Azərbaycanda həyətində qazıntı aparan şəxs unikal küp tapıb polisə xəbər verdi - FOTO
Masallı rayonunun Eminli kəndində sakinlər həyətlərində qazıntı apararkən qədim dövrə aid yeraltı tapıntılar aşkarlayıb.
BAKU.WS-in əldə etdiyi məlumata görə, tapıntıların son tunc dövrünə aid olduğu iddia edilir.
Bildirilir ki, küp, sikkə, məişət əşyaları və insan sümüklərinin aşkarlandığı ərazi haqqında ilk olaraq polisə məlumat verilib. Ardınca isə Masallının Arxeologiya İdarəsinin əməkdaşları tərəfindən tapıntılar aparılıb.
Sakinlərin sözlərinə görə, bu, kənddə qeydə alınan ilk belə hadisə deyil.
Məsələ ilə bağlı AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun Numizmatika və Epiqrafika şöbəsinin müdiri Akif Quliyev BAKU.WS-ə açıqlamasında bildirdi ki, Küp qəbirlərin mövcudluğu islamın bərqərar olduğu tarixədək davam edir. Əgər qazıntı arxeoloqlar və ya Mədəniyyət nazirliyinin lazımi qurumları tərəfindən aparılmayıbsa, məsələ cinayət məsuliyyəti daşıyır:
"Belə mövzulara qeyri-ciddi yanaşsaq, sabah hərə əlinə bir bel alıb abidələri qazıb-dağıdacaq. Abidələri qazanda rəsmi onlar qeydiyyata alınmalı, tapıntılar mütəxəssislər tərəfindən dəqiqliklə araşdırılmalıdır".









Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Qızılın bir qramı neçəyə oldu?
Ehtiyatda olan polkovnik-leytenant vəfat etdi
Müşfiq Abbasov məktəblərdə geyim tələbləri barədə danışdı
Bağçada nəzarətsiz qalan uşağın qolu qırıldı - Anbaan video
"Azərbaycanın daxili işlərinə qarışmaq kimin nə həddinədir?!"- B.Yıldırımla özəl müsahibə
İstirahət günləri gec oyananları hansı təhlükə gözləyir?
Sergey Lavrov Bakıya gəldi
Heç bir iddia Vətəndən, heç bir təəssübkeşlik Dövlətçilikdən üstün deyil!
"Dedim ki, "biabır olacaqsan, Azərbaycan səni qəbul etməyəcək"
Qız uşaqlarının taleyi niyə qurban verilir? İran, Əfqanıstan və bəzi ərəb ölkələrinin acı reallığı
Məktəbli forması sadəcə geyim deyil: Nizam-intizamın əsas tələbi
"Təhsil sistemində müəyyən edilmiş qaydalar təsadüfi deyil, aydın hüquqi və pedaqoji məqsədlərə xidmət etməlidir" - Elnarə Akimova
Bakıda "Kəlağayı" yürüşü - Video
Dünyanın sonu bu tarixdə OLACAQ? - Noyabrın 13-ü...