"Rus sülhməramlıları Laçın dəhlizində üzərlərinə düşən vəzifəni yerinə yetirirlər" - Mariya Zaxarova
"Rusiya sülhməramlıları Laçın dəhlizinə nəzarətlə bağlı üzərinə düşən vəzifələri yerinə yetirirlər".
Sonxeber.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova mətbuat konfransında Ermənistanın baş naziri Nikol Paşinyanın Rusiya sülhməramlılarının öz öhdəliklərini yerinə yetirməməsi ilə bağlı bəyanatına cavab olaraq deyib.
"Mən bunun əksini deyə bilərəm, Rusiya sülhməramlıları öz missiyasını yerinə yetirirlər. Tədbirlər görülür, işlər görülür. Xəbəri olmayanlara xatırlatmaq istərdim ki, əvvəllər də çoxsaylı eskalasiyalar və problemlər olub, tərəflər bir-birini ittiham ediblər. Vəziyyəti sabitləşdirmək üçün hər şeyi edən Rusiya sülhməramlıları olub. Sülhməramlılarımıza belə münasibət qəbul olunmur", - deyə Zaxarova bildirib.
Kremlin sözçüsü Dmitri Peskov da məsələyə münasibət bildirib. Onun sözlərinə görə, Rusiya sülhməramlıları çalışdıqları ərazidə sülh və asayişin təmin olunması üçün əlindən gələni edir.
Şəbnəm Lətifi
Sonxeber.az
Telegramda izləyin
Siyasət Baxılıb: 1561 Tarix: 22 dekabr 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Onlar üçün viza proseduru sadələşdirildi
Prezident İlham Əliyev 15 yaşınadək oğlanlar arasında futbol üzrə ilk dünya çempionatı və festivalının keçirilməsi ilə əlaqədar Azərbaycan Respublikasına gələcək əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün viza prosedurlarının sadələşdirilməsi haqqında Sərəncam imzalayıb. bununla bağlı -a istinadə
21 sentyabrŞamaxıda "Pirqulu Park" hotelinin açılışı olub - FOTO
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 17-də Şamaxıda "Pirqulu Park" hotelinin açılışında iştirak ediblər. AZƏRTAC-a istinadən xəbər verir ki, "Moderngroup" MMC-nin təmsilçisi Fariz Abbaszadə dövlətimizin başçısına və birinc
17 sentyabrAntiterror tədbirlərində DİN-in döyüş yolu - Video
44 günlük Vətən müharibəsi və 2023-cü ilin sentyabrında keçirilən lokal xarakterli antiterror tədbirləri Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpası ilə nəticələnən tarixi prosesin mühüm mərhələsi oldu. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Daxili İşlər Nazirliyinin (DİN
19 sentyabrİlham Əliyev neft sənayesi işçilərini təltif etdi - Siyahı
Prezident İlham Əliyev neft sənayesi işçilərinin təltif edilməsi ilə bağlı Sərəncam imzalayıb. -a istinadən xəbər verir ki, onlar Azərbaycan neft sənayesinin inkişafında xidmətlərinə görə təltif ediliblər. 3-cü dərəcəli "Əmək" ordeni ilə. Bağırova Ülviyə Adil qızı. Bayatlı Tamam Fərman qızı
19 sentyabr