Səudiyyə Ərəbistanı Azərbaycandan 20 minə qədər insanı işə götürməyə hazırdır
Səudiyyə Ərəbistanı 2030-cu ilə qədər Azərbaycandan 20 minə qədər insanı işlə təmin etməyə hazırdır.
"Report" xəbər verir ki, bu, Bakıda keçirilən biznes-forum çərçivəsində Səudiyyə Ərəbistanının "ARCO for human resources" şirkəti ilə Azərbaycan Məşğulluq Agentliyi (HR Cell) arasında imzalanmış Anlaşma Memorandumunda nəzərdə tutulub.
Məqsəd məişət və biznes sahələrinə Azərbaycandan işçi qüvvəsini cəlb etməkdir. 24 aylıq əmək müqaviləsi əsasında həyata keçiriləcək bu işlər üçün aylıq əməkhaqqı rekrutinq haqqına (500 ABŞ dolları) əlavə 850 ABŞ dollardan başlayır.
"Səudiyyə Ərəbistanının əmək bazarını böyütmək və bazarın yüksək tələbatını "Krallığın 2030-cu il baxışı" proqramının icra tələblərinə uyğun olaraq ödəmək üçün yerli məişət və biznes sahələrinə ixtisaslı insan resursları cəlb olunacaq. Səudiyyə Ərəbistanı bazarında bütün fəaliyyət növləri və peşələri üzrə iş yerləri var, Azərbaycan vətəndaşları üçün Səudiyyə Ərəbistanı Krallığında məşğulluq imkanları isə iki ölkə arasında münasibətlərin və strateji əməkdaşlığın möhkəmlənməsinə töhfə verəcək", - memorandumda deyilir.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Qızılın bir qramı neçəyə oldu?
Ehtiyatda olan polkovnik-leytenant vəfat etdi
Müşfiq Abbasov məktəblərdə geyim tələbləri barədə danışdı
Bağçada nəzarətsiz qalan uşağın qolu qırıldı - Anbaan video
"Azərbaycanın daxili işlərinə qarışmaq kimin nə həddinədir?!"- B.Yıldırımla özəl müsahibə
İstirahət günləri gec oyananları hansı təhlükə gözləyir?
Sergey Lavrov Bakıya gəldi
Heç bir iddia Vətəndən, heç bir təəssübkeşlik Dövlətçilikdən üstün deyil!
"Dedim ki, "biabır olacaqsan, Azərbaycan səni qəbul etməyəcək"
Qız uşaqlarının taleyi niyə qurban verilir? İran, Əfqanıstan və bəzi ərəb ölkələrinin acı reallığı
Məktəbli forması sadəcə geyim deyil: Nizam-intizamın əsas tələbi
"Təhsil sistemində müəyyən edilmiş qaydalar təsadüfi deyil, aydın hüquqi və pedaqoji məqsədlərə xidmət etməlidir" - Elnarə Akimova
Bakıda "Kəlağayı" yürüşü - Video
Dünyanın sonu bu tarixdə OLACAQ? - Noyabrın 13-ü...