçim qarşısında qalmaq sınağı yaşadır: cəmiyyətin gələcəyini sağlam düşüncə, elm və hüquq üzərində qurmaq, yoxsa fərdi iddiaların, kor-koran
14 oktyabr"Məktəb dini ibadət yeri deyil, təhsil müəssisəsidir" - Azər Badamov
"Azərbaycan hüquqi, dünyəvi, demokratik və unitar dövlətdir. Konstitusiyamızda dövlətin dindən ayrı olması, təhsilin isə dünyəvi xarakter daşıması prinsipləri təsbit olunub. Məktəb dini ibadət yeri deyil, təhsil müəssisəsidir. Nazirlər Kabinetinin müvafiq qərarının məqsədi də məktəbdə vahid təhsi
14 oktyabrMüşfiq Abbasov məktəblərdə geyim tələbləri barədə danışdı
Keçmiş müstəntiq Müşfiq Abbasov hərbi xidmətdə saqqal saxlanılması qaydaları və məktəblərdə geyim tələblərinin hüquqi əsasları barədə danışıb. xəbər verir ki, Müşfiq Abbasov dini ibadətlə məşğul olan şəxslərin hərbi xidmətə yollanarkən saqqal saxlamaq məsələsi ilə bağlı mövcud qaydalara əməl etməli olduqların
14 oktyabr