"Ermənistan Azərbaycana sülh müqaviləsi təklif edib, müsbət cavab gözləyir" - Paşinyan
"Ermənistan Azərbaycana sülh müqaviləsi ilə bağlı təkliflərini çatdırıb və bu məzmunda onu imzalamağa hazırdır".
Sonxeber.az xəbər verir ki, bu sözləri Ermənistanın Baş nazir Nikol Paşinyan Nazirlər Kabinetinin iclasında deyib.
"Ermənistan Respublikası Azərbaycana sülh müqaviləsi ilə bağlı təkliflərini çatdırıb və biz bu məzmunda müqaviləni imzalamağa hazırıq. Ümid edirəm ki, Azərbaycanın da reaksiyası müsbət olacaq", - deyə Paşinyan bildirib.
O əlavə edib ki, Ermənistan da bir neçə ay əvvəl delimitasiya və sərhəd təhlükəsizliyi komissiyasının gələcək işi ilə bağlı təkliflərini Azərbaycana çatdırıb, lakin Ermənistana indiyədək heç bir cavab verilməyib.
"Ermənistan Azərbaycana regional əlaqələrin yenidən açılması ilə bağlı təkliflərini çatdırıb və bu yolda məsələnin dərhal həllinə doğru irəliləməyə hazırdır. Ermənistan aylar əvvəl Azərbaycana sərhəd təhlükəsizliyinin təmin edilməsi ilə bağlı təkliflər vermişdi, lakin bu günə kimi cavab almamışıq" ,- deyə o qeyd edib.
Şəbnəm Lətifi
Sonxeber.az
Telegramda izləyin
Siyasət Baxılıb: 2470 Tarix: 22 dekabr 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Onlar üçün viza proseduru sadələşdirildi
Prezident İlham Əliyev 15 yaşınadək oğlanlar arasında futbol üzrə ilk dünya çempionatı və festivalının keçirilməsi ilə əlaqədar Azərbaycan Respublikasına gələcək əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün viza prosedurlarının sadələşdirilməsi haqqında Sərəncam imzalayıb. bununla bağlı -a istinadə
21 sentyabrŞamaxıda "Pirqulu Park" hotelinin açılışı olub - FOTO
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 17-də Şamaxıda "Pirqulu Park" hotelinin açılışında iştirak ediblər. AZƏRTAC-a istinadən xəbər verir ki, "Moderngroup" MMC-nin təmsilçisi Fariz Abbaszadə dövlətimizin başçısına və birinc
17 sentyabrAntiterror tədbirlərində DİN-in döyüş yolu - Video
44 günlük Vətən müharibəsi və 2023-cü ilin sentyabrında keçirilən lokal xarakterli antiterror tədbirləri Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpası ilə nəticələnən tarixi prosesin mühüm mərhələsi oldu. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Daxili İşlər Nazirliyinin (DİN
19 sentyabrİlham Əliyev neft sənayesi işçilərini təltif etdi - Siyahı
Prezident İlham Əliyev neft sənayesi işçilərinin təltif edilməsi ilə bağlı Sərəncam imzalayıb. -a istinadən xəbər verir ki, onlar Azərbaycan neft sənayesinin inkişafında xidmətlərinə görə təltif ediliblər. 3-cü dərəcəli "Əmək" ordeni ilə. Bağırova Ülviyə Adil qızı. Bayatlı Tamam Fərman qızı
19 sentyabr